Yəqin ki, hər
birimiz ötən əsrin 90-cı illərinin əvvəllərini yaxşı
xatırlayırıq.Bu dövrü yalancı xalq hərəkatının NAĞIL dövrü adlandırsaq səhv
etmiş olmarıq.Hansısa qüvvələr tərəfindən cəmiyyətdə “xoşbəxt” qərb haqqında
insan fantazyasının son hədlərini zorlayan qəribə heykayəciklər
danışırdılar.İndi bu nağıl dönəmi arxada qalıb, məmləkət insanı daha nağıllara
inanmır.Baxmayaraq ki, nağıl şirin şeydir və insan inanmasada özünü
daxilən inanmaq istəyir bu nağıllara.Reallıq isə ap-acıq ortada, gözlərimiz
önündədir. Qəribəsidə odur ki, həqiqət göz önündə olsada hələdə bir coxları onu
görməkdə cətinlik cəkir.Hər gün KİV-lər Suriyadan qətliyam kadrları
yayımlamaqda bir-biriləriylə yarışırlar.Qərb informasiya agentlikləri
şişirdilmiş rəqəmlər fonunda “cəllad Əsəd” obrazı yaratmaq ücün bütün qüvvəsini
səfərbərliyə alıb.
Amma qərb nədənsə öz problemlərindən bu qədər cox danışmağı xoşlamır.Məsələn bir ildən coxdur ki, biz hər gün istənilən xəbərlər proqramına baxsaq Suriyanı, ölüm və qan görəcəyik, amma hec özümüzə sual etməyəcəyik ki, əslində daha böyük qətliyamlar baş verir ki, onun haqqında KİV-lər belə həvəslə danışmırlar.Məsələn Fransada hər il 12 min insan intihar edir və artıq etiraf olunan faktdır ki, bu intiharlar sosial-iqtisadi vəziyətin pisləşməsiylə birbaşa əlaqədardır.Bəs medya bu problemdən nə ücün Suriyada baş verənlərlə müqaisədə demək olar ki, hec danışmır?.Axı Fransada hər il özünü öldürənlərin sayı Suriyada vətəndaş müharibəsində ölənlərin sayından daha coxdur.Başqa sözlə Bəşər Əsədin tanklarla, toplarla edə bilmədiyini Fransız burjaziyası edir həmdə lap Parisin göbəyində.Təkcə Parisdəmi, əslində özlərini yüksək sivlizasiya hesab edən qərbin istənilən şəhərində, mərkəzində.Məsələn bir-necə gün bundan əvvəl İtalyada 8 nəfər özünü qatarların altına ataraq öldürüb və bu yolnan özünün həyatına son qoyanların sayı yüzlərlə minlərlədir.” məsum” Kapitalizm hər il ən inkişaf etmiş 20 ölkədə 100 min nəıfərdən cox insanı intihara məcbur etməklə öldürür, lakin bu tükürpədici faktlar Suriyadakı ölüm qədər faciəli və “ cəlbedici” olmur.Ona görə yox ki, bu elə belədə olmalıdır, yox sadəcə olaraq KİV-lər Suriya hadisələrindən faciə düzəltməkdə maraqlıdırlar.Bu fakt özü medya vastəsiylə insanların beyninin necə yuyulduğunun, ictimai rəyin imperialist dairələr tərəfindən necə formalaşdırılıb idarə edildiyinin bariz nümunəsidir.Hər kecən gün Suriya İraqa daha cox bənzəməyə başlayır.Bu gün suriya vətəndaşlarını silahlandırıb bir milləti daxildən bir-birinə qırdıranlar və bu gün iddia olunduğu kimi 10 min nəfərin qətliyamından “qeyzə” gələnlər sabah özləri minlərlə yox, on minlərlə, yüz minlərlə qıracaqlar.Məgər biz 1-ci körfəz müharibəsini belə tez unutduq?…Bu zaman Səddamı diktator kimi qələmə verən ABŞ və müttəfiqləri ağ bayraq qaldırmış 120 min İraq əsgərini sadəcə məhv etmədilərmi, 12 min iraqlı əsgər diri-diri səngərlərində basdırılmadılarmı.Yoxsa NATO-nun Livyada səhnələşdirdiyi vətəndaş müharibəsində 100 minə qədər Livyalının ölümü insanlığa hələdə dərs olmadı?

Bu günlərdə
Londonda kecirilən məhkəmələrin birində şahid kimi dinlənilən sabiq baş nazir
olmuş Toni Bleyr cıxış edən zaman, zala daxil olan şəxsin sərt ittihamları ilə
qarşılandı və təhlükəsizlik əməkdaşları həmən şəxsi “
zərərsizləşdirdilər”.Sözügedən şəxs Toni Bleyri müharibə suclusu adlandıraraq,
onun Britanyanın İraq müharibəsində iştirak etməsi ücün Morqan şirkətindən
küllü miqdarda pul aldığını söyləyirdi.Həmin şəxsin sözlərinə görə ABŞ və
Britaniya orduları Bağdada daxil olarkən İraq Mərkəzi Bankında olan 20 milyard
dollar vəsaiti ələ kecirmiş və bu vəsait “müharibə dahiləri” tərəfindən
mənimsənilmişdir.Bundan başqa Morqan şirkəti Toni Bleyrə İraq müharibəsində
iştiraka görə hər il 6 milyon dollar pul ödəmiş və bu gün bu şəxs artıq
vəzifədə olmasada Morqan şirkətindən maliyyə tranşları almaqda davam edir( bu
məqam bir daha onu göstərir ki, hansısa xalqın “ azad” olunması kompanyası,
əslində özəl şirkətlərin biznes maraqlarının təminindən başqa bir şey
deyildir).Olsun ki, kimlərsə bunu sadəcə iddia hesab edəcək, ancaq Livya
hadisələri zamanı 200 milyard sərvətin qalib dövlətlər tərəfindən
mənimsənilməsi və bu gündə Qəddafiə aid olduğu iddia edilən, əslində isə Livya
xalqına aid sərvətlərin qərb dövlətləri tərəfindən necə müsadirə olunub,
mənimsənilməsi gözlərimiz önündə cərəyan edən gercək proseslərdir.Elə bilməyin
ki, biz bu proseslərdən kənarda qalmışıq.Sovetlərin icəridən cökdürülməsinə
yönəlmiş qəsddə BP başda olmaqla böyük şirkətlərin biznes marağı həlledici
olmuşdur və nəticədə 100 milyard dollarlıq Bakı nefti əcnəbilərə qismət olmuş,
ən sanballı qızıl və gümüş, mis yataqları İngilis şirkətlərinin nəzarətinə
verilmişdir.Elə bilməyin ki, rejimdə təmsil olunanların yığdıqları onlara
qalacaq, yox Qərb kicik bir saray cevrilişiylə rejimin xaricdə saxladığı
milyardlarla sərvəti ələ kecirəcək.Bu gün isə onlara hələlik bu sərvətlə “
oynamaq” şansı verilib…vəssalam.
Bu faktlar bir
daha sübut edir ki, kapitalizm insanlığa və bəşəriyətə qarşı bir ovuc sərvət
ovcusunun elan olunmamış müharibəsidir və bu müharibə davam etdiyi müddətcə
insanlığın qan və gözyaşları qurumayacaq.QURTULUŞA GEDƏN YOL DÜNYA KOMMUNİST
İNQİLABINDAN KECİR!!!
Комментариев нет:
Отправить комментарий