Yazıçı Zümrüd Yağmurun
Təbrizdə fars dilində kitabı dərc olunub.
Kitab “Günahkarın ölümü” adlanır. Xatırladaq ki, eyni adlı kitab iki il öncə
Bakıda da dərc edilib. Kitabda müəllifin
hekayə və esseləri yer alıb.
Zümrüd Yağmurla söbhətdən
öyrəndik ki, təqribən bir müddət öncə
ona bu baradə bildirilib, amma sonra bir xəbər olmadığından dünən e-mailinə gələn
məktub onun üçün əsil sürpriz olub.
Kitab “Neday-i Şəms” yayın evində 10000 nüsxə ilə dərc olunmuşdur. Kitabı
çevirən və nəşr işləri ilə məşğul olan Təbrizli soydaşımız Əhəd Fərəhməndidir.
Комментариев нет:
Отправить комментарий