Obama üzr istəməlidir: "Polşa ölüm düşərgəsidir" deməsi Polşanın ciddi etirazına səbəb olub
ABŞ prezidenti Obamanın ötən gün Ağ Evdə təşkil etdiyi "Azadlıq Medalı" mərasimində polşalı müharibə qəhrəmanı Jan Qarskını mükafatlandırarkən "Nasizm işğalı altında olan Polşadakı alman ölüm düşərgəsi" ifadəsi yerinə "Polşa ölüm düşərgəsidir" deməsi Polşanın ciddi etirazına səbəb olub.
Qarskı müharibə dövründə Polşada gizli təşkilatında iş apararkən dünyaya "yəhudi soyqırımı"yla bağlı gördüklərini ifşa etməsiylə tanınır. Qarskı 2000-ci ildə dünyasını dəyişib. Polşadan gələn etirazlardan sonra Ağ Ev açıqlama verərək bildirib ki, hörmətli prezidentin dili dolaşıb, biz də narahatıq. Polşa baş naziri Donald Tusk isə bunun cavabında tələbini səsləndirib: "Vaşinqton kədərlərin ifadəsindən daha artığını etməlidir".

Комментариев нет:
Отправить комментарий