Deyir, bunların hamısını yığasan qapalı bir şəhərciyə. Əllərində olan bütün var-dövləti alıb, hərəsinə 250-300 manat əməkhaqqı kəsəsən. Təbii ki, kommunal xərclər diferensiallaşmış vəziyyətdə. Həmin şəhərcikdə personal heyəti ATU-nun məzunlarından təşkil olunmuş xudmani bir xəstəxana tikəsən. Şəhərciyin dini sahəsini vahhabilərə, təhlükəsizliyini isə tapşırasan Eldar Mahmudova. Elə ki cəbhədə bir güllə atıldı, dərhal bunların balalarını basasan qabağa. Mitinq-zad keçirib etiraz etmək fikrinə düşsələr, ciblərinə nanədən, keşnişdən (əsl narkotik yox ha, qoy ürəkləri partlasın) atıb, məhkəmədə narkotikdir -deyib qıpqırmızı üzlərinə durasan. Və ən əsası- "toy sezonu" başlayan kimi hərəsinin əlinə çox yox, cəmi iki dənə dəvətnamə tutuzdarsan ki, di yaşayın, ay dümbələklər!..
İlham Əlisoy
Комментариев нет:
Отправить комментарий