Dəmiroğlu
özünü təmkinli aparırdı. Təcrübəsindən bilirdi ki, ayı nə qədər tələssə də,
armud vaxtında yetişir. Odur ki,
ehtiyatlı hərəkət edirdi. Hərdən bir zamanlar başladığı söhbətə qayıdır, fəqət
ürəkaçan cavab ala bilmirdi. Pərvin elə
ilk söhbətində ona demişdi: “Səninçin ayıb deyil, mən ərli qadınam”.
Pərvinin ailəsi, bir oğlu, bir qızı
vardı. Qızı ali məktəbdə, oğlu on birinci sinifdə oxuyurdu. Övladlarını varlığı qədər sevirdi. Dəmiroğlu Pərvini
görən gündən ona vurulmuşdu. Qadın ərdə olmasaydı, ola bilsin, onunla
evlənərdi. Kim bilir, bəlkə də bu vurğunluq bir ehtirasa, ötəri hissə
bağlı idi, həsrətlə gözlənilən yaxınlıq
onu aradan qaldıracaqdı. Hər halda həqiqəti
Dəmiroğlu özü yaxşı bilirdi.
O, çoxlarının ağlını başından alan Pərvinə baxa-baxa, onun gözəlliyi qarşısında əriyə-əriyə, ah-uf edə-edə dözür, hisslərini büruzə vermirdi. Son zamanlar Pərvin çox fikirli, qayğılı və dalğın görünürdü. Hətta Dəmiroğlu arada onu gözüyaşlı görmüş və başa düşmüşdü ki, ailəsində işlər nəsə qaydasında deyil, bir narahatçılıq yaşanır. Dəmiroğlu qibtə və pərəstiş etdiyi gözəlliyə kölgə düşdüyünü görüb varından yox olurdu.
Axır ki, bunun səbəbini öyrəndi.
Son zamanlar Nərimanla Pərvinin
münasibətləri pisləşmişdi. Nəriman evə xeyli gec, özü də çox zaman sərxoş halda gəlir, ağzından çıxanı Pərvinə deyirdi.
İndi Dəmiroğlu yaranmış vəziyyətdən
yararlanmaq istəyirdi. Onun yatmış, cilovlanmış hissləri dilə gəlmişdi. Fəqət yenə ağır cavab
alacağından qorxurdu.
Bir zaman Dəmiroğlu Pərvini öz atmacaları ilə təngə gətirmişdi.
Pərvin isə, onu eşitmək, onun hisslərinə cavab vermək fikrindən uzaq idi. Hətta bir ara Pərvin işdən çıxmaq istədi. Dəmiroğlu özünü yığışdırdı, ona söz verdi.
Yalvar-yaxar edib onu fikrindən daşındırdı.
Pərvin
sanki dəyişmişdi. Bir gün o, Dəmiroğlunun otağına girib:
– Bir işin yoxdursa, kafelərin birinə
gedib nahar edək, – dedi.
Dəmiroğlu qulaqlarına inanmadı. Çaşqın
halda:
– Nəəə? – deyə soruşdu.
Pərvin təkrar etdi. Dəmiroğlu günorta
hara isə getməyi planlaşdırmışdı. Fəqət Pərvinin təklifindən sonra nə billah
elədisə, hara getməli olduğunu yadına sala bilmədi. Lap xatırlaya bilsəydi də,
lap nazirin qəbuluna getməli olsaydı da, bu görüşlərlən imtina edər, Pərvinə
qoşular, dünyanın o başına gedərdi. Bu günü illərlə arzulamışdı. Odur ki tez:
– Sən deyəndən sonra mənin nə işim ola
bilər?! Mənimçin səninlə nahar etməkdən, birlikdə olmaqdan vacib heç nə ola
bilməz, əzizim.
“Əzizim” kəlməsi çoxdan əzizlənməyən
Pərvinin xoşuna gəldi.
Birlikdə “Ay-ulduz” kafesində nahar
etdilər. Pərvin də çaxır içdi ki, əhvalı yaxşılaşsın. Sevimli qadının
əhvalının yaxşı olduğunu görən Dəmiroğlu çəkinə-çəkinə onu evinə dəvət etdi.
Pərvini razı salacağına əmin deyildi. Fəqət gözlədiyinin əksinə olaraq, Pərvin
onun təklifini qəbul etdi.
Nəriman ezamiyyətdə idi. Getməmişdən
Pərvinlə sözləri çəp gəlmişdi. Nəriman özündən çıxıb, Pərvinin yeddi arxa
dönənini söymüş, onun özünü də tərbiyəsiz adlandırmışdı. Artıq neçənci dəfə idi belə hal davam edirdi.
Dəmiroğlu bu mənzili uşaqlar üçün
almış, təmir etdirmişdi. Arada gəlib dincəlirdi. İndi onlara burada kimsə
mane olmayacaq, əl-ayaqlarına dolaşmayacaqdı.
Dəmiroğlu cəld süfrə açdı, əlinə keçən
yeməklərdən süfrəyə düzdü, şampan şərabı
gətirdi. Əyləşdilər.
Pərvin hamamlanıb çarpayıya uzanmışdı.
Dəmiroğlu sevindiyindən qanadlanıb uçurdu. İndi hamama o girmışdi, duş qəbul
edirdi.
Pərvin gözlərini tavana dikmişdi.
