09.04.2012

«AĞ»LA «QARA»NIN ZİDDİYYƏTİ


Aynurə Niyaz qızı Paşayeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutu

Simvolik başlıqla adlandırılan əsər əslində iki povestin birləşməsindən yaranan, ar­xetipik struktur üzərində qurulan romandır. Ya­­zıçının ikinci nağılın əvvəlində ver­diyi qeyd­dən məlum olur ki, utopik və antiutopik cəmiyyətdəki hadisələr eyni za­man­da baş verir.
Dünya yarandığı gündən xeyirlə şər daim mübarizə aparmışdır. Ağ qoç əsərdə «ağ dünya»nın, qara qoç «qaranlıq dünya»nın təmsilçisidir. 

Yazıçı Anardan başqa bir çox yazıçılar surətləri qruplaşdıraraq müəyyən məkanda cəm­ləyib bir dünya - cə­miy­yət, utopik, yaxud antiutopik cəmiyyət yaratmışdılar: Dan­te­nin «İlahi kome­diya»sı, Nizaminin «İskəndərna­mə»si, Ə. Haq­ver­di­ye­vin «Xortdanın cəhənnəm mək­tub­­ları» po­vesti və s. Hər bir əsərdə yazıçı tə­xəy­yülü müx­təlif cür özünü göstərir. Xeyir və Şərin müba­ri­zəsi motivi hələ qədim «Avesta»dan gəlir. Avestanın «Vendidad» (Vi­dev­dad) hissə­sində təsvir olunan XVI ölkə utopik cəmiyyətin ilkin nümunəsidir. XVI ölkə alleqorik şəkildə «başsızlar», «hakimsizlər» ölkəsi adlanır. Bu ölkədə ancaq əmə­­li pak insanlar yaşayır. «Burada antoqonist siniflər olmadığı üçün ictimai zid­diy­yətləri tənzim edən bir başçıya və hakimə də ehtiyac qalmamışdır» (3, s. 82). Böyük Ni­zaminin «İskəndərnamə»sindəki utopik cəmiyyət «Ədalət şəhəri», yaxud «Xoş­bəxt­­­­lər ölkəsi»də insanlar şad, firavan yaşayır, çünki burada yalan, nəfs, kin, riya yox­­dur, bu dünyanın insanlarının əsas dini də ədalətdir. Buna görə də yeni dünyaya gələn öv­lad­lar, yerə səpilən toxumlar, ancaq Allaha tapşırılırdı. Bu ölkə o qədər təmiz və saf ölkədir ki, burada evlərin qapısında nə bir qıfıl, nə casus, oğru, nə də şəhər gö­zət­çisi var. İnsanlar heyvanları incitmir, ölülər üçün isə kədərlənmirlər. ««İskəndər­na­mə»dəki utopik cəmiyyət Tomas Morun, Kampanellanın yaratdığı ideal cəmiyyət­dən daha de­mok­ratikdir: burada qullar və siniflər yoxdur» (5, s. 160).
«Ağ rəng» ilk dəfə səslənəndə insanın gözün­də pak­lıq, tə­­mizlik rəmzi kimi tə­səvvür olunur. Ancaq ağ rəngin özünün rəng simvolikası əsər­də heç də ötərgi x­arak­ter daşımır. Bu elementi arxaik düşüncədəki şamançılıq ənənələri və su­fi simvolikası ilə bağlanır. Ağ rəng şamanlarda ululuq, ədalət və güc mənaları daşı­yır­dı. Eyni za­man­da ağ rəng ümid, inam, qalibiyyət, ehtiram, paklıq, xoşbəxtlik rəngidir. Qədim türk­lərdə sərkərdələr (Mete, Kül Tigin xaqan) döyüşə gedən zaman ağ at minərmiş. R. Rza da «Rənglər» silsiləsində ağ rəngin sevinc və mə­həbbət çalar­la­rı­nı tərənnüm etmişdir.
Əvvəlcə, Məliyin sakini olduğu utopik dünyadan bəh edək. Məlik Məmmədli Çağ­daş Radio - TV kanalında jurnalist və telerejissor kimi fəaliyyət göstərir. Ölkənin tanınmış telejurnalist və telerejissorunu əsərə baş qəhrəman gətirmək yazıçının tə­sa­düfi seçimi deyil. Çünki xəyalında canlandırdığı cəmiyyəti, onun  həyatındakı ha­disə­ləri çat­dır­maq üçün bu obraz-vəzifə əla vasitədir. Bu cəmiyyət elə bir cəmiy­yətdir ki, bu­rada ha­mı firavan yaşayır. Eyni zamanda bu cəmiyyətdə hər gün səhər Döv­lət Him­nin səsinə oyanan, içində doğma torpağının qürurunu, təəssübkeşliyini da­­şıyan vətənpərvər Məlik kimi şəxslər yetişir. Ölkə əhalisinin yaşayış səviyyəsi o qədər yüksəkdir ki, orta əmək haqqı ayda 1000 dollardır. Kommunal xidmət, ali və or­ta təhsil – hamısı pul­suzdur. Bütün bu yüksək yaşayış səviyyəsinə bax­mayaraq, Mə­lik Məm­mədli Novruz bayramını evdə yalnız qeyd edir. Çünki həyat yoldaşı Ay­pəri Təb­­rizdə teatr rəssamı, oğlu Beyrək Şuşada nəqliyyat mühəndisi, qızı Burla isə Kərkükdə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Bu cəmiyyətdə artıq Qarabağ problemi həll olun­muş­dur. Azər­baycanın sərhədləri Şərqdən Şah dəniz, Şi­mal­dan Dər­­bənd, Cənub Qərb istiqa­mə­tində Urmiya, cənub istiqa­mə­tin­də Zəncana qə­dər olan məsa­fə­dədir. Bu ölkədə onlarla partiya əvəzinə 5 partiya var: ikisi iqtidar, iki­si mü­xa­li­fət, biri bitərəfdir. An­caq onlar da ümumi məsələlərdə bir araya gələ bilirlər.

Qarabağda Beyrək Cıdır düzündən Topxana meşəsinə kimi funikulyor qurul­ma­sı­na rəhbərlik edir. Qarabağın bütün yerlərində Ağdamda, Şuşada turistlər üçün fə­aliy­yət göstərən otellər fəaliyyət göstərir, tez-tez musiqi festivalları keçirilir. Er­mə­nistan­la Azərbaycan arasında sülh danışıqlarının nəticəsində saziş imzalan­mış­dır. Ermə­nis­tan­da C. Məmmədquluzadənin «Kamança» pye­­si oynanılır. Eyni zamanda ölkənin hər ye­rin­də müxtəlif tədbirlər, festivallar keçirilir. Bunlar haqqında məlumata Məli­yin jurnalistik fəaliyyətində şahidi oluruq. Azərbaycan artıq başqa dünyanın bey­nəl­xalq, ta­nınmış fir­ma­ları ilə birgə layihələr işləyir, dünya standartlarına uyğun «Ma­ral», «Ceyran» adlı avto­mo­­billər istehsal edir. Bir çox bölgələrin dəyişdiril­miş adla­rına da tə­s­adüf olunur. «8-ci km qəsəbəsi» «Bayat» məhəlləsinə, «Respublika» sarayı «Fü­­zuli» sarayına, «Respub­lika» meydanı «Səlcuq» stadionuna, «Ermənikənd» bul­va­rı «Aşıqlar» bulva­rına, «Hö­kumət» evi «Odlar sarayı»na, «İliç buxtası» ameri­ka­­lı­la­rın saldığı «Disney nağıl dünyası»na, «Hövsan» qəsəbəsi «Universi­tetlər şəhər­ci­yi»nə çevrilmişdir. Şəhərdə bul­varların da sayı çoxalmışdı. Milli ele­mentlərlə bəzə­dil­miş