BBC Suriyadakı Hula qırğınıyla əlaqədar xəbərə yerləşdirdiyi müxalifətin göndərdiyi bir fotoşəkilin 2003-cü ildə İraqda baş verən bir qırğına aid olduğu ortaya çıxdı
Xeberlent informasiya agentliyi verdiyi məlumata görə, Suriyada Cümə günü baş verən və 100-dən çox insanın öldürüldüyü Hula qətliyamını işıqlandıran BBC, xəbərdə 2003-cü ildə İraqda reallaşan bir qırğının fotoşəkilindən istifadə etdiyi ortaya çıxdı. BBC-nin tuduğu iş adi bir səhv olmadığı aydın olur, çünki fotoşəkilin altında kı yazıda, fotonun bir "fəal" tərəfindən çəkildiyi və "Hulada basdırılmağı gözləyən uşaqların cəsədlərini göstərdiyi" açıqca qeyd olunub.
27 Mart 2003-cü ildə çəkilən və çox sayda cəsədin göründüyü fotoşəkilin sahibi Marco di Lauro isə BBC-nin xəbərini görəndən sonra etdiyi şərhdə öz fotoşəkilinin hula qırğınında istifadədə görüncə böyük bir sarsıntı keçirtdiyini ifadə etdi. "Getty Images" adlı Foto agentliyi üçün fəaliyyət göstərən di Lauro: "Səhərə yaxın saat 3-də evə gəldim və BBC-nin səhifəsini açdım, Suriyada olub-bitənlə əlaqədar baş səifədəki xəbəri görüncə dəhşətə gəldim. İraqda çəkdiyim fotoşəkillərdən biri, BBC-nin veb saytı tərəfindən, dünən Suriyada reallaşan qətliyamdakı cəsədləri göstərdiyi və bir fəal tərəfindən çəkildiyi iddiasıyla bir ön səhifə vizual olaraq istifadə edilmişdi."
Fotoşəkili özünün çəkdiyini və İraqda müharibə zamanı yaşananlarla əlaqədar bir xəbərin içində öz saytında da hələ də verilişdə olduğunu bildirən di Lauro əsl reaksiyasını isə belə qeyd etdi:
"Məni əsl təəccübləndirən isə BBC kimi bir xəbər təşkilatının qaynaqlarını nəzarət etməməsi və bir fəal, jurnalist və ya hər nədirsə, hər hansı biri tərəfindən göndərilən hər hansı bir fotoşəkili araşdırmamış nəşrə hazır etmələridir."
Hadisə qarşısında bir üzrxahlıq gözləmədiyini bildirən di Lauro daha sonra bunları söylədi: "Bu məqsədli və sırf təbliğat üçün bir başqasının fotoşəkilini istifadə etməkdir".
Fuad Əliyev

Комментариев нет:
Отправить комментарий