09.04.2012

AĞACDƏLƏN

ƏFSANƏ LAÇIN

Aylar keçdi,il dolandı ağacdələnin nağlı yarandı. Meşədə heyvanlar və başqa quşlarla birgə ağacdələn də yaşayırdı. Ağacdələn gecə-gündüz ağacların qabığı altında gizlənən qurdları dənləyirdi. Tak-tak-tak.
Heyvanlar və quşlar ağacdələnin səsindən yata bilmir, şikayət edirdilər.
Bir gün meşənin sakinləri bir yerə toplaşdılar. Ağacdələni də çağırmışdılar.Hamı növbə ilə durub danışırdı.
Qaratyuq dedi:Cır alma ağacının başında yuva qurmuşam.Elə ki,deyirəm bir az yatıb dincəlim ağacdələn başlayır ağacı döyəcləməyə.Tak-tak-tak.

Ilan:mən ağacdələni çalsan heç kim məndən inciməsin a!
Dovşan:ağacdələnin səsi gələndə qorxudan titrəyirəm.Deyirəm bu nə səsdi bəlcə canavardı,bəlkə tülküdü gəlib məni parçalamağa.
Ayı:mən elə yatıram heç ağacdələndən xəbərimdə olmur.
Ara qarışmışdı.Heyvanlar və quşlar səs-səsə vermişdilər.Hamı bir ağızdan şikayət edirdi.
Ağacdələn bir söz demədən sakitcə ucub getdi.O,dostlarından incimişdi.Axı,onlar bilmir ki,ağacdələn olmasa ğacları qurd yeyər?!
Meşənin sakinləri birdə gördü ki,ağacdələn çıxb gedib.O gündən ağacdələnin səsi kəsildi.Ağacdələni gördüm deyən olmadı.Hamı gecələr rahat yatır,səhərlər kefi kök oyanırdı.
Aylar keçirdi,amma ağacdələn  ki,qayıtmırdı.Qurdlar ağacdələni yoxluğundan duyuq düşmüşdülər.Meşədə qurdların çürütmədiyi,koxuş açmadığı,yuva qurmadığı ağac qalmamışdı.Ağacların qabıqları ovulub tökülürdü.Meşənin sakinləri təşvişə düşmüşdülər.Onlar anlayırdılar ki,ağacdələn qayıtmasa ağaclar məhv olacaq.Meşə viran qalacaq.
Meşə sakinləri yenidən bir yerə toplaşdılar.Məşvərət edib qərar verdilər ki,ağacdələni tapsınlar.
Ağacdələni tapmaq üçün quşların hərəsi bir tərəfə uçdu.Çox axtardılar nəhayət ağacdələni tapdılar.Hamı öz günahını bilirdi.Bütün heyvanlar və quşlar ağacdələndən üzr istədilər.Ağacdələn meşənin halını görüb yumşaldı.Dostları ilə barışdı.
O gündən heç kim ağacdələnin səsindən şikayət etmirdi.Ağacdələn yavaş-yavaş ağacları müalicə edirdi.Onun qayıtdığını duyan qurdlar qaçıb canlarını qurtarmağa çalışırdılar.
Bu nağılı oxumuram ki,mışıl-mışıl yatasan oxuyuram ki,fikirləşib  ağıllı  yol  tapasan.

Комментариев нет:

Отправить комментарий