Afaq Şıxlı
Öz dövründə dahi Füzuli belə yazırdı: “Öylə bir dövrdəyəm ki, nəzm
olub xar!“ Bax, indi biz də demək olar
ki, buna çox bənzər hallar yaşamaqdayıq.
Qəribə zamanda
yaşayırıq, dostlar! Tarazlığı pozulmuş, yaxşısı pisinə qarışmış, doğrusuyla
yalanı arasındakı sərhədləri itmiş kimi görünən bir zamanda... İnsanlar bəzən
özləri də həyatdan nə istədiklərini, nə umduqlarını bilmirlər. Əlbəttə ki, bu
xaos, bu natarazlıq ədəbiyyatımıza təsir etməyə bilməzdi. Ədəbiyyat böhran içərisindədir.
İnsanı mühit
yetişdirir, əzizlərim. Sağlam mühit sağlam insan, bulaşıq mühit isə xəstə insan
yetişdirir. Bu mühit öz meşşanlıq, şöhrətpərəstlik, qorxaqlıq, yaltaqlıq, şəxsiyyətəpərəstiş
mikroblarını yetişdirmələrinə də yoluxdurur.
Baş,
tutaq ki, təqdim edirik: Azərbaycan Yazarlar birliyinin üzvü, Dünya Yazarlar
birliyinin üzvü, Beynəlxalq Yazarlar birliyinin üzvü,
Azərbaycan
Şeir Akademiyasının akademiki, Dünya Şeir Akademiyasının akademiki, Beynəlxalq
Şeir Akademiyasının akademiki
NİZAMİ
GƏNCƏVİ
Necə səslənir?
Bayağıdır deyilmi? Sizcə dahi NİZAMİyə tanınmaq üçün bu kimi adlar silsiləsi lazım
olmuşdumu?
Əlbəttə ki, yox!
Belə adların heç biri olmadan o Azərbaycana və ondan kənarlara səs salmışdı və
indi də bütün dünyada əsil şair timsalıdır.
NİZAMİ şair və filosof olub, var və olacaq!
Neçə yüz illərdir şeirləri, poemaları, qəzəlləri onun adından danışır
və onun Kim olduğunu bildirir.
Bir fidan torpağa bağlı
olan kimi, şəxsiyyət də mənəviyyatına tabedir. Vətəndaş öz ədəbiyyatından
qidalanır, ruhu ondan su içir.
İnsanı insan kimi
yetişdirən yazarlar, onların tərbiyəvi-əhəmiyyətli əsərləri, hər sözü bir dərsliyə
bərabər yazılar olmadıqdan sonra daha nə olsun? Qəlbin üsyan etdiyində, kövrəldiyində
şairlərin aldığı adlarımı oxuyacağıq, yoxsa əsərlərinimi?
Kimsə pul verib
şeir yazdırır, kimsə pul alıb şeir yazır. Beləcə, biri fikrini satır, biri
fikri satın alır. Ədəbiyyat "zənciləri" dünyanı başına götürüb. Biz
buna susaqmı? Mən, sən, o... haraya qədər?
Hər zaman həkimlərin
ədəbiyyata ehtiyacı olub, amma bu gün ədəbiyyatın həkimə çox böyük ehtiyacı
var... xəstədir!
Xəstə ədəbiyyat isə
könülləri oxşaya bilməz, əzizlərim.
Bu barədə düşünməyə
dəyər məncə...
Afaq Şıxlı Moskva 26.05.12
Комментариев нет:
Отправить комментарий