Aliya Əsədova
TİTRƏK-TİTRƏK
Titrək-titrək.....
əllər yarıuzanıqlı....
nəfəs daralır təngiməkdən....
yarpaqlar qorxur vaxtsız tökülməkdən
hey əsdikcə...
meh gələn kimi...
insan qorxudan, ya sətəlcəmdən
titrəyir titrədikcə
qəzəbindən yanıqlı....
sətrin cümləsi, nidası
titrək-titrək.... titrək-titrək....
OVUC-OVUC
Ovuc-ovuc...
Günəşin nuru, Ay işığı...
taleyin bir xoşbəxt günü
ömrün naxışı ....
qışın qarı
buz kimi dondurucu,
əriyəndə
yağış olur , dolur əllərimə
isladır,
ağladır adamı qədərincə
hıçqırıq , göz yaşı.....
ovuc-ovuc...... ovuc-ovuc....
Ovuc-ovuc...
Günəşin nuru, Ay işığı...
taleyin bir xoşbəxt günü
ömrün naxışı ....
qışın qarı
buz kimi dondurucu,
əriyəndə
yağış olur , dolur əllərimə
isladır,
ağladır adamı qədərincə
hıçqırıq , göz yaşı.....
ovuc-ovuc...... ovuc-ovuc....
TİTRƏK-TİTRƏK
Titrək-titrək.....
əllər yarıuzanıqlı....
nəfəs daralır təngiməkdən....
yarpaqlar qorxur vaxtsız tökülməkdən
hey əsdikcə...
meh gələn kimi...
insan qorxudan, ya sətəlcəmdən
titrəyir titrədikcə
qəzəbindən yanıqlı....
sətrin cümləsi, nidası
titrək-titrək.... titrək-titrək....
KƏSİK-KƏSİK
Döyüşdən qalan izdi cəngavər Baş Daşları,
Ələnib üstlərinə nəhəng qaya daşları.
Qayalaşıb, daşlaşıb əzalar kəsik-kəsik....
********
Yarımçıq tarixləri zaman və məkansız ,
Döyüş məğlublar üçün yersiz və ünvansız.
Silib qərinələrdən illəri kəsik-kəsik....
********
Doğmalığa can atır canı boyda qaliblər,
Bir döyüş silahına sarılıblar, gəliblər.
Əlləri, ayaqları, qolları kəsik-kəsik....
********
Əbədiyyət dastanı yaradandı hər əməl,
Əlimdə yanan məşəl, qarşısında bir heykəl,
Yeni tarix quracaq , derisi kəsik-kəsik.....
********
O məşəldə yanarkən intiqam həvəsləri,
İzn verməz sönməyə hər odlu nəfəsləri,
Əfsus , söndürür bəzən alovu kəsik-kəsik....
*********
Qorxu , hiddət içində tərpənir bax o iyrənc,
Başından keçənləri unudarsa bax bu gənc,
Sürünüb, sürünəcək sabaha kəsik-kəsik...
Sürülüb , sürüləcək , sabahı kəsik-kəsik.....

Комментариев нет:
Отправить комментарий