Ülvi Məmmədli
Professional Oxucu Liqası
Deyəsən bu xəbəri oxuyandan sonra gəlinin
"çortu" pozulacaq, yapışacaq nişanlısının yaxasından
Böyük Britaniya şahzadəsi Uilyam nişanlısı
Keyt Middltonla evlənməsi münasibətilə İngiltərədə istirahət günü elan olundu.
Bax belə məşhur gündə belə dünyanın ən sayılan personalarından biri, ABŞ
prezidenti Barak müəllimi toya çağırmadılar. Ay əlinə dönüm a! Allahın
futbolçusu Bekhemi arvadı ilə çağırdılar, Barak muəllimi çağırmadılar...
Amma toy, nə toy... Gör iş nə yerdə imiş ki, "Vat Uq" şirkəti... "şahzadənin toy gününün havasını satmaq" qərarına gəlib. Toy günü mərasimin keçirildiyi ərazidə butulkalara hava doldurulacaq və sonradan onlar satışa çıxarılacaq. Bir butulka "toy havası"nın qiyməti hələ ki bəlli deyil. Şirkətin rəhbəri Ceyms Vatt görəcəkləri işdən böyük həvəslə danışır: "Bu, inanılmaz şərəfdir- şahzadə toyunun havasını bütün dünyaya yaymaq. Bəlkə siz də Keytin qoxusunu duyacaqsız.". Gicdırnaqlarına şükür, ilahi! Yəqin bunu qoxulayanlardan özünü dəhşət xoşbəxt hesab edənlər də tapılacaq.
Məlumat gəlir ki, şahzadə qərara gəlib ki nişanlısının atasını "ata" deyə çağırsın. Yəni, "papa". Yoxsa "fazə"? Hə, deyəsən axı anqlasaksonlar "fazə" deyir. Deyirəm, daha kişi, yəni şahzadənin qayınatası Maykl Middlton da öz növbəsində kürəkənin kefinə dəyməmək üçün "belə oğlu olduğu üçün" sevincini gizlətmir. Amma bu xəbəri oxuyandan sonra deyəsən gəlinin "çortu" pozulacaq, tutacaq nişanlısının yaxasından ki, bəs niyə mənə dünyanın ən bahalı gəlinliyini almamısan. Deyir bu soxasoxda dizayner dünyanın ən bahalı gəlinlik paltarını hazırlayıb. Tanınmış bahacıl zərgər ilə birlikdə hazırlanmış gəlinliyin qiyməti nə az, nə çox- düz 12 milyon dollardır. Vur məni öldür! Paltarın üzərində saysız-hesabsız brilyant və almaz qaşlar var. Onların ümumi ölçüsü 150 karatdır. Gəlinliyə brilyant qaşlarla bəzədilmiş 1 cüt ayaqqabı da daxildir.
Bunları oxuyanda adam evlənmək istəyir, ev-eşik sahibi olmaq istəyir.

Bəlkə də bu vurçatlasının içərisində mənim
sizə yazdığım xəbərlər bir az yersiz görünür. (İ.Sel deyir ki, humanistliyi
artırır). Bir balaca düşünsəniz, bəlkə də lap yerində olan söhbət təsiri
bağışlayar. Mən sadəcə olaraq o məntiqdən baxmışam ki, hər nə baş verirsə,
nəhayətdə sığınacağımız yer evimiz, yurdumuz olur. Nisbətən təpəri, rahatlığı
adam məhz oz doğma ocağında, evində, ailəsinin yanında tapır, olanlara təmiz
başla qiyməti, sabahını necə qurmaq haqda planını da evində qurur.
Anqlosaksonlarda böylə bir məsəl var: "Mənim evim- mənim qalamdır".
Yəni sığınan yerimdir, müdafiəçimdir, arxayın olduğum yerdir. Evinizdən muğayat
olun!
Комментариев нет:
Отправить комментарий