27.05.2012

“Pafoslu sözlərdən xoşum gəlmir”

İlkin Seyidzadə “TEZ BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Təqdimatının 2 kəliməyə sığmadığını hesab edən şəxs.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Təqdim edən şəxsdən asılıdır. Pafoslu sözlərdən xoşum gəlmir.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Fərqlənməyi xoşlayan adi insan.

- Dost…
- Yaxşısını tapmaq çətindir.

- İlk sevginiz?
- Hər dəfə kimisə sevəndə əvvəlki sevgiləri unutduğum üçün bütün sevgilər mənimçün ilkdir.

- Əsas ixtisasınız?
- Maliyyə.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- İctimai nəqliyyat.

- Sevdiyiniz maşın markası?
- Olan yerdə hamısı yaxşıdır.

- Sevdiyiniz brend?
- Breshka və Colin’s.

- Sevdiyiniz saç düzümü?
- Saçım töküldüyü üçün qısa saç düzümünə üstünlük verirəm.

- Sevdiyiniz rəng?
- Yaşıl.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Rusiya, Ukrayna və Braziliya. Şəhər – Moskva.

- Sevdiyiniz yemək?
- Kabab.

- Ən çox istifadə etdiyiniz söz?
- Mən...

- Leksikologiyanıza yad olan söz?
- “Təcili”.

- Sizi nə həyacanlandıra bilər?
- Gözəl gözləri olan qızlar.

- Ən çox sevdiyiniz kitab?
- E. M. Remark – “Üç yoldaş”.

- Ən çox sevdiyiniz yazar?
- Oğul Düma, Remark.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Justin Timberlake.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Hip-hop, Alternativ rock, pop.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Ümumilikdə özümü qeyri-adi hesab edirəm.

- Mənfi xüsusiyyətiniz?
- Müsbətlərdən çoxdur.

- İdeal insan necə olmalıdır?
- Valideynlərim kimi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Əsas başqalarının səni belə hesab edib etməməyidir.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Kiminsə mənimlə yüksək tonda danışması.

- Həyat fəlsəfənizi ifadə edin.
- Ac ol, kişi ol!

- Siz xoşbəxtsinizmi?
- Bu saniyə üçün, hə, xoşbəxtəm.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Deyəsən Tolstoy deyirdi ki, “xoşbəxtlik peşmançılıq duymadığın həyatdır”. Məncə bədbəxtliyin düsturunu tapmaq üçün Tolstoyun fikrində cəmdən toplananlardan birini çıxmaq bəsdir.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Əvvəli unuduram.

- Ölüm niyə ölmür?
- Bir gün onu da öldürəcək insan peyda olacaq.

- Dinlərə münasibətiniz?
- Bu barədə bacardığım qədər düşünməməyə çalışıram.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Heç kimdən və heç nədən.

- Falçıya inanırsızmı?
- Qətiyyən.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- ...

- Sevinciniz nə qədərdir?
- Ətrafımdakılara paylayacaq qədər çox.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Vicdan hissinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Sadə cümlələrə daha çox üstünlük verirəm.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Asan olanı xoşlamıram.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Gülməyi.

- Mənə sualınız.
- Sonuncu sualı dəyişə bilərsiz?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий