Ancaq bizdə oxuyun!
Odur ki, İradə qayıdıb vətənə və oxumağa başlayıb. Qız neyləsin, həmişə toylarda çalıb-çağıran adam olasan və qəfil illərlə susub oturasan, nədi-nədi səni bəyənmirlər. Vallah adam lap dəli olar e. Amma yerli xəbər saytları bu prosesi yaxşıca situmullaşdırır. Belə ki, “Fanatları İradə İbrahiomvanın konsertini çoxdan gözləyirlər” kimi başlıqlarla İradə xanım xeyli təsəlli verirlər. Xülasə, Bahar Çiçəyi mayın 28-də konsert verəcək. Amma yerli deyil, xarici “pərəstişkarları” üçün. O, Şimali Kiprin Doğu Akdeniz universitetində təhsil alan tələbələr üçün geniş bayram konserti proqramı təqdim edəcək. Bu, müğənninin uzun fasilədən sonra növbəti konsertidir: “Kipr konserti Respublika Gününə həsr edilən bayram konsertidir. Buna qədər bir çox bayram konsertləri təklifi alırdım. Nəhayət, bu təklif üzərində dayandım. Qızım böyüyür və onu ailə üzvlərimə etibar edib uzaq və yaxın yaradıcılıq səfərlərinə çıxa biləcəm”.
Sofya Sadıqlı yenə Azərbaycan şor-biznesindən
yazdı!
Bahar Çiçəyi yoxsa, payızgülü?
Bakıda ulduz olan, peyk
olan müğənnilər Biləcəridən o yana keçən kimi fısları çıxır və adlarına it dəftərində
də rast gəlmək olmur. O da Günel idi ki, İbonun hesabına Türkiyədə tanındı. Elə
götürək, İradə İbrahimovanı. Burda şouxananın Bahar Çiçəyi ləqəbini taxan İradə
Türkiyədə heç payızgülü də ola bilmədi.
Odur ki, İradə qayıdıb vətənə və oxumağa başlayıb. Qız neyləsin, həmişə toylarda çalıb-çağıran adam olasan və qəfil illərlə susub oturasan, nədi-nədi səni bəyənmirlər. Vallah adam lap dəli olar e. Amma yerli xəbər saytları bu prosesi yaxşıca situmullaşdırır. Belə ki, “Fanatları İradə İbrahiomvanın konsertini çoxdan gözləyirlər” kimi başlıqlarla İradə xanım xeyli təsəlli verirlər. Xülasə, Bahar Çiçəyi mayın 28-də konsert verəcək. Amma yerli deyil, xarici “pərəstişkarları” üçün. O, Şimali Kiprin Doğu Akdeniz universitetində təhsil alan tələbələr üçün geniş bayram konserti proqramı təqdim edəcək. Bu, müğənninin uzun fasilədən sonra növbəti konsertidir: “Kipr konserti Respublika Gününə həsr edilən bayram konsertidir. Buna qədər bir çox bayram konsertləri təklifi alırdım. Nəhayət, bu təklif üzərində dayandım. Qızım böyüyür və onu ailə üzvlərimə etibar edib uzaq və yaxın yaradıcılıq səfərlərinə çıxa biləcəm”.
Konsertinə vətənpərvər
və repertuarında eşitdiyimiz məşhur mahnılarla hazırlaşan İradə İbrahimova bu tədbiri
başa vurandan bir neçə gün sonra Azərbaycana gələcək və ölkəmizdə fəaliyyətini
genişləndirəcək.
Aygün
torpaq alır, Ancelina vertolyot
Deyirəm e, bizimkilərdə bu görməmişlik ömürlükdür də. Nədi-nədi Namiq zavallıya bir-iki sot torpaq almışdı,
day Aygünü tutub saxlamaq olmurdu. Hələ Namiq e, Namiq lap havalanmışdı. Uzun,
şişburun ayaqqabılarını az qalırdı kameramanalrın gözünə soxa. Əli belində bir
var-gəl edirdi ki, gəl-görəsən. Guya dünyanı buna bağışlayıblar. O gün
oxuyuram ki, Hollivudun qurumuş aktrisası Ancelina Coli əri, Bred Pittə
vertolyot hədiyyə edib. Aktrisa vertolyota 1 milyon dollar pul ödəyib. Ağıllı
xanımının könlünü şad etmək üçün Bred Pittin vertolyot sürməyi öyrənməkdən
başqa çarəsi qalmayıb. Bax, adam sevglisinə hədiyyə də alanda belə alar. Yoxsa,
yoldan keçənin biri biizm manıs ulduzələrə bir 6-7 minlik maşın alır, day
qulağ-başımız gedir reklamdan, şişirtmədən. Ancelina isə heç səsini də
çıxartmayıb. Fikirləşirəm görəsən, Namiq Qaraçuxurlu Bred Pitin yerinə olsaydı
neyləridi? Aygünə gəlincə, yəqin ki, Aygünün heç vaxt vertolyot alası pulu
olmayacaq. Onda gərək Aygün slikonsuz qala. Bu isə qətiyyən mümkün deyil. Eyni
zamanda Namiq bir yana Aygün Kazımovanın fanatları Aygünsüz qalar, amma slikonsuz
qalmaz. Məncə də Aygün özü də Namiqsiz qalar, amma slikonsuz qalmaz. Birdəki
silikon olandan sonra nə çox Namiq.
