07.12.2016

Hafiz Hacıyev: Səlim Müslümov 6 ay sənin, 6 ay mənim prinsipi ilə işləyir

Bu günlərdə mətbuat və sosial mediada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus villa ilə bağlı ortaya qoyulan faktlar yenidən bütün diqqəti məmur kontingentinin dəbdəbəli həyat tərzinə, Roma imperatorlarının belə həsəd aparacağı təmtəraqlı həyatına diqqət çəkib.
Maraqlıdır, S.Müslümov və eləcə də digər məmurlarla bağlı bloggeer Mehman Hüseynovun və medianın ortaya çıxartdığı bu faktlara rəsmi səviyyədə diqqət yetirilməlidirmi?
24saat.org-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu məmurlarla bağlı ciddi tədbir görməyin zəruriliyinə diqqət çəkdi: "Biz bir neçə dəfə bu məsələləri gündəmə gətirmişik. S.Müslümovun "Zeytunluq” deyilən ərazidə tikdirdiyi beşmərtəbəli villa hamıya bəllidir. Bi cür villaların 1700 manatlıq maaşla ərsəyə gəlməsi mümkün deyil. Rüşvət və korrupsiya ortadadır. Mən dəfələrlə demişəm ki, bir "Həsən Əliyev”, bir də "Varovski”də araşdırma aparılsın, görsünlər ki, 5-10 milyona tikilən villalar kimlərindir. Bundan sonra hər şey üzə çıxacaq. S.Müslümov pensiyaçıların kartlarını cibində saxlayır. 6 ay sənin, 6 ay mənim prinsipi ilə işləyir. Onun beşmərtəbəli villası ilə bağlı məsələ isə bizə çoxdan bəllidir və çoxdan bunu demişik. Hesab edirəm ki, bu villada pensiyaçılar oturmalıdır. Hansı ki, aldıqları pensiya dava-dərmanlarına çatmır. S.Müslümova məxsus bu villa hərraca çıxarılmalı, ondan əldə edilən pul pensiyaçıların pensiyasına əlavə olunmalıdır”. /7news.az/

Комментариев нет:

Отправить комментарий