Sayman Aruz
AYB-nin Güney Azərbaycan şöbəsi
Şairin Ana Vətənə bağlılığı şeirlərinin hər misrasından bizə tərəf
boylanır
Sabir Rüstəmxanlı poeziyası cox güclü bir
milli şüur poziyasıdır
O həssas qəlbə malik böyük imkanlar
şairidir
Xalq şairi
olan Sabir Rüstəmxanlı kimi mübariz insanlarımızın yaradıcılığı haqqında yazmaq
ilk addım atmaq qədər çətindir. Addımlar illəri aşıb bu günə gəlir. O uzun yolu
bizlərə bir daha xatırladır. Xalqımızın yaşadığı ağrılı, kədərli günləri
yenidən yada salırıq.
Göz yaşları da, itki də var bu addımlarda, bəli, amma nailiyyətlərimiz də az deyil. Bu yazımda Azərbaycanın müstəqillik qazanmasında müstəsna xidmətləri olan bir ədibin yaradıcılığına, ömür yoluna bir nəzər salmaq istəyirəm və sizləri də mənimlə birgə bu səyahətə dəvət edirəm.
Göz yaşları da, itki də var bu addımlarda, bəli, amma nailiyyətlərimiz də az deyil. Bu yazımda Azərbaycanın müstəqillik qazanmasında müstəsna xidmətləri olan bir ədibin yaradıcılığına, ömür yoluna bir nəzər salmaq istəyirəm və sizləri də mənimlə birgə bu səyahətə dəvət edirəm.
Həyat su kimi
axıb gedir və istəsən də, istəməsən də səni də özü ilə bu axına qatıb aparır. Bioqrafiyasından
məlum olur ki, Sabir Rüstəmxanlı 1946-cı ilin may ayının 20-də Yardımlı rayonunun
Hamarkəndində anadan olub. Yardımlı qəsəbə onbirillik məktəbində oxuyub. Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Filologiya elmləri doktorudur. Erkən yaşlarından başladığı ədəbi fəaliyyəti
1967-ci ildən əsas peşəsinə çevirib. 1967-1978-ci illər ərzində “Ədəbiyyat
və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu
illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru işləmiş,
yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci
ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, İsveçdə və dünyanın
digər ölkələrində 20-dən artıq şeir, nəsr və publisistik kitabları nəşr olunub.
Kitabları Azərbaycanın yüksək ədəbi mükafatlarına layiq görülmüş, onun
adını bütün türk dünyasında və əski Sovetlər
Birliyində tanıtdırmışdır. Bəlli olur ki, “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın
milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış
və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. Bu
məşhur kitab haqqında dəfələrlə türkçü və vətənpərvərlərimizdən yüksək fikirlər
eşitmişəm. Deyilənlərə görə, 90-cı illərdə Azərbaycan ziyalılarının stolüstü
kitabı imiş. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol,
ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şeir kitablarının,
“Bütövlük”, “Didərginlər”, “Cavad xan” kimi poemaların, “Bu sənin xalqındır”
publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy
Tanrı”, “Ölüm yaşamaqdan şirinmiş” kimi romanlarının da müəllifidir. Şairin
kitabları bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.
Bu gözəl insan 1988-ci ildə başlanan Milli
azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq
Cəbhəsinin yaradıcılarından biridir. 1989-cu ildə ilk demokratik qəzet olan “Azərbaycan”ı
təsis edib və iki il onun baş redaktoru olub. Bir sıra vəzifələrdə çalışıb,
Azərbaycanın taleyi ilə bağlı dünyanın otuz beş ölkəsində çıxışlar edib, haqq
səsimizin dünyaya çatdırılması üçün dəyərli işlər görüb.
Əsl şair,
yaradıcı insan xalqıın, ölkəsinin taleyinə biganə qala bilməzdi. Sabir
Rüstəmxanlını da 1988-ci ildə şairlikdən siyasətə elə məhz bu duyğuları və
Vətənsevərliyi gətirdi. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...” Başçılıq
etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji xətti və ruhu da onun ədəbi
yaradıcılıq ruhuna yaxındı. Ədəbi yaradıcılığı və siyasi fəaliyyəti bir vəhdət şəklində
inkişaf edir.
Əsl şair
şeirləinin ilk misrasının sözlərindən belə tanına bilər.
Şimşəklər çinartək sancılıb yerə,
Düşmənin gözünə dirsəkdi hər dağ.
Babalar atını sürüb gedibdi,
Qalalar boylanıb qalıbdır ancaq.
Oğlu – Şah İsmayıl Xətayi adlı,
Ağ atlı oğlan var, atı qanadlı;
Bir də Suraxanı atəşgahı var,
Bir də Misri qılınc, bir də Çənlibel;
“Heydərbaba” yazılmış bir dil.
Torpağı ot deyil, kişi göyərdən
Vətən... Vətən!
