14.12.2016

Çeçendən canını, Azəridən malını, Türkdən karını qoru

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -52

Rüstəm Hüseynov: Sabahın xeyir, ölkə! Zimbabvedən nə xəbər? Bakıda adına otel tikilmiş Kempinski Bzejinskinin qohumu deyil ki?
Təhmasib İsayev: Məlumatsız insanların hissləri ilə oynayıb onları aldatmaq üçün yalandan video və şəkillər paylaşıb, qətliam var adı ilə nifrət aşılamaqla məşğul olurlar. Buna dəstək kimi BBC, CNN kimi tv-lər, tvitter və fb üzərindən saxta propaqanda yayırlar. Baxırsan sübut kimi paylaşımlarına, klipdən görüntü çəkib, Pakistanın köhnə baş naziri Benazir Bhuttoya olunan terrordan, İŞİD-in etdiyi qətliamlardan, Azad Suriya Ordusu terrorçusu olmuş qaçqının boşanmış arvadından uşağını qaçırdıb döyməsinin, Ərəbistan təyyarələrinin Yəməndəki bombardmanda öldürdüyü uşaqların şəkillərini qoyub, bunların Hələbdə olduğunu deyirlər. İnformasiya müharibəsi daha kompleksli şəkildə aparılır.
Farhad Həsənzadə: Qaniçən Rusiya Suriyada xəstəxananı bombalayıb, nəticədə 23 nəfər amerikalı təlimatçısı və 5 nəfər İŞİD başçısı məhv edilib.
Abdull Abdulla: Həm Təbrizdə, həm Ərdəbildə olanda bir məqam diqqətimi çəkib. Xəstəxana qapısında həkim növbəsi gözləyən azərbaycanlılar çox yazıq, çox zavallı görünürlər. Bunun digər səbəbi də bu adamların kasıb olmalarıdır. Belə ki İrana müalicəyə Azərbaycandan ancaq kasıb kütlə gedir. Ərdəbildə xəstəxana qapısında növbə gözləyəndə söhbət etdiyim azərbaycanlıların əksəriyyəti bankdan götürdükləri borc pulla həkimə gəldiklərini deyirdilər. Neft ölkəsinin sakinləri 30 faizlə kredit götürüb qonşu ölkəyə həkimə gedir. Daha sonra xəstə-xəstə min bir əziyyətlə krediti qaytarmaq üçün çalışırlar. Bəzən bu cür çalışmaq müalicənin mənfi nəticəsinə səbəb olur. Belə olan halda millət vəkilləri xalqa üz tuturlar ki, bizim səhiyyəmiz çox güclü inkişaf edib, İrana-zada getməyin.
Elxan Xəlilov: Ruslarda bir məsəl var: Qəhrəmanlar gedəndə onların yerinə səhnəyə klounlar çıxır. Azərbaycanda indi bu saat vəziyyət belədir.
Əkrəm Məlikov: Telekanalizasiyalarda əgər xəstə bir uşağı efirə çıxardıb, şəxsiyyətini aşağılayıb xalqdan yardım istədirlərsə, onda bu dövlət və səhiyyə kimə lazimdir? Basqa vaxt “uşaqları erkən vaxtdan” işləməməyə, valideyninə kömək etməməyə çağırış edirlər. Şüarları da qulaq deşir- Uşaqlar bizim gələcəyimizdir! Əcəba, bu qədər xəstə, dövlətin, səhiyyənin himayə etmədiyi uşaqların öz gələcəyi olmadığı halda, hansı gələcəyimizdən danışırlar?
