30.05.2012

Geriyə dön

Fərzad Leysi  

Geriyə dön
geriyə
Dilimizdən
pay çıxdığı gün
Sənin yoncalığını mən otladım
Mənimkin sən
Yoncalıqda
Topuğumuza qafamız qapsandı
Başmağımıza başımız
Başmağımız qızlığına əsgərlik edənmədi
Məni əsgərlyyə gömdülər
Səni əliyə
Geriyə dön
geriyə
Nə sən axlanırdın
Nə mən oxlanırdım

İyirmi birinci əsrin üçdən ikisində
Nə arabamız vardı
Nə ceb telfonu
Nə əlimizdə çəlik
Nə dişimizdə dəlik
Nə sən əlidən qaçırdın
Nə mən əsgərlikdən
Geriyə dön
geriyə
Bu gün
Nəvələrimizin dilindən
Pay çıxdığı gün.

Комментариев нет:

Отправить комментарий