01.12.2016

Əgər Rusiya özünü ABŞ kimi aparsaydı, nə olardı?


Britaniyalı jurnalist və blogger Nil Klark “Əgər Rusiya özünü ABŞ kimi aparsaydı, nə olardı?” məqaləsində dünyada baş verən olaylara başqa rakursdan yanaşıb. avrasiya.info saytının verdiyi xəbərə görə, Klark ABŞ-ın etdiklərini Rusiya edərdisə, nələr baş verəcəyini ictimaiyyətin diqqətinə çatdırıb: “Təsəvvür edin ki, Rusiyanın maliyyə dəstəyi ilə Kanadada ultrasağ ekstremistlər və neonasistlər hakimiyyəti devirirlər. Təsəvvür edin ki, Rusiya və müttəfiqləri neftlə zəngin Yaxın Şərq ölkələrinə qarşı geniş masştablı hərbi əməliyyatlara başlayırlar və bunu həmin ölkələrin kütləvi ölüm silahına malik olması ilə əsaslandırırlar. Təsəvvür edin ki, soyuq müharibənin başa çatmasından sonra Rusiya ABŞ-ı hərbi bazalarla mühasirəyə almağa başlayır, Kanadanı öz hərbi alyansına birləşdirməyə can atır. Təsəvvür edin ki, Rusiya Meksikada ABŞ-ın Estoniyada etdiyi kimi hərbi təlimlər keçir. Təsəvvür edin ki, Rusiya siyasətçiləri Avropada keçirilən küçə yürüşlərinə baş çəkirlər, etirazçılara Nulandın etdiyi kimi peçenye paylayaraq hakimiyyəti açıq-aşkar yıxmağa çağırırlar”.
Nil Klark bildirir ki, ABŞ-ın etdiklərini hansı başqa ölkə etsəydi, əlbəttə ki ümumi hiddət doğurardı: “İkili standartların mövcudluğunu görmək üçün sadəcə ölkələrin adlarının yerini dəyişmək kifayətdir”.

Комментариев нет:

Отправить комментарий