bu ölkədə öz oxu ətrafında fırlanan «Bulud» res­to­ranından bütün yerləri seyr edən Məlik yazıçının canlandırdığı uto­pik cəmiyyətinin ümumi mənzə­rə­sini da­ha da parlaq və əlvan edir. Artıq cəmiyyətdə problemlər az olduğun­dan, həyatı ob­raz­lı şə­kil­də əks etdirən ədə­biyyatda insanın qəlbini titrədən əsərə rast gəlmək müm­kün de­yil. Anarın utopik dünyası daha çox məhz bu xüsusiyyətlərinə görə insana Ni­za­mi­nin «İs­kən­­­dər­na­mə»sindəki «Xoşbəxtlər ölkə­si»ni xatırladır. Ancaq «ən əhəmiy­yət­lisi bu uto­pi­ya şa­irin öz dövründə qızğın fəaliyyətdə olan əxilərin düşüncə və görüş­lə­rindən qida­lan­­mışdı» (3, s. 536). Anarın utopik dünyasında, Əli bəy Hü­seyn­zadənin türkçü­lük, mü­­­asir­lik, is­lam­laşmaq (son­ra­lar Ziya Göyalp tərəfindən tək­rar­lanan türk­ləşmək, is­­lam­­laşmaq, avropalaş­maq) kon­sep­siyası əsərin mərkəzin­dən keçən əsas xət­dir. Keç­miş «Hökumət evi»nin, indiki «Odlar sarayı»nın qülləsinin üs­tün­də 16 daimi mə­şəl ya­nır: «Güney və Qu­zey Azər­bay­­­can»ın 16 tarixi şəhərin adını xatırladır. Ümu­miy­yət­­lə, filosofların bəzilərinin fikrincə, bütün təbiət 16 ünsürdən yaranıb və bu rə­qəm bü­­­tünlüyün simvoludur. Hətta əy­lən­­cə mərkəzlərinin adları da milli xa­rak­terlidir. «Min bir gecə», «Ömər Xəy­yam», «Bəhlul Danəndə». Bu ölkə tarixinə o qə­dər sa­diq­dir ki, hət­ta, M.Ə. Rəsul­za­də­nin, Ə. Topçubaşovun, F. Xoy­lu­nun, N. Nə­­ri­ma­nov, Nə­si­mi, Fü­zu­linin, M.F. Axun­dovun nəş­ləri Bakıya gətiril­miş, dəfn olu­na­raq üzə­rində türbələr ucaldılmışdı. Utopik dünyadakı Ərxan Məlik Məmmədli ilə «Çağ­daş» radi­osun­da çalışır. Novruz bayra­mın­da Novruz adlı ağ pa­paqlı, ağ çuxalı, ağ atlı oğ­lan Ya­­nar­dağ­­dan məşəl götürüb il təhvil olunan saatda Qız qalasının başına gətirməli idi. Bü­­tün bun­ları televiziya vasitəsi ilə ekranlaşdıranlar isə Ərxan və Məlikdir. Yazıçı Türk dünyasının mənəvi mər­kə­zi olan Tür­kan şəhəri haqqında ətraflı bir mənzərə ya­ra­dır. Şə­hərin girəcəyində – Dinlər meydanında Əhməd Yasəvinin məs­cidi, xris­­tian qa­­qa­uzları üçün kilsə, yəhudi Qara­im­lərinin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda məbədi, Yakutların şaman otağı var. «Ötükən» ormanında bütün dünya­dan gətirilmiş bit­­­kilər böyük bir fauna yaradıb. Anarın utopik dünyasında saldığı «Qarabağ» bulvarı öz kədərli kompozisiyasına görə bizə tarixi keçmişimizi, xüsusilə də, Xocalı fa­ci­əmi­zi əsla unut­durmur. Mustafa Kamal Atatürk Univer­si­teti, Orxan meyda­nın­dakı Bö­yük, Kiçik Gültəkin, Tonüquq yazıları böyüdül­müş daş kop­yaları qoyul­ması «Tu­ran» ote­­li, «Hunlar» meydanı isə Bakını Türk dün­ya­sının ən böyük mərkəz­lə­rin­dən biri edir.
