Şirinxanim
Kərimbəyli Şadiman
1991-ci ildə «Ürək niyə
ağrıyırsan?!» ilk toplum dünya işığına vəsiqə
qazanandan sonra uzun müddət ədəbi aləmdən
ayrıldım. Səbəbi də o idi ki, bir həqiqəti gün kimi aydınca dərk etmişdim ki, yazar
olmaq böyük bir məsuliyyətin altına girmək deməkdir. İstər şair, istər yazıçı, istərsə
jurnalist olsun əsl həqiqəti ortaya qoymalıdır.
Heç kimə şər yaxmadan,
heç kimi qaralamadan, heç kimin haqqını tapdalamadan,
heç kimə yaltaqlanmadan, heç kimə məddahlıq etmədən ağlının, şurunun diqqtə etdiyi kimi, vicdanınla xoş məramlı təmasından rövqnəqlənib
əsil həqiqətlər fonunda yazmalısan. Yəqin ki, hər bir ciddi yazar dərk edir ki, o, bugün üçün yazmır.
O, sabaha görə bugünü qələmə alır. Elə birinci
kitabımda da əsil həqiqətlər ortaya qoyulmuşdu. Bu hələ o zamanlar idi ki,
sovet hökuməti dağılmamışdı. Deyəsən mənim
bəxti qara ilk kitabımın ayağı sovet hökumətinə düşmədi. Az müddət sonra onun ölüm xəbəri bütün dünyanı yerindən
silkələdi. İndi bir çox siyasətbazlar, vətənbazlar, partiyabazlar, tayfabazlar,
hoqqabazlar, habelə boşboğazlar sovet hökumətinin ölümünü Qarabağ hadisələri ilə bağlayır. Amma mən belə düşünmürəm,
əslində Qarabağ və ümumən Sovet İmperiyası
daxilində baş vermiş faciələr Sovetlər Birliyinin dağılmısı üçün qabaqcadan
yazılmış, böyük dövlətlər tərəfindən planlaşdırılmış
bir ssenari idi. Ssenarinin müəllifi isə
hegemon dövlət olan Amerika idi. Və Qarbaçov
da bu ssenarinin baş qəhrəmanı idi. Necə deyərlər balıq başından iylənmişdi. Qarboçovun Rusyidakı tərəfdaşları isə ona görə bu addımı
dəstəklədilər ki, yığdıqları milyonları həzm etmək üçün...Vaxtı ikən 300 illik Romanovlar sülaləsinin,
yəni çar Rusiyasının altını üstünə çevirmiş və bütün dünyanı öz imperialist inqilabı ilə çalxalamış,
sosialist adı altında xalqları yenidən qoca imperiya qartalının caynaqları altına altına yığmış V.
İ. Lenin təbirincə desək: «Yuxardakılar ölkəni idarə edə bilmirdilər, aşağıdakılar isə bu qayda ilə yaşamaq
istəmirdilər». Əlbbətdə ki, dünyanın heç bir yerində vətəni olmayan, qaraçı qövmi olan ermənilər də
bu cızılmış plandan yetərincə yararlandılar. Daha doğrusu əzəli qardaşları ruslar bu baş verənlərdən
onları dəyərincə mükafatlandırdılar. Bəs erməni sevgisi ruslarda nə zamandan yaranıb?..
Rusiya Qafqazda öz dayağlarını möhkəmləndirmək üçün dünyanın heç yerində yeri-yurdu olmayan ermənilərdən
istifadə etdi. Siz sual edə bilərsiz ki, xristian dininin qollarından biri – eyni pravoslav məzhəbin
daşıyıcıları olan gürcülərlə ruslar niyə bu birliyi yarada bilmədilər? Çünki gürcülər ruslara işğalçı
kimi baxır və Qafqaz onların ata-baba məkanıdır. Ruslara isə yersiz-yurdsuz bir
qövm lazım idi ki, onları daimi boyunduruğda saxlasınlar. Özləri cənubi Qafqazda asanlıqla lövbərlərini sala bilsinlər.
Bu qövm isə ermənilər oldu. Türklərin ƏRMƏN
boyunun adını oğurlamış haylar...Hayların özləri haqqında belə bir deyimi
var.”Biz bir torpaqda doğularıq, başqa bir torpaqda yaşayarıq, digər bir torpaqda isə ölərik.” Özlərinin bu
deyimdən bəlli olur ki, onlar qaraçı qövmümdir.Xristian qıpçaq türklərinin,
xristian albanların tarixini, əlifbasını oğurlayan haylar...Rus imperiyası Azərbaycanımızın
ata-baba torpaqlarının hesabına qılınc gücünə ermənilərə dövlət qurdu. Erməniləri yaxşı tanıyan millətlərin aydınları yaxşı bilirlər
ki, onların bir neçə üzü var. Bu bir neçə üzlü millətdən də ruslar Qafqazda bu gün də yararlanmaqdadırlar.
