25.12.2016

Hafiz Hacıyevdən sərt xəbərdarlıq: Yaxın gələcəkdə bir çox təbəqələr ayağa qalxacaq

“İnsanların işığın, qazın pulunu ödəməyə imkanları yoxdur”

Məlum olduğu kimi, dünən Biləsuvarda cəbrayıllı köçkünlər işıq pulu ilə bağlı etiraz aksiyası keçirib. Maraqlıdır, Tarif Şurasının bahalaşma siyasəti davam edəcəyi təqdirdə yaxın gələckdə digər rayonlarda da bu cür aksiyaların keçirilməsi mümkündürmü?
Politika.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bunun gözlənilən olduğunu qeyd edib: “Bu, gözlənilən haldır. Insanların sayğacları hələ ki, yazır. Ayın başında qazın, işığın pulunu istəyəndə gərginlik yaranacaq, qarşıdurma olacaq. İnsanların maddi imkanı yoxdur. Onlar hələ baş verənlərin əsl mahiyyətini hiss etmirlər. Hər şey ayın başında bütün çılpaqlığı ilə ortaya çıxacaq. Ayın başında vətəndaşlardan işıq, qaz pulu istəyəndə arzuedilməz vəziyyət yaranacaq. Çünki doğrudan da insanların bu pulu ödəməyə imkanı yoxdur. Ayda 150-200 manat maaş və ya pensiya alan bu qədər kommunal borcu necə versin? Bu zaman qarşıdurma yaranacaq, insanlar ayağa qalxacaq. Pensiyaçılar da, müəllimlər də, həkimlər də ayağa qalxacaq. Bu, şübhəsizdir”.

Комментариев нет:

Отправить комментарий