09.04.2012

Bulutlara yüklədim həsrətimi


Məhəmməd Gərgərli


1-
menim röyalarımda bir gece var
aysız gece
ulduzsuz gece
dünyanın en uca yerine gel
sen meftiller arxasından ayı oğurla
men polisin çiyninden ulduzu qopararam
uzaqlarda bir çocuk göye baxır...


2-
Biz dünənin çocuqlarıyıq
biz unudulduq sizin şəhərlərinizdə
dəyişdiyiniz kəndlərimizin adları kimi

biz unudulduq heç bilmədən
babalarımızın şəhərlərinizdə məzarları kimi
dönmək bir səhərdir, gecələr sonunda
ulduzlar yanından günəşi oğurlamaqdır
armitaları unutmamaqdır suların göyə sürgün
düşdüyündə
tanır nəfəsdir, sudur, havadır, günəşdir, bulutdur
illərdir tanrını oğurlayıblar buralardan
sən günəşsiz yerlərə baxan günə baxansan
tanrısız günəbaxan
darıxma biz günəşi bir daha döndərəcəyik göyümüzə
biz dünənin çocuqlarıyıq...


3-
Bulutlara yüklədim həsrətimi
Ağladılarmı gözlərin?
Yalnızlıq çağlarımı bağırıdım dibsiz quyulara
Səsimi eşitdinmi?
Ğurbət axşamlarında yazdıqlarımı verdim yelə
pəncərəni açdınmı?
Hər gecə yataqda ağlayar kən
çətrini başından götürdünmü?
Sən məni düşünmədin
Bilirəm bilirəm bilirəm
Ağırdır sevmələrim
Sənin ürəyin taşıya bilməz
Bu gün hər nə deyişilib
Nə sənin ürəyin həmən ürək
Nədə mənim
Dünya deyişilib
Daha sevənlər parkalara getmirlər
Daha məktublar yazmayıllar
Telfonlarda ,internet səyfalarindaə sevişirlər
Günəşi görmədən
Yağış altında islanmadan
Parkalarda oturmadan
Belədir yeni sevmələr
Sən gördünmü bunları?
Nə səni unutdum
Nə məktubları
Nə parkalarda oturduğumuz oturacaqları
Yeni dünyamda yaşayır bunlar
Zaman məni dəyişdirmədi
Mən buradayam
Həmən parkada
Qışın günündə oturduğumuz oturacaqda
Üşüyürəm ....
Üşüdükcə düşünürəm...
Sevginin ilk nəfəsi, məntiqin son nəfəsidir.!

Комментариев нет:

Отправить комментарий