Xalqlar dostluğu doğmalığının tərəfdarı olan yazıçı utopik cəmiyyətdə Ermə­nistan, Qarabağ azərilərinin torpaqlarına qayıtdığını, ermənilərlə bərabər hüquqlarla təmin olunduqlarını qeyd edir. Nargin ada­sı­nın adını dəyişib yazıçı Nərgiz adası ad­lan­dırır. Yazıçı özünün obrazını utopik cəmiyyətdə kiçik ştrixlərlə səsləndirir: «Sonra kimsə xatırladır ki, indi çoxdan unu­dul­muş Anar ad­lı bir yazıçının heka­yə­sində bu ada Nərgiz adlanır. (Bu Anar, deyilənə görə, o vaxt mövcud olan Yazıçılar Birliyinin səd­­­ri olub, sonra ömrü­nün axırınadək Suraxanı – Əzizbəyov avtobusunda konduktor iş­­lə­yib)» (2, s. 325). Yazıçının özünü bu vəzifəyə layiq görməsi isə sual altındadır.
Anar yeni cəmiyyəti canlandırmağa çalışdığı halda, yeni-yeni sözləri türkləşdi­rərək əsərdən işlətmişdir: bilgisayar, ayarlamaq, elektorat (tərəfdaş), dincərlik (is­ti­rahət yeri), işdaşlar (həmkarlar), ismarış, retrospektiv, şık (parlaq), əyləmək (işə salmaq), vapur (gəmi), kruizlər (səfər), dikuçarlar (nəqliyyat növü), paralon mulyaj (oxşar kiçik heykəl), dəmətlər (qığılcımlar).
İkinci nağılda qara qoç Məlik Məmmədi tərkinə alıb qaranlıq dünyaya aparır. Qara qoçun rəng antoqonozminin də öz mifoloji mənası var. «Qara rənglə ifadə olu­nan «qara yer» Oğuz təsəvvüründə üstündə, üzərində gəzilən ev, otaq tikilən dün­ya­nın alt, qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir ki, qara yerin alt qa­tına birbaşa dəxli olan və insanın dünyasını dəyişməsini bildirən «ölüm» də «Ki­tab» da elə «qara ölüm» şəklində deyilir» (1, s. 67-68). Türklərdə qara rəng türk ol­ma­yan­lara, yaxud düşməni bədii təyinlə işarə edən za­man söylənirdi: «qaraca kafir», «qara dinli kafir». «Kitabi-Dədə Qorqud» das­ta­nın­da işlənən «qara başım qur­ban ol­sun» ifa­dəsindəki «qara» türkün başına gələn qəmli, kədərli anlarından xəbər verir.