Ədəbi
yaradıcılıqda mütləq orijinallıq və özünəməxsusluq olmalıdır. Bu da yüksək
keyfiyyətin və sənətkarlığın bir göstəricisidir. Əslində bunsuz yaradıcılıq
aləmində möhkəm bir yer tutmaq və yaratmaq çətin olardı. Öz yaradıcılıq duyumu
və nəfəsi ilə yaddaşlarda qalan sənətkarlar heç kimə bənzəmir, heç zaman da
bənzəməyə çalışmır. Hər zaman rəngarəng, canlı və real həyati tablolarla zəngin
bir yaradıcılıq nümayiş etdiməyə, yaşatmağa çalışırlar. Belə bir sevgi duyumuna
malik olan insanlar dünyanın dövr etməsi ilə daha da dolğunlaşır və inkişaf
edir.
Şair Sabir
Rüstəmxanlı daima öz yaradıcılığı ilə, şeirləri ilə yaddaşlarda qalır və
yaşayır. Onun lirik dünyası zəngin və çoxcəhətlidir. Dili poetikdir, səlisdir,
axıcı və oynaqdır. Sözü misralarda bütün poetik qüvvəsi ilə səsləndirməyə
çalışır və buna çox zaman müvəffəq olur. O, sözü misralarda canlı bir dünyaya
çevirir.
Üzümə dağların nəfəsi dəyir,
Alışır, danışır, yanır, inləyir.
Torpağa qayıtmaq asan iş deyil
Bu zülmü bir qərar bitirməyəcək,
O torpaq bizləri götürməyəcək!
Alışır, danışır, yanır, inləyir.
Torpağa qayıtmaq asan iş deyil
Bu zülmü bir qərar bitirməyəcək,
O torpaq bizləri götürməyəcək!
Vətən dağlarında daş olanındı,
Göyündə qanadlı quş olanındı,
Sinəsin açmağa xış olanındı
Ağac ək, toxum səp, yetirməyəcək,
O torpaq bizləri götürməyəcək!
Göyündə qanadlı quş olanındı,
Sinəsin açmağa xış olanındı
Ağac ək, toxum səp, yetirməyəcək,
O torpaq bizləri götürməyəcək!
Şair bir xalqa
məxsus ola bilər, amma o şair yaradıcılıq hüdudları ilə dünyanı belə aşa bilər.
Bir şair üçün, Vətənini əsl sevgi və qayğı ilə sevən şair üçün hüdud və sərhəd
yoxdur. Harda olursa olsun öz xalqının səsini dünyaya və bütün cahana belə
ucalda, yaya bilər. Sabir Rüstəmxanlı bir şair kimi, bir vətəndaş kimi daima şeirlərində
Azərbaycanın haqq səsini ucaltmış və dünyaya çatdırmağa çalışmışdır. Şeirlərində
məzmun və forma vəhdətini qorumağa çalışmış və reallığı kəskin bir bıçaq kimi
ictimaiyyətə ünvanlamışdır.
Bu vətən deyilən dünyam sirlidi,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı çox qəribədi,
Hələ sərhəddini tapa bilmirəm!
Arzu da beləcə sərhədziz olur,
Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün
Payımız gəlibdi göydən beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün” şeiri şairin
lirik duyumunun poetik bir sıçrayışıdır. Şeir həm mövzu, həm də mündəricə
etibarilə zəngin və dolğundur. Şairin lirikası insanın həyat prosesində doğan duyğunu,
düşüncə və həyəcanlarını əks etdirir.
Şairin Ana
Vətənə bağlılığı şeirlərinin hər
misrasından bizə tərəf boylanır. Sanki bu sevginin nə qədər geniş və sərhədsiz
olduğunu sübut etmək istəyir. Vətən və onun müstəqilliyi şair üçün hər şeydən
vacibdir. Sabir Rüstəmxanlı misraları yalnız vərəqlərdə deyil, həmçinin işdə,
əməldə olan gerçək bir müstəqilliyin olmasına yönəlmişdir.
Müstəqillik! İlk inamım, ilk həsrətim!
Müstəqillik! Xalqın məslək bayrağıdır.
Müstəqillik- hər ölkənin, məmləkətin
Zülm, əsarət orbitindən çıxmağıdır!
Şair
müstəqilliyin hər xalqın həyatında nə qədər vacib, zəruri bir dönəm olduğunu
bildirir bu misralarda.
Sabir
Rüstəmxanlı poeziyası cox güclü bir milli şüur poziyasıdır. Xalqın, millətin öz
keçmişini, əzəmətini dərk etməsi və yaşatması ruhunun poeziyasıdır.
Şeirlərin lirik qəhrəmanı şairin özüdür. Hər bir
şeirdə eyni bir ruh fərqli bir döyüntü və yüksəlişlə irəliləyir.
Yol ver yurdun bayrağına,
Vaxtın, gücün, ölümün
yendirə bilmədiyi,
Əyrilərin düz yoldan
döndərə bilmədiyi,
Bir haqq bayrağı var əlimdə.
