11.11.2011

Uzaqlarda...


At hər şeyi qaç!
Bu şəhər sənin,
Sən də bu şəhərin bilmədiyi dildə danışıb,
deyinirsiz.
Qaç dalğaları yarıb, tez qaç!
Dar küçələri ötüb tez qaç!
Təklikdə - itdiyin yerdə qaç!
İnanılmaz, dostmu oldun küçələrlə,
belə olmaz alınmaz axı,
bu satqın küçələrdən sənə heç vaxt dost çıxmaz!
Baxarsan sərxoş edib bir küncünə atacaq səni,
Axı dostundu yaxından qucaqlar səni
Dilənib bacalarda mey almaqçun. Elədi?
Öz dostunla, qədəhlərdə bitəcək bitəcək şüşələrin
Həyat əzablı deyib itrəcəksən özünü mənliyini
bitirəcəksən sözünü ağlayacaqsan,
Sakit ol! Bu yaşlar nəyə?!

Bəlkə peşmansan, seçdiyin bu həyat belə?
Yox sən etmə belə dur ayağa
cəsarəti topla öz kobud əllərinə,
"yox bacarmaz" dediyin an,
ümüdlərin ümüdlərin üzəcək səndən
həyat sənə üz çevirəcək belə olsa
az da olsa utanmaq vardı səndə
O hiss də itər gedər
vaxt hələ var sən cavansan
qocalanda fikirləş
nə günlərə qalassan?! hmm
O kobud əllərində artan kobud qırışlar,
ağarmış saçlarını itirmiş gözlər ağlar.
Boğazında öskürək ciyərdən gəlir sənin,
Ürəyində xəstəlik "zəhərdən" gəlir sənin
İtirdik deyəsən səni, məyər bu qoca sənsən?
Bəs uşaqlıq illərinin arzuları hardadı?
"Mən də qocalanda babam kimi olacam
Nəvəmə nağıl danışıb yanağlarından alacam"
Nəvə? Hanı nəvə? Yoxdu axı görmürəm...
Bəlkə itirmişəm sənin parlaq həyatında inan
Bax indi anla dedim keçər ağlımdan
Batar kiçik hüçeyrələrin yaddaşına
Bəlkə təsiri olar sənin həyatına.
At əlindəki o içi boş şüşəni anla nədir,
Bəlkə də artığ gecdir
Dediylərim bir nağıl
Sadəcə fikirdədir bu ömrün cığırı
Qocalanda yada qonağ olar gülümsünər gözlərin,
İtirdiyin illərin, xatirəsi sözlərim...

Комментариев нет:

Отправить комментарий