03.12.2016

Vüqar Həmati - Səndən

Olmaz, gözəlim, könlümün əskik qəmi səndən,
Bir gün küsəcəkdir bu könül həmdəmi səndən.

Bülbül kimi məndən yetə yüz naləvü fəryad,
Ey göz yaşı, olsun bu gülün şəbnəmi səndən.

Olduq bu vəfadə bütün aşiqlərə ibrət,
Aləm salacaq söz həmi məndən, həmi səndən.

Ey cənnət, onun kuyinə bir nisbətin olmaz,
Kuyin həvəsiydi çıxaran Adəmi səndən.

Eşq ilə, Vüqar, ömrünü vursan başa bir gün,
Ölsən belə, çıxmaz bu məhəbbət dəmi səndən.

Комментариев нет:

Отправить комментарий