"Vaxtilə bu hakimiyyət nurçuların liderinə Fətullah Gülən əfəndi deyirdi. Bu ölkədə nurçuların məktəbinə lisenziyanı mən verməmişəm. Bu ölkədə Qafqaz Universitetinin açılmasına icazəni də mən verməmişəm. Bu ölkədə Təhsil nazirliyində, Maliyyə Nazirliyində, Prezident Aparatında nurçuların işləməsinə mən icazə verməmişəm. Bu ölkədə Fətulla Gülən əfəndinin kitablarını tərifləyib, tərcümə edən də mən olmamışam, bu hakimiyyət olub. Bu gün də Fətullahçı adı ilə başqalarını tuturlar, amma yenə də əsl nurçular parlamentdədir, Yazıçılar İttifaqındadır, Prezident Aparatındadır və digər nazirliklərdə təmsil olunurlar. Məktəblərinin adları dəyişdirilsə də, fəaliyyətlərinə bu gün də davam edirlər. Bu məktəblər hazırda yüksək çinli məmurların birbaşa kurasiyası altındadır. Xəzər TV də birbaşa nurçularındır".
Ruslan İzzətli
Комментариев нет:
Отправить комментарий