Yazıçı «Məlikməmməd» nağılının süjetinə sadiq qalmışdı. Çünki nağılda da Mə­lik­məmməd birinci ağ qoçun tərkinə minir, ancaq ağ qoç onu qara qoçun tərkinə atır. Antiutopik cəmiyyətdə Məlik Məmməd utopik cəmiyyətdəki Dövlət himninin səsi ilə deyil, sabah azanının səsinə oyanır. Telejurnalist kimi Bakıdan İstanbula ezam olu­nan Məlik uzun illər doğma vətəninə qayıda bilməmişdi. Onun doğma Bakısı isə 3 öl­kənin təsiri ilə 3 zonaya: farsların təsiri ilə Behişti Badi-Kübə, rusların təsiri ilə Ba­kı Kommunası, üçüncü zona ingilislərin təsiri ilə Baku sitiyə ayrılıb. Bu, Anarın «Azər­bay­can­çılıq haqqında düşüncələr» mühazirəsində qeyd etdiyi fikirlərlə yaxın­dan səs­ləşir: «Quzeydən Güneyə, Doğudan Batıya açılan qapıların bir açarı da Azər­bay­can­dır. Hər bir qoluzorlu bu açarı öz cibində saxlamağa hərisdir» (2, s. 6). Məlik Ər­xa­nın oğlunu xilas etdiyinə görə Ərxan ona bu üç zonaya getmək üçün kö­mək edir. Onu 3 zona haqqında material­lar hazırlayıb gətirən jurnalist adıyla yola salır, ancaq gör­dük­lərinə görə təəccüb­lən­məməyi, bədbinləşməməyi tövsiyə edir. Məlik ilk əvvəl yaşıl bay­­­­raq­lı Behişti Badi-Kübəyə gəlir. Yaşıl rəng – islamlaşmaq rəmzidir. Burada onun xatirəvi qalstukunun alın­maması üçün göm­rüyə 50 dolların verməsi bu ölkənin abı-havasının ümumi sə­ciy­yəsi haqqında mə­lu­matlandırır. Məliyi taksidə oturandan mü­şa­hidə edən İmamqulu adlı oğlan Bakı Kommunasına qədər izləyir. Behişti Badi-Kü­bə o qədər əsarətcil bir ölkədir ki, şəhər sərhədlərinin məftilləri elektriklidir. Məlik yolda İs­ma­il­li­yə, Əlyaz­malar İnstitutunun binalarını dağıl­mış, filarmo­niyanın bina­sın­da cü­mə məscidini gö­rür. Məlik Aypərə zəng edib görü­şür, ancaq, çox təəssüflər olsun ki, Ay­pər əvvəlki Ay­pər deyildi. Adını da də­yişib Mahrux qoyub, mədrəsədə xət­tat­lıq dərsi deyir. O, üzdə də ol­sa, Məliklə olan ni­kahı haram sayır. Ancaq söh­bə­tinin so­nun­­da onun xoş­bəxt­liyinə inanmamağı, bun­dan sonra Mə­li­yin onu ölmüş bilməsini pıçıldayır. An­caq son anda da bu sözləri deyəndə, Ay­pə­rin göz­ləri do­lur. Məlik onu xilas etmək istəyini bildirsə də, Aypər bunun qeyri-mümkün oldu­ğunu de­yib ayrılır. Məlik Aypərdən ay­rıl­­dıq­dan sonra Qız qalasının, İçə­ri­şə­hərin divar­larını sö­külmüş görür. İmamqulu öz vəzifəsini sona qədər yerinə yetir­dik­dən son­ra göz­lə­rini kədər bü­rüyür. Hamı törə­di­lən bu vəhşiliyinin, şovi­nist­liyin qar­şısında laldır. Çün­ki hər kəs özünü gücsüz və aciz hesab edirdi.

Bakı Komunnasına oğlunun arxasınca gələn Məlik ilk əvvəl Nizami muzeyinin hey­kəllərinin Engels, Lenin, Stalin, Maratla əvəz olunduğunu görür. Dilənçilərlə bol olan bu şəhərdə hər bir şey Maratın adınadır. Hətta «Mart» ayının adı dəyişdirilərək «Ma­rat» adlandırılmışdı. O, oğlunun işlədiyi Komissarlıq binasına gələrək erməni əsil­li, müsavatçıları nakazat edən Telman Qaraxanovla görüşür. Maratın ba­xış­larına görə bir millət var, o da proletariatdır. Oğlu ilə səmimi görüşmək istəyən Məlik ət­raf­dakı şəraiti nəzərə alıb oğlu Boris Mamedov (Beyrək Məmmədli) ilə soyuq bir tərzdə görüşür. İnsanların qanına ba­is olduğuna görə bu yevrey - Marat gözünə qara eynək ta­xırdı. Bu səbəbdən də bu binada ça­­lı­şanların hamısı qara eynək taxır. Şəxsiyyətə pərəstiş kommunizm ideyası hər zaman Anar əsərlərində kəskin şəkildə ifşa obyek­tinə çevrilmişdi. Özünü idarə etdiyi zamanın Allahı sayan Marat stalinlərin, brejnev­lə­rin xarakterini özündə cəmləyən surətdir. Ata ilə oğlun söhbətindən məlum olur ki, oğul bü­tün bu kommunistlərə nifrət edir, ancaq burada məcburən Borisi (Beyrəyi) də Azər­bay­can dilini bildiyinə görə saxlayırlar. Söhbət zamanı Ermənistanda atom stan­siyasının partlamasından, Qarabağın 300 il insanlar üçün yaşanılmaz hala gəlmə­sin­dən, Min­gə­çevir su elektrik stansiyasının partlayıb əha­­linin dağlara qaçma­sın­dan söz açılır. Məlik oğlu ilə vidalaşanda oğlu Türkiyədə insanların necə yaşama­sı­nı xəbər alır. Ata «insan kimi» yaşadığını deyir.
