Mən İyadam… Ulu babalarım kimi mən də gözümü Fələstində açmışam. Bu artıq mənim alın yazımdır ki, burada doğuldum. Bunu heç kim dəyişə bilməz. Mənim evim Qüds şəhərinin şərqində yerləşən Əqsa məscidinin yanında yerləşir. Atamdan qalan ərzaq dükanını idarə edirdim. Küçəmizdə sırf müsləmanlar yaşayırdı. Əvvəlcə bura haqqında danışmaq istəyirəm:
İslam dinində bura müqəddəs və mübarək yеr sayılır. Burada evimizin kənarındakı Əqsa məscidi yеrləşir. Müsəlmanların ilk qibləsi оlmuş bu məscid Allah təala üçün yеr üzündə tikilmiş ikinci məscid kimi qəbul olunur və İslam dinində müqəddəs sayılan məscidlər arasında 3-cü yеrdədir. Bura İsra (Merac) ərazisi də adlanır. Aхı, Məhəmməd pеyğəmbər (s) məhz buradan göyə ucalmışdır. Еləcədə Fələstin Pеyğəmbərlər Tоrpağı adını daşıyır. Çünki bir çох pеyğəmbərlər dünyaya burada gözünü açmış, ömür sürmüş və burada da dəfn оlunmuşdur. İslam dininə görə, bura həm mənşər (Allahın insanları diriltdiyi yеr), həm də məhşər (Qiyamət günündə insanların tоplandığı yer) yеri sayılır.
Fələstin xristian və yəhudilər üçün də müqəddəs yеr sayılır. Yəhudilər bеlə hеsab еdirlər ki, bura оnlara vəd оlunmuş yеrdir, tariхləri, kеçmişləri buradan başlayır və bu tоrpaqa bağlıdır. Fələstin onların pеyğəmbərlərinin uyuduğu tоrpaqdır. Yəhudilərin müqəddəs hеsab еtdiyi bu yеrlərin mərkəzi isə Qüds və Хəlil şəhərləridir. Хristianlar da Fələstini öz dinlərinin nəşət еtdiyi yеr sayırlar. Çünki İsa pеyğəmbər burada anadan olmuş və öz dəvətini burada aparmışdır. Хristianların ən böyük dini mərkəzləri Qüds, Beytləhm və Nasirə şəhərlərindədir.
Hələ 1918-ci ildə İngiltərə Fələstini işğal edəndə, xalqın razılığı olmadan hissə-hissə Fələstin torpaqları yəhudilərə satılırdı. Daha sonra buna görə xüsusi cihad təşkilatları yaranmış və buna qarşı kütləvi inqilaba başlanmışdı.
1948-ci ildə sionistlərin İsrail adlı dövlətin yaradıldığını elan etdi və bununla da ölkəmizin bitməz və tükənməz problemləri başladı və bu günə kimi də davam edir. Əsl Fələstinli olan insan heç vaxt öz ölkəsini qoyub getməyib. İstənilən problemlərin olmasına baxmayaraq, məndə xalqımız kimi buradan heç vaxt getmədim… Amma indi düşünürəm ki, gərək gedərdim..
Biz həmişə yəhudilərlə və xristianlarla öz xalqımız kimi yola getmişik. Hələ mən uşaq olarkən, İsrail dövləti 1978-ci ildə bağlanan Kemp-devit sazişindən sonra ölkəmizə yüzminlərlə yəhudi köçürdü. İş burasıdır ki, sonradan gələnlər hansısa missiya üçün gəlmişdilər. Əqsa məscidinin imamı həmişə deyir ki, həqiqətən bura peyğambərlər ölkəsidir. Məhz buna görə istənilən dinə biz burada hörmət etməliyik. Ancaq gün gəldi ki, əvvəllər yavaş-yavaş axan qızıl qan, indi daha sürətlə axırdı. Artıq Cihadçılarla İSrail ordusu arasında olmurdu bu savaş. Öz gözümün qarşısında neçə fələstinli müsəlman uşaqları güllələnirdi. Cihadçılar isə səbri tükənir və gücləri çatmayınca sinaqoqlarda kamikadzelik edirdi. Bu bizim xalqımız üçün şərəf yazısıdır. Ancaq ətraf ölkələr bizim xalqa terrorist adı verir və bu gündə bizi belə tanıyırlar. Amma onlar görmürlər və başa düşmürlər ki, bələkdə körpəsi öldürülmüş ata kimsəsiz qalınca onun qarşısını heç kim ala bilməz. Tankın üzərinə belə dişi və dırnaqları ilə gedər.
