Azərbaycan
Yazıçılar Birliyinin Cənub şöbəsinin müdiri yazar, şair Sayman Aruzla müsahibəni sizə
təqdim edirik. Bu müsahibə yazıçının yeni çap olunmuş
“Yüz il inqilab” romanı haqqındadır.
- Qanun nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından “Yüz il
inqilab” adlı romanınız yeni işıq üzü görüb. İlk
öncə bu münasibətilə sizi təbrik edirəm və roman haqqında bizim oxuculara məlumat
vermənizi istərdim.
- Təbrikinizə görə təşəkkür edirəm. Bəli “Yüz il inqilab” romanın artıq satışdadır. Bu kitab Güney Azərbaycanın durumuna bədii bir baxışdır. Yəni problemləri üzdən deyil, bəlkə içdən görməyə və göstərməyə çalışıb. Roman Sulduz şəhərində baş verir. Uşaqlıq sevgililəri olan iki insan böyüdükdən sonra zindanda üz-üzə gəlirlər. Biri milli fəal kimi və digəri işgəncə verən və hakimiyyətin adamı kimi. Sonunda isə həmişəki kimi sevgi qalib gəlir.
- Təbrikinizə görə təşəkkür edirəm. Bəli “Yüz il inqilab” romanın artıq satışdadır. Bu kitab Güney Azərbaycanın durumuna bədii bir baxışdır. Yəni problemləri üzdən deyil, bəlkə içdən görməyə və göstərməyə çalışıb. Roman Sulduz şəhərində baş verir. Uşaqlıq sevgililəri olan iki insan böyüdükdən sonra zindanda üz-üzə gəlirlər. Biri milli fəal kimi və digəri işgəncə verən və hakimiyyətin adamı kimi. Sonunda isə həmişəki kimi sevgi qalib gəlir.
- Daha çox Sulduz şəhərini
zindanında baş verir. Romanın əsas xarakterləri də elə o şəhərdə boya başa
çatıblar. Sulduzun küçələrində sevişiblər və dolayı yolnan baxsaq taleləri təxminən
eynidir.
- Bu romanı yazmaqda sizin əsas məqsədiniz nədir?
- Roman da şeir
kimi hansısa bir məqsəd əsasında yaranmır. Mən yazaram deyə yazdım. Amma bunu
da unudmayaq ki, ədəbiyyatı yaşadan ideologiyadır. Mən də bir milli yazar kimi
öz milli dəyərlərimizdən yazdım. Təbii və real dərdləri bir qırağa qoyub süni
bir şeyi uydurub roman yazmaq məncə yalnışdır. Bizim dərdimiz Güneyimizin dərdidir.
Yəni milli və mədəni haqlarımızın tapdalanmasıdır.
- Siz necə düşünürsüz bu roman uğur qazana biləcəkmi?
- Mən bu romanın
uğur qazanacağına əminəm. Əminəm ki, öz yerini tutacaq. Bir yazar dostum demişkən,
“ indiki durumda bir ideologiya yarada bilər”. Müasir dövrdə Güneyin dərdlərin əks
etdirəm bir roman yox idi. Ona görə də oxucu üçün maraqlı olduğunu düşünürəm. Həm
də şüar və sünilikdən uzaq bədii bir əsər kimi.
- Bir yazıçı kimi istədiyiniz hədəfə vura bilmisiz , ya arada yan
keçdiyiniz məqamlar da oldu ?
- Deməzdim tam
vurmuşam. Eyni zamanda da deməzdim yan keçmişəm. Məncə bu roman bütöv bir əsərdir.
Kiçik və azsəhifəli olmasına baxmayaraq böyük fikirləri özü ilə daşıyır. Mənim
hədəfim soydaşımı birliyə və milliliyə çağırmaqdır. Mən millətimi bütöv və bir
görmək istəyirəm. İstəmirəm azlığı təşkil edən bir toplum, hansısa bir mənasız
və faydasız ideologiyaya uyaraq öz soydaşlarının qarşısında dayansın.
- Niyə kitaba məhz ” Yüz il inqilab” adını seçdiniz? Bunun xüsusi bir
mənası varmı?
- Çünki, Güney Azərbaycanda
yüz ildir ki, azadlıq uğrunda döyüşürük və heç bir nəticə əldə edə bilmirik. Bu
romanda həmin uğursuzluğun səbəbləri araşdırılıb.
- Sizcə roman cənubdakı soydaşlarımızda inqilab ruhunu daha
alovlandıra biləcəkmi?
- Mütləq. Roman bu
gücə malikdir. Damarında Türk və insanı dəyərləri daşıyan hər bir insan bu
romandan öz payını ala bilər. Bu roman məhz o insanlara qulluq edir. Mən deyərdim
balaca bir qanun kitabçasıdır.
- Kitabın təqdimatı nə vaxt olacaq və bu kitab Cənubi Azərbaycana da
göndəriləcək, yoxsa elə yalnız Azərbaycan oxucusu üçün nəzərdə tutulub ?
- Təqdimat mayın
2-də saat 12:00- da olacaq- Əli və Nino kitab mağazasında. Gənc Tamaşaçılar
Teatrının qarşısında. İrana göndərə bilməyəcəm. Çünki, İran hakimiyyəti bu növ
yazılara düşmən gözündə baxır. Bu romanın muxatəbi öz soydaşlarımız və dünya
ictimaiyyətidir.
- Roman daha çox hansı cərəyanın nümunəsi sayıla bilər?
- Roman özü hansısa
bir cərəyanı yarada bilər. Milli hərəkatımıza qulluq edə bilər, amma mən deməzdim
ki, xüsusi bir ədəbi cərəyana qulluq edir. Müstəqildir və öz sözü və fikiri var.
- Bu romanda mənfi obraz kimə və nəyə qarşı vuruşur? Bir də bu
romanda dinə qarşı hansısa bir məqam varmı?
-Bu romanın mənfi
obrazı və dinin adından sui- istifadə eləyən də teokratik hakimiyyətlərdir. Din
insanların ən müqəddəs varlıqlarındandır və ona qarşı olan hər hansı hörmətsizlik
yolverilməzdir. Bu roman dinə deyil, molla və cəlladlara qarşı bir üsyandır və
milli çağırışdır. Dinə qarşı heç bir məqam yoxdur və əksinə dindən öz maraqları
üçün istifadə edənlərə qarşıdır.
Könül Səid merkez.az
Комментариев нет:
Отправить комментарий