Ülvi Məmmədli
Professional Oxucu Liqası
Sabahkı nəslin bizim qəbrimizi yerlə-yeksan eləməyə haqları var
Yazının bu yerində söhbət Roma tarixində misilsiz qəddarlığı və əxlaqsızlığı ilə ad çıxarmış tarixə Kaliqula adı ilə düşən Yuli Sezarın oğlu Qay Germanikdən gedir. Kaliqula bütün parametrlər üzrə əxlaqı məhv edən davranış sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona yaltaqlanmalı, əyilməli idi. Amma heç kəs bilməzdi ki, bir vaxtlar taxta sahib olduğu üçün şərəfinə 160 min qurban kəsmiş xalqın sevimlisi olan bu insan sonradan elə onu seçən xalq tərəfindən məhv ediləcək.
Hələlik tarixə ekskursu saxlayaq və bu günümüzə dönək. Bu günlərdə Alla Puqaçova və onunu "sonuncu" sevgilisi Maksim Qalkinlə olan böyük məhəbbətinə həsr edilmiş veriliş göstərirdilər. Yenə soxhasoz idi. Jurnalistlər beynimizə hansısa Böyük Qadın və böyük məhəbbət etalonu pərçimləməklə Alla Puqaçovanın bir çox yaxın ətrafından intervü götürürdülər.
Bilirəm, çoxlarınız qımışdınız ki, niyə Allanı deyirsən, özümüzünkülərdən danışmağa Sofiya Sadıqlı kimi cəsarətin çatmır? Çatır, əzizlərim, çatır. O sizin cəsarətinizdi çatmayan ki, belələrini "ulduz" eləyib başa çıxardığınızı, belələrini az qala əxlaq mücəssiməsi elədiyinizi etiraf edə bilmirsiniz. Özü də cəmiyyətimizin ən yüksəklərindən başlayaraq, elə hamımız. Mənə bayramın filanın dəxli yoxdur, istəyirsiniz adlarını da çəkim, şəkillərini də verim Sofiya Sadıqlı kimi, nə dəyişəcək? Mənim istədiyim sizin bu biabırçılıqlara münasibətinizin dəyişməsidir. Yaxşıdır, qoy elə Alla Puqaçovanın timsalında deyim. Vətəndaşlar, sizə elə gəlmirmi ki, bu özündən razı, hamıya tüpürmək iddasında olan yəhudi xanımı (Onun İsraildə villası var, qəbiri də hazırdır) tərifləmək, başa çıxarmaq yox, ən azından "görməmək", saymamaq lazımdır? Onun timsalında bütün şor-biznesçilərimizi deyirəm. Axı gözümüzün qarşısında gənclərimizin adi insanlıqdan sapması baş verir. Sabahkı nəslin bizim qəbrimizin yerlə-yeksan eləməyə, vallah, haqları var. Kimi kumir seçirik, kimi tərifləyirik, kimə fanatlıq edirik, kimə oxşamaq istəyirik? Oxucu, istəsən də, istəməsən də, belələri cavanlara nümunə olur. Sənin nəslini cavanların davam etdirməyəcək? Bəs onda bu nə rəzalətdir biz edirik?..
Kim istəyir, Alla Puqaçovalar onun anası-bacısı olsun- seçim sizindi. Deyir at özgənin... Sevirsən? Sev dəə, bunu ölkənin müzakirəsinə niyə çıxarırsınız?
Комментариев нет:
Отправить комментарий