29.05.2012

Əl-Cəzirə xəbərləri təhrif edir

"Kim Əl-Cəzirəyə və Əl- Ərəbiyəyə maddi yardım göstərirsə onun əqidəsinə uyğunda işlər görülür"


Azadxeber.az saytı Sana saytına istinadən bildirir ki, Qətər Ərəb Dövlətinin Əl-Cəzirə telekanalı və Əl-Ərəbiyə telekanalı artıq nüfuzdan düşmə ərəfəsindədirlər. Əl-Cəzirənin bu yaxınlarda bir neçə ərəb əməkdaşı istefa ərizəsi təqdim edərək kanalda daha işləməyəcəklərini bildiriblər. Onlardan biri livan ofisinin əməkdaşı Əli Haşimidir. Əli Haşiminin sözlərinə əsasən, Əl-Cəzirə və Əl-Ərəbiyə maddi yardım göstərilən istənilən şəxsin əqidəsinə uyğun xəbərləri təhrif edir.
Yəni Suriya və Bəhreyn hadisələrində qərəzli və ədalətsiz mövqedədir. Çünki Ərəb şeyxlərinin maddi yardımı nəticəsində Suriya hadisələri təhrif edilərək montaj edilir. Bəhreyndə baş verən toqquşmaları isə olduğu kimi göstərmir. Əli Hşimi həmçinin onu da bildirib ki, Əl-Cəzirə Livanla Suriya sərhədində baş verən toqquşmaları olduğu kimi təqdim etmədi. Mən inanıram ki, bu onun öz istəyi yox siyasi insanların istəyi nəticəsində olub. Çünki Livan Suriya sərhədini keçmək istəyən Suriya müxalifəti əsgərləri ani bir vəziyətdə bilərəkdən Əsəd ordusu əsgərlərinin mövqelərini atəşə tutdular və açıq aydın vəhşilikləri ilə kameralarda əks olundular. Bu kadrları kim görsəydi onların insan olmadığını və bilərəkdən münaqişələrin qızışmasını istədiklərini anlayardılar. Amma bu kadrlar efirə verilmədi. Və belə kadrlar Əl-Cəzirədə çoxdur."

Комментариев нет:

Отправить комментарий