Könül Səid
İrvinq Stounun
“Yaşamaq yanğısı” kitabını 2009-cu ilin iyul ayında yaxın bir qohumum tərəfindən
hədiyyə almışam. Bəlkə də bu kitab sarı rəng olduğu üçün ilk baxışda məni cəlb
etmədi. Axı mən sarı rəngi sevmirdim. Kitab həyat mənbəyimiz olan günəşin rəngində
olsa belə, məni özünə bağlaya bilmədi. Həm də yay idi, havalar isti keçirdi.
Günəşin yandırıcı şüaları nəfəsimi kəsirdi. Ona görə də kitabı gözümdən uzaq
bir yerə qoydum. Sonra da tamamilə unutdum. Əslində bu hal məndə birinci dəfə
idi ki, müşahidə olunurdu. Əlimə keçən bütün kitabları , pis və yaxşı
olmasından asılı olmayaraq oxuyurdum. Mənfi və ya müsbət qiymət vermək üçün.
Birinci dəfə idi ki , mən kitabı oxumadan bağlayıb yerinə qoydum və bir həftə boyunca açmadım. Bu, mənim fikrimcə bir işarə idi. O kitabın mənə açacağı sirlərin bir işarəsi idi. Bir həftə boyunca sərsəm kimi dolaşdım. Sanki eynəyi gözümə taxmışam , amma ev boyu onu axtarıram, tapa bilmirəm. Gözümdə olan çərçivədən belə görə bilmirəm……
Birinci dəfə idi ki , mən kitabı oxumadan bağlayıb yerinə qoydum və bir həftə boyunca açmadım. Bu, mənim fikrimcə bir işarə idi. O kitabın mənə açacağı sirlərin bir işarəsi idi. Bir həftə boyunca sərsəm kimi dolaşdım. Sanki eynəyi gözümə taxmışam , amma ev boyu onu axtarıram, tapa bilmirəm. Gözümdə olan çərçivədən belə görə bilmirəm……
Bir neçə gündən
sonra isə özümü anlamağa başladım. Ruhumla uzun -uzadı söhbətlərim oldu. Səhər
duran kimi kitabı əlimə aldım. Həyatımda olan bütün dəyişikliklər də bu kitabı əlimə
aldığım gündən başladı. Sarı üzlü kitab məni öz sarı işıqlı və rəngli aləminə
apardı. İlk baxışda sarı görünürdü mənə, amma oxuduqca bütün rəngləri kəşf etməyə
başladım. Kitabı nəfəs belə almadan çox diqqətlə oxuyurdum. Bir möcüzənin
olacağını gözləyən uşaq kimi idim.
Kitabı oxuyub bir kənara
qoyduqdan sonra rahat nəfəs aldım. Sanki oxuduğum müddət ərzində heç nəfəs belə
almamışdım. Dənizdə boğulan insan quruya çıxanda necə boğulursa , mən də bu
povesti oxuduğum müddət ərzində bax beləcə boğulurdum. Ordan qurtulmağa imkanım
var idi , amma istəmirdim. Bilə-bilə boğulmaq istəyirdim. Bir müddət , bəlkə də
bir neçə ay bu povestin təsirindən çıxa bilmədim. Amma fikirlərimi ,
duyğularımı yazmadım, daha doğrusu yazmaq istəyəndə nəsə mənə mane olurdu. Tam
olaraq sirləri kəşf etmədiyini deyirdi.
Təsadüfən iki gün
bundan öncə kitablarımı səliqəyə salanda ( mənim kitab rəfim daima dağınıqdı) o
kitabı, İrvinq Stounun “Yaşamaq yanğısı” kitabını gördüm. Əlimə aldım…… kitabı əlimə
alan kimi əlimi, ürəyimi , bütün varlığımı , ruhumu yandırdı. Sarı rəngin öz
yandırıcı gücünü günəşdən aldığını anladım. Niyə o vaxt, bir həftə boyu bu
kitabı kənara qoyduğumu da anladım. Səbəb günəşin bizə , insanlara , ən əsas da
Van Qoqa ötürdüyü sarı rəngin yaşamaq yanğısı idi. İrvinq Stoun bu povesti
sanki Van Qoqun ruh aləminə bələd olub da yazıb. Sanki ona Van Qoqun ruhu daxil
olub. Məkandan tutmuş , öz ruh aləminə kimi hər şeyi açıq-aşkar onun qarşısında
qoyub.
Bu povest mənə Van
Qoq haqqında çox şeyləri desə belə, mən kifayətlənə bilmirdim. Gözüm hər yerdə
onunla bağlı kitabları gəzirdi. Və beləcə onun yaradıcılığının və ruhunun
vurğunu oldum…..Və beləcə ancaq ….ancaq onu oxudum , öyrəndim. Onun rəngli
fikirləri mənə bir rəngdən min rəngin tonunu bəxş etdi. . Onu da öyrəndim ki,
Van Qoq öz gizli fikirlərini insanlara yox, vərəqlərə etibar etməyə üstünlük
verirdi.. Bu məktublardan bəzi fikirləri sizinlə paylaşmaq istədim .
- Bizim qəlbimizdə
, ruhumuzda çox böyük atəş ola bilər , amma heç kəs bu atəşdə qızınmağa gəlməz
. Çünki keçənlər ancaq tüstü axınını görürlər .
