23.06.2012

Özalın gündəmə gətirilməsində AKP-nin məqsədi nədir?

haberSeymur Abbas


AKP rəhbərliyinin bu məsələni gündəmə gətirməsində iki məqsədi vardır


Siyasətdən, dünyadakı proseslərin gedişatından az-çox halı olan hər insan yaxşı bilir ki, bu sferada baş verən hadisələr heç biri öz-özündən və ya kortəbii şəkildə meydana gəlmir. Hər nə baş verirsə, bu planlaşdırılmış şəkildə müəyyən dairələrin maraqlarına uyyğun tərzdə reallaşır. Və çox böyük ehtimalla həmin ölkədəki hakim qüvvələrin nəzarəti ilə həyata keçirilməkdədir.

Bu yazını yazmağıma səbəb isə, qardaş Türkiyə Cumhuriyyətinin gündəmini yaxından izləyən biri kimi, son günlərdə bu dövlətin gündəmində baş verən maraqlı hadisələrdir.
Belə ki, Türkiyənin keçmiş prezidentlərindən olmuş, həyatında və ölümündə indiyə qədər tam aydınlıq gətirilməyən məqamlar olan Turqut Özalla bağlı hadisələr ölkə gündəminə elə oturub ki, sanki eks-prezident 1993-də yox, indicə ölüb.
Kiçik araşdırmadan sonra bu barədə xəbərləri əsasən AKP-yə bağlı media maqnatlarının əlində olan KİV-lərdən izlədiyimizi müşahidə etdim. Bunların başında "Sabah Media Qrupu"-na məxsus KİV-lər yer almaqdadır. (Bu media holdinqindəki KİV-ləri Ərdoğanın yeznəsi idarə edir)
Belə bir sual meydana çıxır ki, yaxşı bəs Turqut Özalın gündəmə gətirilməsində AKP-nin məqsədi nədir?
AKP rəhbərliyinin bu məsələni gündəmə gətirməsində iki məqsədi vardır.
Birinci məqsədi tapmaq üçün gərək bir neçə ay öncəyə qayıdaq.
Bildiyimiz kimi bir neçə ay öncə Turkiyə Cumhuriyyətinin "baş" naziri Rəcəb Tayyip Ərdoğan demişdi ki, "Bizim İmralıdakı ilə (Abdullah Öcalanı deyir) əlaqə qurduğumuzu, danışıqlar apardığımızı deyənlər şərəfsizdirlər".
Bir neçə ay sonra da görüşmələrin olduğu faktlar mediaya sızdı və bu dəfə də cənab Ərdoğan "Mən danışıqlara icazə vermişəm, bəli, dövlətimiz üçün lazım gəlsə yenə də onunla görüşərik" demişdi.
İndi də gərək bir neçə il öncəyə qayıdaq və Turqut Özalın da terrorçularla danışıqlar masasına oturduğunu, onlarla Apo ilə hesablaşdığını xatırlayaq. (Çox güman ki, T. Özal bunu ABŞ və İsrailin əmri ilə edirdi. Çünki bütün siyasi fəaliyyəti boyu o yalnız ABŞ-ın maraqları istiqamətində hərəkət edib. Lakin ABŞ həmişə olduğu kimi bunu elə ört-basdır edirdi və Türkiyə vətəndaşlarının diqqətini elə süni gündəmlərə yönəldirdi ki, hətta Özalı bir xalq qəhrəmanı hesab edənlər də olurdu, amma xəbərləri yox idi ki, Ozal "Bu erməni soyqırımını tanıyaq və canımızı qurtaraq artıq bu problemdən" demişdi.)
Beləliklə, AKP-nin bu məsələdə birinci məqsədi budur:
Türkiyənin baş nazirinin İmralıdakı terrorçubaşı ilə danışığa getməsinin tənqid edilməsinə cavab olaraq "Ömrünü xalqına həsr etmiş böyük bir vətən övladı olan  rəhmətlik Turqut Özal da belə etmişdi" demək.
İkinci məqsəd isə belədir:
Əvvəlcə Turqut Özalın sui-qəsdə qurban getdiyini təsdiqləyəcəklər. Sonra isə "Özal kürd məsələsini həll etmək istədiyi üçün öldürüldü. Ona görə də indiyə qədər bu problem  həllini tapmayıb. Ey Türkiyə vətəndaşları biz də bu məsələni birdəfəlik həll etmək istəyirik. Gəlin bizə dəstək olun ki, bunu bacaraq" deyəcəklər.
Vətəndaşlardan istədikləri dəstəyi ala bilsələr separatçıların illərdir uğrunda çalışdıqları müstəqilliyin ilk mərhələsi olan "Kürdistan muxtariyyəti" reallaşacaq.
P.S. Əgər bütün bu sadalananlar həyata keçirilsə, Rəcəb Tayyib Ərdoğan "Böyük Orta Şərq planı çərçivəsində Türkiyənin əvvəlcə federativ respublikaya çevrilməsi və sonradan parçalanması istiqamətində ilk mərhə"nin öhdəsindən "müvəffəqiyyətlə" gəldiyi üçün okenın o tayındakı "pramidanın yuxarı təbəqələrindəki ustalar"-dan "yekkə bir molodes" alacaq.

Комментариев нет:

Отправить комментарий