Ekososialist: Müsəlman uyğurlar Çin olmadan daha irəliyə zərrə qədər də getməyəcəklər. Çin uyğurlarından yaxşı hansı “müstəqil” keçinən müsəlman xalqı yaşayır? Ərəblər? Neft dolları hesabına parazit həyat tərzi keçirən bəzi ərəb xalqlarının yaşayışına “yaxşı” demək olarmı? Bir alimi yox, elmi yox, teatrı yox, kinosu yox, həkimi-təbibi yox... Neft bitdi- ərəb bitdi. Elə biz də SSRİ-dən ayrılıb qlobal maliyyə qurumların diqtəsilə “müstəqil” neoliberal islahatlar aparıb “neft bitdi- azərbaycanlı bitdi” vəziyyətindəyik.
Musarza Kadusi Mirzəyev: Türkiyə ABŞ-ın regionda müttəfiqidir. Daha doğrusu əlaltısıdır. Onun İŞİD-lə əlaqəsi haqqında məlumatlar yayılıb, İŞİD-i isə ABŞ yaradıb və onun maraqlarına xidmət edir- təhlilçilər belə deyir.
Elxan Zaman: Mən əminəm, bu ölkədə şərait yaradılsa, çox idmançılarımız var ki boyük uğurlar qazanarlar, sadəcə korrupsiya imkan vermir. Məsələn, gedib Braziliyadan küçədə futbol oynayan kasıb uşaqları dəvət edirlər ki, gəlin sizə ayda 2000 dollar maaş verək, qalmağa yer, kef çəkməyə şərait düzəldək, burda onsuz da acından ölürsüz, ancaq sizinlə müqavilədə göstərəcəyik ki, sizə 500 min dollar pul vermişik... Sonra da o pulu qoyurlar ciblərinə, burda isə yarışa gedən uşaqların valideynləri onların xərclərini ciblərindən ödəyirlər.
Sahib Novruz: ANS Fətulla Güləni dəstəklədiyi üçün məhkəmə qərar çıxartdı ki, bəs dövlətin mövqeyinə tərs mövqe tutubsan. Bəs ATV-ni niyə bağlamırlar? Turanın verlişi açıq-aşkar vahhabi terroristlərini dəstəkləyir.
Kəramət Böyükçöl: Mən bütün yazılarımda Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin qabağındakı budaqları sınmış körpə bir ağacın dərdinə ağlamışam. Rəşad Məcid bu ağacın dərdinə ağlaya bilməz, çünki o ağacı Rəşad Məcid və Rəşad Məcid kimilər sındırıb. Azərbaycan Yazıçılar Birliyinə ən çox inamsızlıq və hörmətsizlik Rəşad Məcidə görə yaranıb. İndi də Milli Elmlər Akademiyasına “əl” atır.
Sabir Şindani: Düzgün məlumatlar paylaşın, camaatın gözü açılsın. Yazıqdı bizim xalq, heç nə bilmir, gərək çox şeylər öyrənə, yoxsa avara qalacaq dələduzların əlində. Onsuz da bu dələduzlar xeyli borc yığıblar xalqın övladları üçün. O borcları necə verəcəklər, bilmirəm, neftin da axırıdır.
Molla Nəsrəddin: Qonşumuzla eyni zavoda getmişdik, dostum Cəbrayıldan olduğuna görə işə götürdülər. Müdir dedi o qaçqındır, sən gözlə. Nəyimə ki qaçqındır! Qaçqına işıq, qaz havayı verilir hələ də... Mən hər ay 200 manat kommunal xərclərə xərcləyirəm. Onlar isə araq-zad alıb vururlar, ürəylərində deyirlər...
Nadir Qocabəyli: Dünən cümlə qura bilməyən biri mənə yazıb ki, ABŞ-ın əlaltısı olmaq pisdirsə, Rusiyanın əlaltısı olmaq da pisdir. Əlbəttə, doğru təsbitdir, ancaq Rusiya burada əlaltı saxlamır axı. Siz heç Rusiyanın mövqeyini müdafiə edən hər hansı siyasətçinin, partiya sədrinin, QHT rəhbərinin Rusiya səfirliyində qəbulda olduğunu gördünüzmü? Rusiya səfirinin onu müdafiə edən adamları başına topladığını gördünüzmü? Görmədiniz! Amma ABŞ səfirliyinin işi-gücü budur.