- Nə vaxt ki ,
böyük ustaları vicdanla izləməyə çalışırsan , görürsən ki , müəyyən anlarda
hamısı həqiqətə qərq olurlar. Mən demək istəyirəm ki , böyük ustaların belə
yaradıcılığını tam aydınlığı ilə görmək olar , əgər bu əsərlərə ustaların öz
gözləri və duyğuları ilə baxsan.
- Ağıllı və məhdudlaşdırılmış
həyatla yaşamaqdansa , ehtirasla yaşamaq daha yaxşıdır, hətta səhvlər etsən belə.
- Öz
çatışmamazlıqlarınızı çox da ürəyinizə yaxın buraxmayın , çünki kimdə ki ,
onlar yoxdur , bu çatışmamazlıqların yoxluğundan əziyyət çəkirlər.
- Yaradıcılığın iyrənc
məşuqəyə bənzəməsi məni tez-tez məyus edir, hansı ki , daima pul tələb edir ,
hansının ki , həmişə pulu azdır. Mən özümə deyirəm ki , əgər bəzən məndə ədəbi
etüd alınsa belə onsuz da onu kimdənsə daha ucuz qiymətə almaq olar . Sonda ,
ancaq ümid ona qalır ki , zaman keçdikcə daha yaxşı işləməyə başlayacaqsan ,
amma ki , bu ümid də bir ilğımdır.
- Nə qədər çox rəsm
barədə düşünsəm də , bir o qədər də dərin əmin oluram ki , bədii yaradıcılıqda
insanları sevmək qədər həqiqi heç nə yoxdur.
- Yaxşı rəsm əsərini
yaratmaq almaz və mirvari tapmaq qədər asan deyil. Rəsm çəkmək rəssamdan həm zəhmət
, həm də iti dərrakə tələb edir.
- Əgər mən bizi
gözləyən xoşagəlməz hadisələr haqqında hər şeyi düşünməyə başlasaydım, ehtimal
ki , mən ümumiyyətlə heç nəyi edə bilməzdim.
- Mən əksəriyyətinin
gözündə kiməm görəsən ? – sıfır , qəribə və xoşagəlməz bir adam, kiminki bu cəmiyyətdə
yeri olmayıb və olmayacaq da . Bir sözlə , yaramazlardan ən yaramazı. Tutaq ki
, bütün bunlar belədir . Əslində mən göstərmək istəyirdim ki , bu qəribə adamın
, heç kimin ürəyində nələr gizlənir.
- Əgər sən rəssamsansa
səni ya dəli kimi , ya da varlı kimi qələmə verəcəklər.
- Mən kilsələri çəkməkdənsə
insanların gözlərini çəkməyə daha çox üstünlük verirəm , çünki insanların gözlərində
elə bir ifadə var ki , bu heç bir əzəmətli və möhtəşəm kilsədə yoxdur. İnsanın
ürəyi , deyək ki , ən bədbəxt yoxsulun ürəyi , mənim fikrimcə daha çox
maraqlıdır.
- Çoxları belə
hesab edirlər ki , heç bir pislik etmədikləri təqdirdə yaxşı insan olacaqlar.
Bu yalandır, belə bir mövqe durğunluğa və bacarıqsızlığa doğru aparır.
- Əgər sən rəssam
olsaydın yəqin ki , çox şeylərə təəccüblənərdin. Xüsusi halda ona ki , rəsm və
onunla bağlı olan hər şey fiziki nöqteyi- nəzərindən həqiqətən ağır bir işdir.
- Sevgisiz həyatı mən
günahkar və əxlaqsız vəziyyət hesab edirəm.
- Çoxları elə
düşünür ki , mən çox sürətli işləyirəm . Buna inanmayın. Məni idarə edən təbiətin
və həyəcanın səmimiyyəti bəzən o qədər güclü olur ki , üzüm də buna fikir vermədən
dayanmadan işləyirəm . Unutmayaq ki , həmişə belə olmaya da bilər. Gələcəkdə
bizi çox ağır günlər də gözləyə bilər . İlhamın parıltısının , işıltısının
olmadığı günlər. Dəmiri isti-isti döymək lazımdı. Hazır olan materialı da kənara
qoymağa tələs.Məndə isə hələ 50 kətanın yarısı belə hazır deyil. Bu il onları
bitirməliyəm ki , nümayiş etdirə bilim. Qabaqcadan bilirəm ki , onları tez
yetişdirdiyimə görə məni ittiham edəcəklər.
Van Qoq enerjisini
, gücünü təbiətdən alırdı. Sanki təbiət və Van Qoq bir vəhdət , bir bütöv təşkil
edir . Eyni bir rəng , çalar duyulur bu vəhdətdə.Təbiət rəssama müqavimət göstərməkdən
başlayır. Əslində həqiqətəndə təbiəti özünə tabe etmək istəyirsənsə bu yoldan
dönməməlisən , təbiətlə mübarizə aparmalısan və onu özünə tam olaraq tabe etməlisən
. Bunu təbiət hiss eləsə sənə öz qapılarını açacaq və öz dünyasına buraxacaq.
İlk rəngin çalarını tuta bilsən sənə bütün rəng çalarlarını bəxş edəcək.Mübarizən
möhkəm olsa təbiət daha yumşaq və sözəbaxan olacaq. Özü də bu mübarizəyə səni
ruhlandıracaq.
Комментариев нет:
Отправить комментарий