Bir keçmiş şirkət sədri öz müğənni xanımını düşünəndə çox vaxt dözə bilməyib kövrəlirdi. Böyük təəssüf hissi ilə danışırdı: “Məllim (o, mənə “məllim” deməyi xoşlayırdı), bilirsiz biz necə bir birimizi sevirdik?! Onun üçün nələr etmirdim! Konsert turları təşkil edirdim, klip çəkdirirdim, albom yazdırırdım. Artist olanda nə olar, çox mərd xanım idi. Günah məndə oldu, acgözlüyümdən qalmadım. Bir müddətdən sonra gizlicə bir başqası ilə də tanış oldum. Güman elədim ki, xəbər tutsa da xərclədiyim pulların xatirinə özünü görməməzliyə qoyar. Gəl ki, elə olmadı. Bilən kimi kabinetimə gəlib, mənə bir dənə yağlı sillə çəkdi. Dedi, sən kişi deyilsən. Qapını çırpıb o gedən getdi, heyif ondan...
Kanan Haci
Kanan Haci
Комментариев нет:
Отправить комментарий