Mən məlum dərdimizi deyil, öz hekayəmi danışmaq istəyirəm…
2001-ci ildə atamın köməkliyi nəticəsində Süleyha adlı sevdiyim qızla toyum oldu və onu evimizə gəlin gətirdik. Anam çoxdan vəfat etmişdi. Artıq atamda qocalmışdı. O bizim toyumuzu edəndən sonra canını tapşırdı. Həyatımdakı ən yaxın dostumu itirmişdim. Məni bu fikirlərin içərisində məhv olmaqdan qurtaran da elə məhz Süleyha oldu. O mənə ilk övladımı verdi. Adını Məhəmməd qoyduq. O bizim məhəbbətimizi daim qoruyub saxlayırdı. Həqiqətən yuvanı dişi quş qurar, Süleyha buna əyani sübut idi həyatımda. O məni qoymurdu şəhərdə çox olmağa. İstəmirdi ki, hansısa yəhudi ordusu ilə cihaçıların toqquşması arasında qalıb həlak olmağımı. Bizim cihadçılar yəhudilərin əlindən zorla qoruduqları Əqsa məscidinin yanında gün aşırı olurdular. Məhz buna görə də dükanda da olanda çox düşmən gülləsinə tuş gələn şəhidlərimizi görürdüm.
İstənilən təhlükənin olmasına baxmayaraq uşaqlar məktəbə gedir, kişilər günün beş vaxtı məscidə gəlir, qadınlar yemək bişirir və xoşbəxt həyat yaşayırdılar. Ancaq bu xoşbəxtlik yalnız evin içində olurdu. Çölə çıxanda müsəlmanları aşağılayan qanla yazılmış sözlər və yerdə cəsəd görəndə bu xoşbəxtlik çox az çəkirdi və küçənin ortasında hönkür-hönkür ağlamaq tuturdu insanları. Ölkədə psixoloji müharibə silah müharibəsindən çox idi. Çünki onların məqsədi bizləri öz doğma torpaqlarımızdan qorxudub qaçırmaq idi. Ancaq bu heç bir nəticə verməyəndə xalqımızın qəhrəman övladları onlara qarşı cəphələnirdilər. Bizim bir əsgərimiz 10 yəhudiyə bərabər idi. Bunu başa düşən Təl-əviv höküməti bura xüsusi silahlarla təchiz olunmuş , zirehli tanklarla minlərlə günü gündən ordu göndərirdi. Ancaq bizim xalqın taqəti heç vaxt tükənmirdi. Razıydıq qanımız qalsın, küçələrdə çay kimi axsın, cəsədimizi heç kim götürməsin qurda-quşa yem olaq amma heç vaxt torpaqlarımızı qoyub getmərik. Bura bizə Həzrətimiz Məhəmməd peyğambərdən (s) vəsiyyətdir. Burda hər qanı axıdılan insanlar əminik ki, Allahın dərgahında Cənnətə qovuşur.
İllər davam etdikcə mənim tək sevgilim mənə 2 daha övlad hədiyyə etdi. Qızımın adını Fatimə, digər oğlumun adını isə Əli qoydum.
Biz evimizdə çox xoşbəxt idik. Övladlarımla dost kimi idim. Məhəmməd artıq 8 yaşına çatmışdı və onun dərsləri ilə özüm xüsusi məşğul olurdum. Bir gün Süleyha mənə gəldi dedi ki, oğlanların sünnətini etmək lazımdır. Məhəmmədi sünnət etmirdik ki, Əli də bir az böyüsün və onları birlikdə sünnət edək. Və artıq vaxtı çatmışdı.
Bir həftə boyunca evimizdə hazırlıq etdik. Süleyha qonaqlar üçün çox gözəl süfrə açılmışdı. 20-ə yaxın Qüdsdə olan qohum-əqraba gəlmişdi. İçəridə Quran oxuyurdu mollamız. Arada şərbətlə dodaqlarını və boğazını isladırdı. Əsr namazından əvvəl Əli İlə Məhəmmədin sünnətini gerçəkləşdirmək istəyirdik. Amma:
Bir anlığına bayırdan təyyarə səsləri gəldi. Daha sonra partlayış səsi eşitdik. Hər kəs qaçırdı evdən. Bütün küçəni qışqırıq səsləri bürümüşdü. Qonaqların evdən qaçmağı ağılasığmaz hərəkət idi. Mən uşaqları və Süleyhanı yataq otağına saldım. Burada hər kəsin evində bir silah var. Mən də öz çəkməcəmdən silahımı götürdüm. İçərisindəki güllələrin sayına baxdım və gördüm ki, 8 ədəd güllə var. Ailəmi qorumağım üçün bu kifayət edirdi. Çıxdım bayıra… Allahım… O anı təsvir etməyim güc məsələsidi. Ətraf toza bürünmüşdü. Ayaqları kənara düşən bir balaca uşaq gördüm. Düşən bombanın qəlpələrindən biri də gəlib gözünün içinə girmişdi. Onların mərmiləri də zəhərli olduğundan bu uşağın ağzından köpük gəlirdi. Bir gözü ilə sonuncu gördüyü insan mən oldum. Tozun içərisində öz ayağımdan başqa bir şeyi görmürdüm. Bir az daha getdim. Qışqırıqlar və silah səsləri, bir az uzaqdan ” Allah-u Əkbər” – səsi ilə silah səsləri bir-biri ilə sintez edirdi. Hər yan toz olduğundan gözüm dumanlı idi. Nəsə səs gəlirdi və o səs dayandı. Bu səs İsrail ordusunun tank səsi idi. Bildim ki, mən tərəfə tank atəş açacaq. Bilmədim hansı tərəfə qaçım və həmin vaxt parlayış səsini eşitdim. Tankın mərmisi mənim 3 metrliyimdəki divara dəyərək güclü partladı. Mən durduğum yerdə 4-5 metr kənara uçdum və sərt yerə dəydim. Kantuziya keçirirdim. Beynimin içərisində ciyilti və başımdan dodaqlarıma axan qan hiss edirdim. Gözlərim dumanlı idi və üzünü bağlamış cihadçıların ayaqlarını görürdüm, yanımdan qaçıb vuruşurdular. Biri isə başından güllə alaraq yanıma yıxıldı.
Aman Allahım,toz bir az yatdıqca mən tərəfə yaxınlaşan onlarla tanklar görürdüm. Ağlım qaçacaqdı. Yanında da zirehli maşınlar gəlirdi üzərində də avtomatlı əsgərlər. Mən dizi üst çökərək, bir neçə güllə onların istiqamətinə atdım. Kənarda iki yəhudi əskər, qonşumuz Bəşərin 13 yaşlı qızını zorlayırdı, sonra əskərdən biri silahı ilə qızın üzünə güllə çaxdı. Qanı divara sıçırlardı. Kantuziyalı olduğumdan hərəkət edə bilmirdim. Mən sürünə-sürünə evimə tərəf girdim.Divarlardan tutuna-tutuna arvadımın və uşaqlarımın olduğu otağa daxil oldum. Süleyha üçünüdə qucaqlayıb və hamılıqla ağlayırdılar. Mən əlimi divara qoydum və kusdum. Nəfəsim kəsilirdi sanki.
Bizim qapıdan səs eşidildi. İçəri doluşurdular. Məni görüblər bu əskərlər yəqin – deyə fikirləşdim. Qızıma, oğlanlarıma və Süleyhaya baxdım… Onların başına açacaq oyunları təsvir etmək istəmədim. Üzümü Allaha tutub və ” Yalvarıram məni bağışla” – dedim. Cibimdəki, silahı çıxarıb, birinci Məhəmmədi, daha sonra Fatiməni, sonra Süleyhanı, sonra isə Əlini güllə ilə vurdum. Hamısının başından vurmuşdum. Gözlərimdən tökülən yaş məni boğacaqdı. Silahı gicgahıma qoydum və tətiyi çəkdim, birdə çəkdim, dəfələrlə təkrarladım. Amma…. Gülləm qurtarmışdı… Ailəmin cəsədləri üst-üstə qalmışdı və mən də onların qarışısında.
Qapını təpiklə açdılar. Amma bu qapını açanlar bizim cihadçılar idi. Xilas üçün gəlmişdilər və dedilər ki, onlar geri çəkilirlər. Amma onlar mənim ailəmin cəsədlərinə baxanda vəziyyəti başa düşdülər. Kişilərdən biri qarşımda diz çökdü və başını çiynimə qoyub ağladı. Hönkürə-hönkürə dedi ki, ” Allah bir gün bunların cəzasını verəcək”.
Mən İyad…. Həmin gündən sonra Ali Məqsədim var: “Layiqincə Cihadçı olmaq və mümkün olsa minlərlə sionist qoşunun içərisində özümü partladaraq ailəmə qovuşmaq.”
Nicat Kazımov Xətayi Corte, Korsika
Комментариев нет:
Отправить комментарий