Professional Oxucu Liqası
Bu gün mənəviyyatı pozulmuş gənc sabah Azərbaycanın prezidenti, naziri, deputatı, müəllimi, həkimi, hüquqşünası, polisi, hərbçisi, dindarı və digər əhəmiyyətli vəzifə sahibi olacaq
Cəmiyyətin gələcəyini təyin edən və aparıcı potensial qüvvəsini təşkil edən hissəsi gənclərdən ibarət olur. Bütün dövrlərdə taleyüklü məsələlərin həllində gənclərin rolu əvəzsiz olmuşdur. İstər müharibə meydanlarında, istər fiziki və ya zehni əmək sahələrində, istərsə də cəmiyyətin mədəni və mənəvi inkişafında başlıca amil gənclik sayılmışdır.
“Gənclik” deyəndə nə başa düşülür? İnsan Allahın yeganə məxluqudur ki, düşüncə qüvvəsinə malikdir və gəncliyindən qocalığına kimi öz yaradıcılığını maksimal səviyyəyə qaldırır. Hər bir şəxsin bir dövrü var ki, bu dövrə canlanma və inkişaf dövrü də deyirlər. Bu dövr gənclikdir.
Rəsmi surətdə kişinin kişi ilə evlənməsinə çalışanlar, bu tipli xəstələrin müalicəsinə deyil, artmasına razı olanlar, narkotiklərdən qadağasız istifadəyə çalışanlar, əxlaqsız qadınlara bəraət qazandırmaq və müəyyən hüquq təyin etmək istəyənlər həqiqi gəncliyimizin məhv olmasına çalışanlardır. Qərbin fəsad küləyilə vətənimizə gələn bu cür istəklər insanın mənəvi baxımından məhv olmasına apardığından və milli mentalitetimizə zidd olduğundan belə şeylərə heç cür icazə vermək olmaz.
Lakin sözün əsl mənasında bəzi gənclərin gəncliklərini hiss etməməsinin səbəbləri həm maddi çətinliklər, həm də mənəviyyatın olmamasından irəli gəlir. Bu səbəblərin hər ikisi psixoloji təsirlərini gənclərə göstərir.
MADDİ ÇƏTİNLİKLƏR. Ölkəmizdə iş yerlərinin az olması, gənclərə lazımi qayğının olmaması, bir çox iş yerlərinin maaşlarının az olması, gənclərə ayrılan kreditlərin mənfəətsizliyi, gənclərin ev sahibi olmaması və buna görə ailə qurmaması, xalqa ayrılan pulların gənclərə yox, qaçqınlara ötürülməsi, ailəlilərin bir qisminin kirayədə yaşaması, kasıb gənclərin evlərinə lazımi ərzaq, geyim və ev ləvazimatlarını ala bilməməsi, onları ruh düşkünlüyünə və psixi zəifliyə sürükləyir. Buna görə onlar gəncliklərinin itirilməsini duyurlar və həyata naümid yanaşaraq bəziləri bu səbəblərdən özlərinə qəsd etməkdən belə çəkinmirlər. Bu özünəqəsd istər inthar ilə, istərsə də pozğun həyata, içkiyə və ya narkotiklərə aludə olmaqla baş verir.
MƏNƏVİYYATIN OLMAMASI. Hal-hazırda Qərbin əxlaqsızlıq təbliğatı gənclərmizi mənəvi baxımdan tənəzzülə sürükləyir. Qızların və oğlanların əksəriyyəti Avropasayağı danışıq, geyim və əxlaq yolunu seçməyə can atırlar. Respublikamızın kürdlər tərəfindən işğalından sonra televiziyalarımızda səhərdən axşama kimi göstərilən şoular, çal-çağırlar əxlaqi keyfiyyətlər, milli mentalitet və ya Qarabağı qorumaq kimi vətənpərvər hisslərlə yaşamağa qoymur.
Televiziyada yayımlanan xarici serialların və filmlərin psixoloji təsirləri də həddindən artıq çoxdur. Ər-arvad xəyanətləri mövzusunda olan seriallar televiziyalarda gedəndən sonra, milli qeyrətimizə yaraşmayan və böyük günahlardan sayılan xəyanətlər gənclərimizin arasında artıq çox rast gəlinir. Belə olan halda boşanma və qəsdən adamöldürmələrin sayı şübhəsiz artmaqdadır. Bu hələ öz kanallarımızın acı nəticələridir. Peyk vasitəsilə yayımlanan minlərlə nəzarətsiz telekanalların “demokratik prinsipli” fəaliyyətlərinin nə ilə nəticələnəcəyini düşünmək belə insanı qorxudur.
İnternetdə olan saysız-hesabsız əxlaqa zidd pornoqrafik, sadizm, anti-Azərbaycan və s. ideyaları təbliğ edən saytlar heç bir maneə görmədən Azərbaycanın informasiya məkanına daxil olur və formalaşmaqda olan yeniyetmə və gənclərin istifadəsinə verilir. Bu gün öz mənəviyyatını bu cür saytlarla “doydurmuş” gənc sabah Azərbaycanın prezidenti, naziri, deputatı, müəllimi, həkimi, hüquqşünası, polisi, hərbçisi, dindarı və digər əhəmiyyətli vəzifə sahibi olacaq. Görəsən bu cür saytların gələcəkdə öz dağıdıcı təsirini göstərməyəcəyinə kim zəmanət verə bilər?
Yaşamağa məhkum olduğumuz informasiya cəmiyyətində qeyd etdiyimiz kütləvi informasiya vasitələrinin varlığı labüddür. Heç bir cəmiyyət bunlarsız inkişaf edə bilməz. Ancaq maddi inkişaf xatirinə əsrlər boyu formalaşan və qorunan milli-mənəvi dəyərlərimizi məhv edə bilmərik. Bu informasiya burulğanında batmamaq, ən əsası isə gələcəyimizi hər cür mənəvi mutasiyadan qorumaq üçün bütün vasitələrdən istifadə etməliyik. Gənclik daim nəzarət altında olmalıdır. Onlara özünənəzarət hissi və dinimizin əxlaq kodeksləri aşılanmalıdır.
Комментариев нет:
Отправить комментарий