30.05.2012

“Kapitalizmdə xoşbəxtlik yoxdur”

Elçin Bayramlı “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Araşdırmaçı-jurnalist.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- İnsanlığa namizəd.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Kommunist.

- Dost…
- Varsa, xoşbəxtsən.


- İlk sevginiz?
- 14 yaşım olanda yay tətilində Riqadan Tovuza qonaq gəlmiş Yana adlı qız.

- Əsas ixtisasınız?
- İqtisadiyyat.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobus.

- Sevdiyiniz maşın markası?
- Hunday Santa-Fe.

- Sevdiyiniz brend?
- Soyuzmultfilm.

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
- Qırmızı… bu sevginin, enerjinin, bayramın, insanlığın rəngidir…

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Rusiya, Leninqrad.

- Sevdiyiniz yemək?
- Lobya supu.

- Ən çox istifadə etdiyiniz söz?
- Yaxşı olacaq.

- Leksikologiyanıza yad olan söz?
- Söyüş.

- Sizi nə həyacanlandıra bilər?
- Fəaliyyətimin müsbət nəticəsi.

- Ən çox sevdiyiniz kitab?
- Xalqın dostları kimlərdir? (Lenin)

- Ən çox sevdiyiniz yazar?
- Jül Vern.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Yalçın Rzazadə.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Xor.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- İntuisiyam məni çox vaxt aldatmir.

- Mənfi xüsusiyyətiniz?
- Son deyiləsi olanı əvvəldə demək hövsələsizliyi.

- İdeal insan necə olmalıdır?
- Nərimanov kimi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Xeyr.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Uşaqların və qocaların təhqir olunması.

- Həyat fəlsəfənizi ifadə edin…
- Dünyada sinifsiz kommunizm qurulmalıdır.

- Siz xoşbəxtsinizmi?
- Kapitalizmdə xoşbəxtlik yoxdur. 1 milyard insanın işgəncə çəkdiyi, aclıqdan ağlaya-ağlaya ölən körpələrin var olduğu dünyada necə xoşbəxt olmaq olar? Tfu bizim üzümüzə…

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Əgər bu dünyada səni sevən, sənə canı yanan biri yoxdusa, bədbəxtsən.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Əvvəldən ağıllı olmaq lazımdır. Düşünmədən və analiz etmədən hərəkət etmək pis nəticə verir.

- Ölüm niyə ölmür?
- Ölüm yoxdur, enerjinin dəyişilməsi qanunu var. Tanrının yaratdığı hər şey əbədidir. Bu barədə Vedalarda elmlə səsləşən daha məntiqli izahlar var.

- Dinlərə münasibətiniz?
- Deistəm. Tarix bizə göstərir ki, dinlər bəşəriyyətə yaxşı heç nə verə bilmədi, müharibələrdən, qanlı qrığınlardan, insanların kölələşdirilməsindən başqa. Mən dindar deyiləm, Allahdaram.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Yalançıdan və şər-böhtandan.

- Falçıya inanırsızmı?
- Yox.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Yoldaş olmaq.

- Sevinciniz nə qədərdir?
- Körpələrin gülüşü qədər…

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Bilik, mədəniyyət, əxlaq, ləyaqət, mərdlik, altruistlik.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Mümkün qədər az.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Mən südlü kofeni üstün tuturam))

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Düşündürməyi…

- Mənə sualınız...
- Bəşəriyyət nəhayət ağıllanmalı, təbiətə, canlılara divan tutmağı, müharibələri, tamahkarlığı, nankorluğu, elmin mənfi istiqamətdə inkişafını dayandırmalı, dinlər ləğv edilməli, dünyada nəhayət “Qızıl əsr” başlamalıdır. Evə alnıaçıq, üzüag qayıtmağa çalışmalıyıq. Tam sürətlə geriyə- Tanrının yanına.
Sizcə, biz bunun üçün əlimizdən gələni edirikmi?!

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий