06.12.2016

Ağasəlim Əmri - Məni

O dərd qalmadı tuş etməyə zəmanə məni,
Tükəndi səbrü qərarım, gətirdi canə məni.

Kimi ki, dost sanıb yandım, ey könül, oduna,
Qoşuldu düşmənimə, qoydu yanə-yanə məni.

Gəl, ey mələk, səni gözlər gözüm, hərayimə yet,
Yerim ki yox yer üzündə, çək asimanə məni.

Bir e'tibarı olan kimsə görmədim, bu fələk,
Xəyanət əhli ilə çəkdi imtəhanə məni.

Bəla bəlayə calanmış, nə çarə ki gətirən
Gətirdi çəkmək üçün dərdü qəm cahanə məni.

Ey Əmri, kimlərə etdim ox atmağı tə'lim,
Düşəndə fürsət ələ, aldılar nişanə məni.

Комментариев нет:

Отправить комментарий