Azər Əliyev: Osmanlı işğal qüvvələri başqa bir işğalcı olan Sentrokaspi diktaturasından şəhəri təhvil alıb, başladı talanlara və qırğınlara. İşğalın ilk bir ayı ərzində Bakıda 30 min nəfər qətlə yetirildi! Bu gün bizim “mandatlı tarixçilər” (Cəmil Həsənli, Nəsiman Yaqublu, Nəsib Nəsibli və b.) bu cinayətə bəraət qazandırmaq üçün “Orada ölənlərin hamısı ermənilər olub” yalanını quraşdırırlar. Ermənilər də bu “fakt”ı əsas götürərək, 1918-ci ildə Azərbaycanda onlara qarşı qətliam olduğunu iddia edirlər. Görün tarixçilərimiz indi də “Türkiyə qardaşlığı” yalanını bizə yedizdirmək üçün hansı ləkəni xalqın boynuna qoyurlar! Halbuki arxiv materialları sübut edir ki, öldürülənlərin cüzi bir hissəsi erməni idi, yerdə qalan çoxluğu azərbaycanlılar təşkil edirdi. Osmanlı işğal qüvvələri ölkəmizdə minlərlə üsyançı kəndli, kommunist və başqalarını “inqilabçı haydutlar” (quldurlar) damğasıyla edam edirdi. Bəli, hər zaman olduğu kimi işğalçı yerliyə quldur adı verir!
Faiq Mirzəyev: Sovet dağılanda nəinki kitabxanalarımız, mədəni abidələrimiz dağıldı, millətimiz məhv oldu, sakit və gizli genosidə sürükləndi. Saxta qida məhsulları yeməkdən hamı xəstədir, hər evin 2-3 krediti var, xalq çayı-qəndi mağazadan nisyə götürür, heç kəsdə pul yoxdur. Azərbaycan bölünür. Xalqın yarısı deyir mən türkəm, dinimizi neçə məzhəbə bölüblər, yeni-yeni sektalar gətiriblər ölkəmizə, gələcək müharibənin təməlini qoyublar. 70 ildə formalaşmış mədəniyyətimizin üstündən xətt çəkiblər. Aclıq və yoxsulluqdan xalqımızın yarısı başqa ölkələrdə yaşamağa üz tutub. Azərbaycanın artıq yarısı yoxdur. Strategiyamızı dəyişməsək, gələcəkdə bizi böyük təhlükələr gözləyir.
Elmir Səfəvi: Ey yazıçı, 5 ildir Türkiyənin dəstəklədiyi və hər köməkliyi elədiyi İŞİD Suriyada daşı daş üstündə saxlamayıb. Bir yox, yüzlərlə məscid, məqbərə, alim və səhhabə qəbirləri dağıdıb. Zavodları, fabrikləri, muzeyləri məhv edib, neftini isə Türkiyəyə daşıyıb. İnsanları şiə və ələvidir deyə qətl edir. Ərdoğana sənin kimilər peyğəmbər deyir, dalının qılı olmusuz. Sən vicdansız bircə dəfə olsun bu haqda bir kəlmə yazmısan? Yazmazsan, çünki ya sələfi tərəfdarısan, ya da hakimiyyətdəki nurçulardan qorxursan.
Pərviz Əhmədsoy: Söydüyünüz Sovet hökuməti hələ tələbələrə yataqxana verirdi. Tələbə 30-40 qəpiyə kinoya, 1 manata teatra, konsert salonlarına gedə bilirdi...
İsazadə Kaspian: Türklərin qətl və qarətləri barədə Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazıb. Özü də türklər və almanlar ikisi birgə gəlib, niyə təkcə türkləri deyirlər? “Kurtlar vadisi”ndə bir maraqlı cümlə var: Çeçendən canını, Azəridən malını, Türkdən karını qoru.