Nəriman hər dəfə özündən çıxıb, ciddi əsas olmadan onu, nəslini, ağbirçək
anasını təhqir edir, həyatdan vaxtsız köçmüş atasını və dünyasını nakam
dəyişmiş bacısını söyüb yamanlayırdı. İndi Dəmiroğlunu nahara dəvət etməkdə,
onun evinə gəlməkdə, onunla bir yatağa girməyə razı olmaqda məqsədi Nərimandan
hayıf çıxmaq, onun papağını yerə soxmaq idi. Buna el arasında acığa iş görmək
deyirlər.
Dəmiroğlu yuyunmaqda davam edirdi. O,
həyəcanlı idi. Pərvinlə sonrakı münasibətləri bu görüşdən asılı olacaqdı.
Pərvin ondan razı qalmalı idi.
Dəmiroğlu belə düşünürdü.
Pərvin üst paltarını soyunmuşdu. Əlini
sinəbəndinə aparırdı ki, onun da bağını açsın. Lakin əl saxladı. Nəriman ona
dağ çəkmişdi. İnsanı da bu qədər alçaltmaq olar? İki övladları olmuşdu. Son
vaxtlara qədər Nəriman özünü yaxşı aparırdı, Pərvinə, onun qohum-əqrəbasına
hörmətlə yanaşırdı. Son zamanlar içkiyə qurşanmışdı. Bundan başqa, xəlvəti bir qadınla da görüşürdü. Görünür, səbəbkar həmin qadın idi.
Pərvin yenə əlini sinəbəndinə apardı.
Bağını açdı, sinəbəndin bir tərəfi aşağı sürüşdü. Sinəsinin bir tərəfi açıqda
qaldı. Pərvin ətrafa baxdı. Sinəsini görən olmamışdı. Utanıb təzədən sinəbəndini bağladı.
Dəmiroğlu qurulanırdı. O, hamamın
qapısını azacıq aralayıb baxdı. Pərvin çarpayıda uzanmış, üstünü döşəkağı
ilə örtmüşdü. Gözəl saçları yastıq boyu səpələnmişdi. İlahi necə də gözəldir!
Sanki Allah-taala bu qadını xoş günündə yaratmışdı.
Dəmiroğlunun bədənindən gizilti keçdi. Pərvini
hürkütməmək üçün tez qapını örtdü. Beş dəqiqə, on dəqiqə keçəcək, Dəmiroğlu
dünyanın ən gözəl qadınını qolları arasına alacaq, bağrına basacaqdı.
Nəriman əclaf idi. Əclaf olaraq
qalacaqdı. Düzələnə oxşamır. İnsanlar qəribə xislətli olurlar. Kimisi cavanlığında
səhvlərə yol verir, sevimli insanlara, əzizlərinə əziyyət verir, onlara
dərd-qüssə gəririr. Sonradan sanki əməllərindən peşman olur, düz yola
qayıdırlar. Bəzilərinin isə, sanki yaşlarının üstünə yaş gəldikcə ağılları
azır. Nəriman belələrindən idi. Uşaqların gözləri qarşısında arvadını,
qayınanasını, rəhmətlikləri bihörmət edir, hətta Pərvinə əl qaldırırdı.
Pərvin bu gün qət etmişdi. Nərimanın
bütün pisliklərinin əvəzini çıxacaqdı. O, cəld ayağa qalxıb sinəbəndini açdı.
Qarşıda bədənnüma güzgü vardı. Baxdı və
çılpaq bədənini gördü. Utandı. O, acığa
iş görürdü. Bu, beş-on dəqiqə çəkəcəkdi. Fəqət bu işin qəbahəti illərlə
sürəcəkdi. O, Nərimanın gözlərinin içərisinə baxaraq ürəyində: “Səndən
qisasımı aldım!” – deyəcəkdi. Bəs övladlarının gözlərinə də çəkinmədən baxa
biləcəkdimi? Qızı Çiçək universitetdə oxuyurdu. Sabahda, birisi gündə ona elçi
gələcəkdi. Məsum qız xəbər tutmasa da, Pərvin onun yanında özünü ləkəli
biləcəkdi. Bu gün bu addlmı atmalı olsa, təkcə Nərimanın deyil, hələ orta
məktəbdə təhsil alan oğlu Farizin də namusuna ləkə gətirəcəkdi. Bəs nəslinin?
Onların da namusu ləkələnəcəkdi. Həm də bu sirr nə vaxtsa açıla bilərdi.
Deməli, o, səksəkədə yaşamalı olacaqdı. İnsanlar çiy süd əmiblər. Bəzilərinin
çörəkləri dizlərinin üstündədir. Pərvin Dəmiroğlunun yatağına girsə, ölənə
kimi ləkəli qalacaq, iztirab çəkəcəkdi.
Bir dəfə Nəriman anasının yanında
söyüş söyəndə Pərvin özündən çıxıb: “Yaxşı baxarsan, bu heyfi səndə
qoymayacağam!” – deyə ərinə hədə gəlmişdi. Tək qalanda Səriyyə arvad üzünü
Pərvinə tutaraq: “Qızım, adam acığa iş görməz!
Belə işin ziyanı daha çox adamın özünə dəyir” – demiş və nümunə
gətirmişdi.
Dəmiroğlu qurulanıb qurtarmışdı.
Ətirlənib saçlarını darayırdı. O, vanna otağından çıxanda Pərvini ayaq üstə,
geyinmiş vəziyyətdə gördü. Dəmiroğlu nə hadisə baş verdiyinin fərqinə varmağa
macal tapmamış Pərvin mənzilin qapısını
açıb çölə çıxdı.
E-mail: prof.akif@mail.ru Telefon:
493-96-21 (iş); 050-321-26-23 (mobil)
Комментариев нет:
Отправить комментарий