Üçüncü şəhərə gələndə Məlik Məmmədli qızı məşhur rəqqasə, pop ulduz, gö­bək rəqsinin mahir ifaçısı, ancaq hal-hazırda şəhər meri olmağa hazırlaşan Bura (Burla Xa­tun) ilə rastlaşır. O, atasının keçmiş evini bərpa edib 3 mərtəbəli villa tikdirmişdi. Çünki o zaman, barrikadalar Bakıya gələndə Burla evdə zökəm xəstəliyindən yatırdı. Qardaşı və anası isə fabrikdə çalışırdılar. Bura qardaş və anasından fərqli olaraq ata­sını gözəl qarşılayır. Məliyə həyat yoldaşından, oğlundan daha çox qı­zı ona neçə illər ayrı olduğunu xatırladır. Çünki hamıdan çox Bura atasına qovuş­ma­ğın həsrətində idi. Buranın yaşadığı Baku siti çox inkişaf etmiş Avropa şəhərlə­rin­dən birinə çevrilmişdi. Binanın otağında pultla idarə olunan dağ və dörd fəslin özü­nə­məx­sus havası, həmin havanın xüsusi səsləri Məliyi çox təəccüb­lən­dirir. Cəh-cəh Can adlı ma­vi (brik-brakın Allahı) də Buranın mer se­çil­mək kom­paniyalarında ona mah­nılar həsr eləmişdir. Məlik aparılan kom­pa­niyanın konsertində iyrənc insanları görüb qaçır. Təəssüflər ol­sun ki, avropalaş­maq, mü­asirləşmək ideyalarının carçısı olan Baku siti Qərb dün­ya­sının mənəvi, es­te­tik, fəlsəfi, demokratik siyasi dəyərlərini deyil, acı­na­caq­lı tə­rəf­lərini aşılayır. Yol­da vax­ti­lə yazıçı olmuş, ancaq hal-hazırda acından ölmə­mək üçün zi­bil­lik­lə­rdə bir para yemək axtaran bələdçiyə rast gəlir. Məlik Şir­van­şah­lar sa­ra­yında müx­təlif iyrənc şou görün­tü­ləri, kazi­no­lar görür. Şə­hərdə bö­lün­mə­miş yer qalmayıb, hətta Xə­zər dənizinin al­tı­nı, üstünü, içini də bö­lüblər. Boş qalan isə ma­zut­lu sa­hil­lərdir. Neftçilər prospekti qum­lu, ma­zut­lu sahilə çevrilib. Ey­nəkli kişiyə beş dol­lara sal daş sərhəddən Məliyi keçirir. «An­ti­uto­pi­yanın ma­hiyyətində xalq gülü­şü­nün ele­ment­ləri yox dərə­cə­sin­də oldu­ğun­dan, bu­ra­da karna­val­lığa da yer yox­­dur, ək­sinə, qorxunun və qaranlıq niy­yətlərin, an­ti­­de­mok­ratik üsul-idarənin hökm­­­­­ran­lı­ğı bu janr üçün xarakte­rik­dir» (4, s. 191). Məlik buradan keçəndə Xəzərə axı­­dılan kana­li­za­si­ya­sı­­nın üfunətli qoxusundan burnunu tutur. O, üfu­nətli sahildən uzaq­­­la­şan­da Ər­xan­la rast­­laşır. Onu buradan aparmasını is­tə­yir. Əsə­rin bu hissəsi in­sana Ə. Haq­­­ver­di­ye­vin «Xortdanın cəhənnəm məktubları» po­ves­tin­dəki Xort­danın çarın gəl­mək xə­bə­ri­ni eşi­dib cəhən­nəmdən çıxmaq istəməsi hissəsini xatırladır. Ər­xan burada sanki züm­rüd qu­­şu rolunu oynayan ob­raz­dır, o, ağ qo­çu qara qoçdan seç­məyi tövsiyə edir. Mə­lik irə­liləyərək ağ qoça doğru çatmaq is­tə­yir. Yazıçı əsəri 3 nöqtə ilə qurtarır. Çün­ki ağ qoça çatmaq üçün cəmiyyət daha da in­kişaf edərək kamil­ləş­məlidir. Anar utopik cə­miy­­yət haqqında əsas ideyasını bu cür messajlarla çatdırır: «Xə­yal­la­rım­da ya­şat­dı­ğım, bəl­kə də görə bil­məyəcə­yim bu gələcək Azərbaycanımın isə yu­xarıda an­lat­­ma­ğa, izah et­məyə ça­lış­dığım beş təməl üzərində – İnsan Azadlığı, Mil­li Müs­tə­qillik, sin­­fi, milli, irqi, dini, cinsi Bə­ra­bərlik, Türk Qardaşlığı, Xalqlar dost­­­luğu – bü­növrə­sin­də du­ra­ca­ğı­nı arzu­la­yır, uca Tanrıdan diləyirəm» (2, s. 25). Ya­zı­çı Məli­yi mü­­­­bariz qəh­rəman ob­­razında ver­mir. Çün­ki yazıçı əsas diqqəti cəmiyyət üzərində cəm­­­ləyib. Mə­lik Məm­mədlinin cə­miy­yət uğrun­da hansı savaş və müba­ri­zənin­ aparacağını ya­zı­çı oxucuların öhdə­si­­nə buraxır. 

ABSTRACT
Pashayeva Aynura Niyaz
On novel Anar’s «White ram, Black ram»
The subject of novel Anar’s «White ram, black ram» is about the writer's thoughts on the fate of modern Azerbaijan. No longer in the utopian society created by the wri­ter the Good took strong his victory as a flag. But still, anti-utopian society are un­der the influence negative, severe of russians, persians, europeans. Despite all this, the writer believes whenever there will be the Utopian life that the writer's desired.

РЕЗЮМЕ
Пашаева Айнура Нияз
О романе Анара  «Белый баран, Черный баран»
Основу произведения Анара «Белый баран, Черный баран» составляют раз­мыш­­ления  писателя о судьбе современного Азербайджана. В созданном ав­то­ром утопическом обществе Добро завоевывает прочную победу. Однако, ан­ти­утопическое общество все еще находится под сильным отрицательным вли­яни­ем русских, фарсов, европейцев. Несмотря на все это, писатель глубоко убеж­ден, что созданный в его мечтах утопический мир рано или поздно воплотится в жизнь.

ƏDƏBİYYAT
Abdulla B. Kitabi-Dədə Qorqudda rəng simvolikası.Bakı, Çaşıoğlu,2004,127 s.
Anar. Əsərləri. IV cild. Bakı, Nurlan, 2004, 503 s.
Azərbaycan ədəbiyyat tarixi. II cild. Bakı, Elm, 2007, 632 s.
Bəkirqızı (İsayeva) Pərvanə. Ağ qoç, qara qoç romanı. Utopiya və antiutopiya
paradiqmasından // Azərbaycan jurnalı, 2009, № 2, s. 187-192.
Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, Sabah, 1995, 712 s.
Волшебная трава. Иллюстрация 11

Комментариев нет:

Отправить комментарий