Kamran Fərzəliyev: Sovet dövründə heç bir əsarətdən söz ola bilməzdi. Çox gözəl dövr idi. Bəli, 50 manat təqaüdlə tələbə bir ayı yola verirdi. 70-80 qəpiklə tələbə yeməkxanalarında 2 cür yeməklə, kompot ,salat da yanında nahar etmək olurdu. 100 rublla Moskvaya gedib 2 gün istirahət edib qayıtmaq olurdu. Fərq onda idi ki, büdcə Moskvadan idarə olunurdu. Nə olsun, onun bizlərə bir isti-soyuğu var idimi? İndi bu boyda büdcədən bizlərə nə düşür? Büdcəni müəyyən bir acgözlər dəstəsi yeyib dağıdır. Budumu müstəqillik? Onda bir məmurdan Moskvaya şikayət edəndə tökülüb gəlirdilər ki, sənin hüquqlarını qorusunlar. İndi hər dəqiqə başı hüquqlarımız pozulur. Nə edə bilirik?
Elmar Mirzəyev: Dünyada cəmi 5 müstəqil dövlət var. Bəsdirin mustəqillik nağılları danışdız.
Fərid Cəfərov: Azərbaycanda kasıb var, bir də varlı- orta təbəqə yoxdu. O üzdən iki təbəqə haqda deyim. Varlılar monopoliya, qrant və çirkli pullar hesabına (az bir hissəsi xaric), kasıblar isə fəhləçilik və Rusiyadan göndərilən pul hesabına dolanır. Varlı xəstələnsə İsraildə, Türkiyədə od qiymətinə müalicə alır, kasıb xəstələnəndə ya türkəçarə edir, ya da İrana müalicəyə gedir (bizim xəstəxanalardasa adamı soyurlar).
Omid Dana: İsrailin buyruq quluna dönmüş Azərbaycan pantürkistləri, əslində, sionistlərin nökərləri olduqlarının fərqinə varmaq istəmirlər.
Rəhim Həsənli: Avrasiyanın iki məşhur köçəri xalqı var: monqol-tatarlar (indi kimsə türk adı verib) və bədəvilər (indi ərəb də deyirlər). Qeyd edək ki, 300 milyon türk xalqı 5 min illik düşüncə tarixində ayranı, 500 milyon ərəb xalqı isə motalı kəşf edib. Deməli, bu iki xalqı həyəcanlandırmaq üçün ayrandan, motaldan danışmaq lazımdır. Avropalı səyyahlar ilk dəfə bizim ölkəyə ayaq basanda bayrağımızda ağ və qara qoyun görmüşdü. İndi isə deyirlər ki, simvolumuz ac qurddur.
Ceyhun Salahov: İnternetdə gecə-gündüz İran İslam Respublikasının əleyhinə yalan məlumat yayaraq, anti təbliğat aparan türklər, ərəblər, yəhudilər, kürdlər, ümumilikdə islamı istəməyənlər o əzəmətli ölkənin siyasi-iqtisadi-hərbi-tibbi-elmi-mədəni inkişafının qabağında nə qədər də cılız görünürlər.
Ağalar Qut: “Türkiyə özümüzküdür, o, nəinki torpaqlarımızı işğal etmək, dilimizi məhv etmək, lap bizi zorlasa da, qəbulumuzdur, sağ olsunlar!” deyənlərə isə mənim sözüm yoxdur.
Rusiya Dağılacaq: Allah Azərbaycan xalqına xöşbəxtliyi 70 il verdi (bu çox böyük bir rəqəmdir). Amma yenə də İmanqulu öz cındırlığını Nemət Pənahlı ismi altında, Qəmbərov İsa cildində, Elçibəy xislətində göstərdi. Teoriyanı təkrar edirik: Əliyev rejimini bəyənməyib Elçibəy rejimini model kimi göstərən şəxslər birmənalı olaraq “axrıncı adam”dır. Sitatın sonu.

Комментариев нет:

Отправить комментарий