29.05.2012

Məhəmməd peyğəmbəri təhqir edən erməni jurnalist bıçaqlandı

haberMoskvada “Exo Moskvı” radiosunun şərhçisi və Mayak radiosunun eksperti Sergey Aslanyan bıçaqlanıb


“İzvestia.ru” saytının verdiyi məlumata görə, jurnalistə 20 bıçaq zərbəsi vurulub, beyni silkələnib.
Sergey Aslanyan Moskvanın Çertanovskiy küçəsində evinin girişində bir neçə nəfərin hücumuna məruz qalıb. O, huşsuz vəziyyətdə aşkarlanıb və xəstəxanaya aparılıb. Əməliyyat edilən Sergey Aslanyan hələ də huşsuz vəziyyətdədir.
Qeyd edək ki, mayın 14-də Sergey Aslanyan Exo Moskvı radiosunun efirində Məhəmməd peyğəmbəri təhqir edib, onun zibillikdən knyazlığa gəldiyini söyləyib. Bu, müsəlman icmalarının sərt reaksiyasına səbəb olub. Kazan məscidinin imamı və digər müsəlman icmaları Rusiya Baş Prokurorluğuna müraciət edərək müsəlmanları təhqir etdiyi üçün jurnalistin cəzalandırılmasını istəyiblər.

Комментариев нет:

Отправить комментарий