31.05.2012

Pişiklərin sevişdiyi koridor

Dilqəm Əhməd


Sarılaraq ağlamışam,
pişiklərin sevişdikləri
koridor künclərinə.
Sən ağlayan pişik görmüsənmi heç?
Koridor küncündə əzabları hiss etmisənmi heç?.
Pişiklər künclərdə soyuqdan deyil,
kənardan insanlara baxa bildiklərindən üşüyür.
Künclərdə pişik balaları böyüdükcə, əzablar da böyüyür
Sonunda insan ölür.

Qorxuram, həm də çox qorxuram.
Bu gün küncdə dayanan iki pişiyin.
Qorxaraq, üşüyərək məni seyr etdiyini gördüm.
Küncə doğru əyildim
Səni sevdiyimi söylədim pişiklərə.
Bəlkə rəhmləri gəlsin deyə.
Və mən ilk dəfə
çarəsizlikdən başını aşağı salan pişik də gördüm.

Комментариев нет:

Отправить комментарий