Ac ölkənin
gic manısı
O günlərdə Elnarə adlı manısımız 60 minlik klip çəkdirdi. Söz yox ki, o klipdə heç 60 manatlıq da bir şey yox
idi. Sadəcə Elnarə özünü Beyonsa oxşatmaq istəmişdi lakin həmişəki kimi bu
alınmamışdı. Ola bilər bu klipə, uzaqbaşı 20 min xərcləyərlər. Amma 40 ona görə
üstünə gəliblər ki, guya belə hallı-varlıdırlar. Eyni zamanda nə mahnı, nə ifa,
nə klip bir şey olmadığı üçün reklam xatirinə 60 min manat deyilməliydi ki, bəlkə
kimsə həvəsə düşüb baxa. Elnarədən dərhal
sonra vaxtilə zibil qabılarından çörək axtardığını deyən, sonradan soyunmaqla
varlanan, çörəyi başından tökülən Röya dedi ki, 70 minlik klip çəkdirib.
Röyanın da klipinə bir quş.
Abbas Bağırov manıs arvadların bu reytinq
davasını eşidən kimi özünü həmən çatdırıb ortalığa və deyib ki, o, da pula pul
demir. “Aləm gözəl” albomunun ona 60 min dollara başa gəldiyini aləmə car çəkib.
Abbas albomu Türkiyədə
tanınmış musiqiçilərlə yazdırdığını söyləyib: “Ən çox xərc mahnıların
aranjemanına çıxıb. Aranjemanlar Ənvər Sadıqovun rəhbərliyilə edilib. Fotoları
türkiyəli fotoqraf çəkib. O, ölkəsində kifayət qədər məşhurdur. Albomun fərqli
cəhətlərindən biri onun kodlaşdırılmasındadır. Bu, piratların albomun sürətini
çıxartmasına imkan verməyəcək”.
Bununla da ürəyi
soyumayan Abbas özünü “1 nömrəli” müğənni saydığını da deyib: “İkinci Abbas
Bağırov yoxdur və qarşıdakı 50 ildə də olmayacaq”. Deyəsən, Abbasın da falçı
yeganəyə ya qohumluğu, ya da əli çatır. Yoxsa, belə yersiz proqnozlar verməzdi.
Utanıram,
utanıram, Balaxanım!
Daim telekanallarda gənclik illərində sərbəstliyi, azad düşüncəsi
ucbatından təzyiqlərlə üzləşdiyini deyən Flora Kərimova o günlərdə fikrini dəyişib
və həmkarlarını açıq-saçıq geyinməkdə qınayıb. Nə
bilim, vallah. Heç nə elə bura qədər. Day sözüm yoxdur.
Təklik
xoşluqdur?
Müğənni Firuzə İbadova şəxsi həyatından razı olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Firuzə xanım qadın kimi özünü tək
hesab etmədiyini və özünə sahib çıxa bildiyini etiraf edib: “Şəxsi həyatımda hər
şey öz axarıyla davam edir. O ki qaldı həyatda qadın kimi tək yaşamağıma, mənə
belə xoşdur. Çünki bütün istəklərimi ailəmdə tapıram”. Bizim şouxanada hələ
indiyə qədər bir səmimi etirafa rast gəlmədim. Axı qadın özünü tək necə xoşbəxt
hiss edə bilər? Bu ancaq ciddi işlərlə, elmlə məşğul olan insanlarda ola bilər.
Amma səhərdən-axaşam toyxanalarda sevgi-məhəbbətdən oxuyan manıs özünü tək heç
vaxt xoşbəxt saymaz. Təsəvvür elə ki, adam toyda “Yalqızam” mahnısını oxuyub, gəlib
evdə tək yatır, səhər də çıxıb qəzetlərə car çəkir ki “Mən xoşbəxtəm”. Özü də
bu “Mən xoşbəxtəm” açıqlaması üçün xüsusi şəkil çəkdirir. Bilirsiz də bu
açıqlamanın pozası necə olur? Çox sadə olur. Qadın saçlarını əli ilə tutub
qulağının üstündən lap yuxarı qaldırır, əlini belinə vurub şəkil çəkdirir. Yəni,
istəməyənin gözü çıxsın.
Əməkdar artist kişi
və qadın münasibətlərindən də söz açıb: “Əks cinsin nümayədələri ilə çox ünsiyyətdə
olan xanım deyiləm. Yəni ki, qadın və kişi münasibətlərindən söhbət gedir.
Kişiləri yaxınıma buraxmamışam. Ona görə də çalışıblar ki, bacadan hoppanıb pəncərədən
düşsünlər. Özümü hər zaman çərçivədə saxlamışam. Qaldı ki mənim qadın kimi istəklərimə,
özümə sahib olmağı bacarıram”, - deyə xanım İbadova bildirib.
Şükür,
qurtulduq!
Belə gözləriniz aydın olsun, əziz həmvətənlərim! Axır ki, Türkiyədə model kimi, dünyada ən yaxşı bikni
geyinən kimi tanınan modelimiz Günay Musayeva doğdu, yəni ana oldu. Day bundan
sonar canımız dincələr. Adam Cihangir Can qoyduğu bu oğlunun döllənməsindən
tutmuş bu gününə qədər o ki var danışdı. Bəzi üzdəniraq saytları açmaq da
olmurdu Günayın nehrəyə dönmüş şəkillərindən. Şükür, şükür, yaxşıca qurtulduq.
Sofya
Sadıqlı
Комментариев нет:
Отправить комментарий