Əslində Ermənistan adlanan dövlətin adı ermənilərin,
dadı isə ruslarındır. Onlar necə lazımdır Qafqazda bu dövlətin dadını çıxardırlar.
Ermənilər isə bu dövlətin kirayəşinləridir.
Sual edə bilərsiz niyə görə? Ona görə ki, gəlmədirlər, yerli deyillər. Onları burda yerli edən ruslardır, ermənilər onlardan
daimi aslılıqdadırlar. Çünki ermənilərə dövlət, ruslara isə cənubu
Qafqazda daimi at oynatmaq üçün məkan lazım idi...Məzhəbləri ayrı olsa da əqidə
birliyi karlarına yetib. Həmişəki kimi...
Əslində təkcə ruslar yox, hegemon xaçpərst dövlətlər niyə ermənilərin tərəfindədir? Bunun səbəbini millətimizin çox
qismi müsəlman dini ilə bağlayır. Yaşlı və gənc nəsilin arasında bu fikir dolaşmaqdadır. Ancaq birinci
səbəb müsəlmançılıq yox, ölkə əhalisinin böyük bir qisminin türk olmasıdır. Hegemon dövlətlər ikinci
bir türk dövlətinin bu bölgədə möhkəmlənməsinin
əleyhinədir. Məhz müsəlman dövlət olan,
Güney Azərbaycanını öz əsarətində saxlayan İranla da bu məsələ də fikirləri üst-üstə düşür. Çünki tarixləri
silkələyən türk xofu onların qan yaddaşında
öz dərin izlərini buraxıb...Bu baxımdan cani-dillə ermənilərə tərəfkeşlik
edirlər. Öz haqq işimiz uğrunda dünyanın
böyük istilaçıları ilə çarpışmıq üçün bizə uzun bir mübarizə yolu lazımdır. Bu ölkənin vətəndaşı olan hər kəs başının altına yastıq qoyub
dərin yuxuya getməməlidir... Çünki əzəli
yurdlarından çıxmışlar öz əzəli yurdlarına qayıtmalıdırlar. Bu belə olmasa
bizim bugünki müstəqilliyimiz də olmayacaq. Bu məsələnin hamımız bir nəfər kimi
dərkinə varmalıyıq. Bu gün bizim düşmənlərimizin çoxluğunun səbəbini dinimizdə yox, dilimizdə və
hansı kökün təməlində durmağımızda axtarmalıyıq. Əgər bunu danmaq mümkündürsə danın,
hansı millətdən istəyirsizsə olun, əgər bu sizə zövq verirsə... Ey internet portallarında
səhərdən–axşamadək millətin dininə, onun həyatda daşıdığı mövqeyə dodaq büzənlər... Sizin axırınız hara gedir??
Əslində ov silahları
da əlindən alınmış kişilərimiz ordusuz, əliyalın imperiya qoşunu ilə üz-üzə qaldı. Elə burdaca bunun ən böyük günahını kürsü
aşiqlərində görürəm. Onlar Moskvanın sözüylə yox, namusunun, vicadının səsiylə oturub durmalı idi.
Amma təssüf ki, bu belə olmadı...Biz ermənilərlə yox, rus işğalçıları ilə döyüşürdük.
Çünki ruslar onlara qahmar çıxmasaydılar ermənilər bizimlə üz-üzə gəlməyə cəsarət tapmazdılar. Qarabağ döyüşlərində
canıyla, qanıyla şücaət göstərən kişilərimiz hər cür hörmətə, izzətə layiqdirlər. Məhz, onlar namuslarının
tapdalanmasına, ana-bacılarının, arvad-uşaqlarının yağı əlinə düşməsinə dözə bilmədikləri
üçün əliyalın, əllərinə keçən silahlarla nəyi
bacardılarsa onu etdilər. Mən Qarabağ döyüşçülərinə məğlub kimi baxmıram,
onlar qəhrəmanların qəhrəmanıdırlar! Rusiya
bizim qolumuzdan qandalları tam açmayıb, yurdlarımızı işğal altında saxlamaqla bizi öz tabeçiliyindən tam buraxmamağa
çalışır, Qarabağ düyünü rusların idbar siysətçilərinin əlindədir. Rusların daxildən öz burunları əzilməsə
biz bu zillətdən çətin qurtararıq. Bu gün
Rusiyada rəhmətlik Roxlin kimi siyasətçilərin sayı artmasa onun öz sabahı sual altında
olacaq. Rusyianın daxilində hələ zəncirlərdən qurtulmamış sayı milyonlarlı ötmüş
rus olmayan azsaylı xalqlar haqlarının tapdalanması
zorundadırlar. Rus höküməti qandallardan azad olmuş ölkələrin azadlığını heç cür həzm edə bilmir. Bütün bunları yazıya gətirməkdə
məqsədim heç də siyasəti çözələmək deyil. Tarixlə bağlı olmuşlarla palitoloqlar,
tarixçilər, siyasətçilər məşğul olmalıdır. Ancaq doğru-düzgün şəkildə... Bu da onların öz vicdanına qalıb...
