31.05.2012

İRAN DİPLOMATI PROTEZ AYAĞINI BEYNƏLXALQ GÖRÜŞDƏ STOLUN ÜSTÜNƏ QOYDU, ÇÜNKİ...

"Lazım olsa, digər ayağımı da ikinci müqəddəs müdafiədə fəda edərəm"


İranla "altılıq" ölkələri arasında bağlı qapılar arxasında keçirilən nüvə müzakirələrəri zamanı yaşanmış qəribə bir hadisə mətbuata sızıb.
Belə ki, deyilənlərə görə, İran və Böyük Britaniya nümayəndələri qarşılıqlı çox sərt ifadələrə yol veriblər.
Danışıqların sərt xarakter aldığı bir məqamda ən yaxşı çıxış yolu kimi müzakirə masasını tərk etmədən kiçik fasiləyə qərar verilib.

Bu zaman Fransa nümayəndəsi iranlı baş müzakirəçi Səid Cəliliyə vəziyyətin nə qədər ciddi olmasını xatırlatmaq üçün deyib ki, "Heç olmasa şifahi olaraq hazırki mövqeyinizə yenidən baxacağınızı və dəyişə biləcəyinizi qeyd etsəniz, müzakirələrdə irəliləyiş üçün ümid işığı görünə bilər. Əks təqdirdə artıq hərbi variantlara baş vurmağın qaçılmaz ola biləcəyini nəzərinizə çatdırmalıyam."
İran nümayəndəsi Səid Cəlili isə buna cavab olaraq İran-İraq müharibəsində itirdiyi ayağının yerinə qoyulmuş protez ayağı masanın üzərinə qoyub və "Bu ayağımı əvvəlki müqəddəs müdafiədə verdim, digər ayağımı da ikinci müqəddəs müdafiədə fəda edərəm" deyərək danışıqlar masasını tərk edib.
Xəbərdə bildirilib ki, nə İran, nə də digər ölkələrin nümayəndələri bu hadisəni mətbuata çıxarmayıblar.
Olayın mediaya sızmasının səbəbkarının isə, rəsmi prosedur üçün orada olan diplomatlardan birinin köməkçisi ola biləcəyi ehtimal edilir.

Комментариев нет:

Отправить комментарий