Kimsənin dağına qonmaz,
Kimsənin yaxasına sancılmaz,
Yad küləklər əsib keçə
ürəyimiz kimi açılmaz.
Şair Sabir
Rüstəmxanlının vətəndaşlıq lirikasının ideya-mündəricəsi, etik-əxlaqi, siyasi
və fəlsəfi düşüncələr aləmi zəngin və çoxcəhətlidir. Amma bu çoxcəhətli
olmasının da qayəsi, ruhu şeirdən-şeirdə daha dərinləşir. Onun vətəndaşlıq
lirikası, sevdası vətənin təsviri ilə məhdudlaşmır, daha da geniş ənginliklərə
yol açır.
Sabir Rüstəmxanlı sözün əsl mənasında şairdir. Onun
poetik fırçasının çəkdiyi lövhələr
rəngarəng və cazibədardır. O həssas qəlbə malik böyük imkanlar şairidir.
Azərbaycanın
azadlığı və istiqlalı yolunda mübarizəni öz yaradıcılıq amalına çevirən Sabir Rüstəmxanlının
cəsarətli vətəndaşlıq şeirlərində zamanın
nəbzi döyünür, həyat hadisələrindən doğan daxili narahatlıq, çılğınlıq başlıca
yer tutur.
Vətən eşqi!
Bir əsim yel, ötən duman,
Onumuzun üəyində, minimizin dilindədir.
Mən azadlıq qapısını döyən zaman
Gördüm o da iblislərin əlindədi.
Yurd yenilib?
Ürək yara, dilim qabar,
Hara baxsan söz gülləsi...
kimlər kimin qapısına!
Dünən xalqa öz eşqindən dəm vuranlar
Məlhəm deyil, köz basırlar
məmləkətin yarasına!
Sabir
Rüstəmxanlının yaradıcılığı özündə bir çox vacib məqamları və anları da əks etdirə bilib. Həm cənub mövzusu var, həm
də tariximizin ağrılı- acılı günləri, tarixləri də var. Şair olanlara,
haqsızlıqlara biganə qala bilmir və şeirlərində haqqın səsini daima ucaldır.
Dalğa idim ummanına qovuşdum,
Zəvvar idim, karvanına qovuşdum,
Azadlığa gümanına qovuşdum
Azadlığın ilk səngəri, Təbrizim,
Tarixlərin şah əsəri, Təbrizim!
Sabir
Rüstəmxanlının hər şeiri yeni bir açılıma qanad verir. Heç bir şeir bir-birini
təkrar etmir və hər an yenilik gətirir. Hər bir şeir yeni bir dünya, yeni bir
bahar ətirli çiçəkdir sanki. Onun şeirləri bir nəfəsə oxunan deyil, aram-aram,
asta-asta oxunan həzin bir musiqidir.
Hər bir
sənətkar öz zəmanəsini haqq-ədalət səsidir. Cəmiyyətin qanlı-qadalı
günlərindən, onun ümumi və fərdi yaralarından öncə xəbər tutmaq, hər cür
bəladan, xəstəlikdən müalicə yolları aramaq da məhz onun üzərinə düşür.
Sabir Rüstəmxanlı poeziyası da öz oxucusunu güclu,
döyüşkən bir ruhla qarşılayır. Onun həm şeirlərindən, həm publisistik əsərlərindən,
həm də romanlarından bunu görmək, oxumaq və duymaq olur.
Yazımın sonunda sənətkarın ən çox, ən çox
sevdiyim “Təzə pərdə” şeirini sizin nəzərinizə çatdırmaq istərdim. Nəyə görə məhz
“Təzə pərdə”? Çünki məhz belə şeirləri oxuyanda azəri türkü olduğumuzla fəxr edirik, qəlbimiz
qürur hissi ilə dolur. Buyurun, siz də oxuyun, bir anlıq da olda əsl milli poeziyanın saz
qolunun təzə pərdəsindən siz də dadın:
Alapaça
atı varmış.
At
qiymətli bir papağı,
Toz
götürməz adı varmış.
Boydan
hündür, səsdən uca…
Öz
yerini bilən olub.
Söz
altında qalmaqdansa
Söz
üstündə ölən olub!
Uzaq
eldən qız gətirib.
Sonra
işi düz gətirib.
Bir
gövdədən
Yeddi
budaq haçalanıb.
Yeddi
oğul el içində ad çıxarıb.
Yeddi
köhlən tərpənəndə
Daş
yollardan od çıxarıb.
Bizim
nəsil bir sevginin
Nüvəsindən
şaxələnib.
Qayalarda
sınaq tapan
Qoç
igidin
Yuvasından
şaxələnib.
Neçə
arxa, neçə qanad,
Neçə
çarpaz, neçə düyün…
Budağından
tumurcuq tək
Çırtlamışam
mən də bir gün!
O
ulusun adı məndə-
Babaların
şax səsiyəm.
Bizim
nəsil saz qoludur,-
Onun
təzə pərdəsiyəm!..
Комментариев нет:
Отправить комментарий