Sovetlər Birliyinin
dağılması bir tərəfdən bizə müstəqillik bəxş etdisə, digər tərəfdən bizi qarşısı alınması çətin olan bir çox problemlərlə baş-başa
qoydu. Bu problemlər bu gün də yaşadığımız ölkənin hər sahəsində özünün çılpaqlığı ilə büruzə verməkdədir.
Torpağlarımızın az bir hissəsində müstəqillik
abı-havasında yaşayırıqsa bu bizim hələ tam xoşbəxtliyimiz demək deyildir.
Çünki bu müstəqqilliyi gözbəbəyəmiz kimi
qoruyub saxlamaq üçün biz öz-özümüzlə, öz içimizdə inqilab etməliyik. Hamı bir nəfər kimi bu müstəqilliyin bayrağından, himnindən,
himnin sözlərindən tutmuş bütün dəyərlərini cani-dildən sevməlidir. Öz ailəsi kimi,
ailəsinin içindəki uşağı kimi, nəfəsi kimi, insanın var olmasının əsas amili olan hava kimi, su kimi... Müstəqilliyimizi
qazanan gündən demokratiya pərdəsi altında xalqın baş-beyni korlayan saysız-hesabsız
sektalar qapı-qapı düşüb avam, pulsuz, köməksiz insanlarımızın şüurunu korlamağa başladılar. Bu, dünən özünü
müsəlman kimi görən, müsəlman adət-ənənəsiylə
yaşayan insanlarımızın bir çoxunun beyinini zəhərlənməyə başladı. 70 il sovet
sisteminin allahsızlıq, dinsizlik qadağaları altında yaşayan millətimiz ruhunu qorudu.
Ata-babalarının əziz bir nemət təki saxladığı
adətləri öz qan yaddaşında əzizlədi, ürəyində bəslədi, əqidəsindən dönmədi, onun
üstünə heç bir ləkə düşməsinə yol vermədi.
Bizim insanlarımızı nə əydi görəsən, madiyyat çatışmazlığı və yaxud mənəviyyat yoxsulluğu? Əslində Azərbaycanda
sektalaşma siyasəti aparanlar mənəvi cəsuslardır.
Şimali Azərbaycanımızın varlığını yox etmək istəyənlərdir. Əgər dünən bu insanların
sayı barmaqla sayılası idi, bu gün isə minlərlədir.
Ölkəmizə əməlli-başlı xarici missionerlərin axını başladı. Pulsuz paylanılan boş-boş
xülyalarla doldurulmuş kitablarla, aylıq ac millətə ödənilən məvaciblə sektalaşma sevdası gündən-günə insanlarımızın
içində artdı. Hətta bu bölgələrimizdə də tüğyan
etməyə başladı. Bü gün sektalaşma gedən bir ölkədə sabah qardaş qardaşa qarşı
çıxmayacaqmı?! Xristianlaşma, sektalaşma iki yüz il rusun əlaltısı olan və nəinki
türk qövminə, hətta bu ərazidə yaşayan müsəlman
inanclı digər az saylı xalqlara qənim kəsilən erməniyə güllə atmamağı, onunla can
deyib can eşitməyi təbliğ edir bizlərə...
Bu erməni ilə muharibə şəraitində olan Azərbaycana nə vəd edir? Deməli bizi içəridən
dağıdıb məhv etmək istəyirlər. İş burasındadır ki, həmin bu adamlar müsəlman adlarını və soy adlarını daşmaqla millətimizə
yad, ögey dinlərə, sektalara xidmət etməkdədirlər. Bu adamların ədəbi aləmdə də boy göstərməkləri bu
gün ağlı kəsən hər kəsə gün kimi aydındır. Onlar, islam inanclı millətimizin
kimliyinə qara yaxır,
məxsususi şərq aləmi ilə qırılmaz
tellərlə bağlı olan ədəbiyyatımızı, musiqimizi, folklorumuzu danır və dünənimizin
üstündən qara xətt çəkirlər. Bu şəxslər internet
portallarında necə deyəllər at oynadır, xalqımızın kimliyini danırlar. İnternet portallarında bu adamların minlərlə oxucuları
var. Jurnalist adıyla ermənilərin evinin içinə qorxusuz-hürküsüz gedən bu insanlarda
milli hisslərdən başqa hər şey var. Əsasən internet saytlarından gənc nəsil istifadə edir. Deməli sabahımız olan gənc
nəsilin beyini zəhərlənir. Nə qədər acı, ürəkbulandırıcı olsa da bunu etiraf etməliyik. Əslində dinlər
müasir ikiayaqlı bəndələrin əlində oyuncağa çevrilib. Biri ondan öz siyasətini qurmaq üçün, digəri qazanc
mənbəyi kimi, bir başqası başqalarından fərqlənmək üçün istifadə edir. Elə xristianlığa pərəstiş,
onlar kimi yazmaq, onlar kimi danışmaq, toylarda gəlin və bəyə şampan içirtmək, qərb musiqilərinin sədası
altında atılıb-düşmək, toyu iyrənc, çığır-bağırla dolu şouya çevirmək və sair... Onu da qeyd etmək yerinə
düşər ki, bir tərəfdən gəlinlə bəyə Quranın haram saydığı spirtli içki olan şampanla dolu olan qədəhlər
təslim olunur, digər tərəfdən elə ordaca onları
Quran altından keçirdib dinimizə uyğun kəbin kağazı da təqdim edilir. Heyratamiz
və acı bir mənzərə deyilmi?! Amma bir şeyi
diqqətinizə yetirim ki, toyda pul yığmaq elə özümüz sayaqdır. Onu heç cürə dəyişmirik. Çünki bu bizim cibimizin xeyrinədir.
Təhsilimiz qənaətbəxş
deyildir. Savadsız, kitabdan, mütaliədən uzaq düşən, yazı-pozu bilməyən təbəqə yaranmağa başlayır. Və bu gənclərin sayı
minlərlədir. Hamının söyüb təhqir etdiyi Sovet
hökumətinin bir işi var idi ki, elmə, təhsilə fikir verirdi. Alimin də, çobanın
da, fəhlənin də, bir sözlə bütün zümrələrdən
olan insanların uşaqları təhsil görürdü. Məktəbi atmaq, oxumamaq demək olar ki, yox idi. Bu gün isə avtobuslarda, metroda, küçələrdə
məktəb yaşlı uşaqların alış-verişlə, yəni alverlə, yaşına uyğun olmayan işlərlə
məşğul olduğunun şahidi olursan. Gələcəyimiz olan, canı bərkiməmiş balaların bəs sabahı necə olacaq? Məktəb ola-ola
repetitor təhsili ilə ali məktəblərə üz tutan imkanlı uşaqlar kimi deyil axı, bu gələcək vətəndaşlarımızın
taleyi! Bir çox ali təhsil alanlarımızın isə bilik səviyyəsi yox dərəcəsindədir. Rüşvət verməklə
\ali təhsil alan, rüşvət verməklə elmi iş yazdırıb alim olanlarımızın sayı yağışdan sonra çıxan göbələklərə
bənzəyir. Sonra bu alimciyəzlər ali məktəb otaqlarında binəva xalqın balalarına
dırnaq arası elm öyrədirlər. İndi pullu adamların sevimli balaları ali təhsil almaq üçün xarisi ölkələrə üz tutur. Niyə
görə? Niyəsinin səbəbi yuxardakı yazdığlarımdır.Təəssüf ki, bizdə xarici ölkələrdən fərqli olaraq təhsil
ocaqlarında pul xərcliyirik ki, oxumayaq. İnternətdən başı çıxan və yaxud ali məktəbdə oxuyan tələblərin
bir qismi internet çatlarında saatlarla məktublaşmaqla və parno-videolara baxmaqla məşğuldur. Kitabdan,
tarixdən, mətbuatdan uzaq bu insanların gələcəkdə necə mütəxəssis olması indidən göz qabağındadır.
Bəlkə də biz dünyada internetdən bu cür istifadəyə görə birinci yerlərdəyik. Bir ölkədə ki, müəllim
müraciəti bütün zümrələrdən olan hər kəsə şamil edilirsə, onda bugünki məktəbimizin,
mətbuatımızın, ədəbiyyatımızın, mənəviyyatımızın hali-vəziyyəti də bu şəkildə olmalıdır. Mövzunun davamını növbəti
yazımda sizinlə bölüşəcəm. Hələlik isə sağlıqla qalın.
Комментариев нет:
Отправить комментарий