Ətriylə edib bülbülü qəmxar, özü bilmir.
Gül ətri tutub gözlərini, bülbülü nalan,
Olmuş gülün eşqində giriftar, özü bilmir.
Baxma çalışır eşqini pünhan edə bülbül,
Əfğanilə eşqin edir izhar, özü bilmir.
Bülbül edən əfğana baxır heyrət içrə gül,
Qəflətdədi, ətrində nələr var, özü bilmir.
Çox nəğmə bilirkən eləyir ol gülü görcək,
Bir nəğməni milyon kərə təkrar, özü bilmir.
Görcək gülü bülbül ola lal, mümkünü yox, çün,
Aşiqlik edibdir onu əfkar, özü bilmir.
Eşqində düçaridi “Fəna” dərdi-bəlaya,
Gərçi eləyib dərdə dəva yar, özü bilmir.
Комментариев нет:
Отправить комментарий