31.12.2016

Rusiya olmasaydı, buranı çoxdan cəhənnəmə çevirmişdilər

Elxan Xəlilov

Nə axmaq sistemdir... Qonşu usaq 2-3 ildir hazırlığa gedir, pul tökürlər, uşaq gedib 501 bal yığıb, düzgün kodlasdırmadığına görə qəbul ola bilməyib. Amma ondan savadsızlar bəxtə bəxt gedib girib institutlara. Kim deyir bu sistem ədalətlidir? Bu lotoreya kimi bir şeydi. Uşaq yazıq əsgərliyə gedəcək. Atası cəza verib- otaqdan bayıra qoymur çıxsın. Deyirəm başı xarab olar, girməyib girməyib də- böyük şeydir institut? Əsgərlikdən gəlib verər... Amma çox axmaq sistemdir. Kodlasdırmaq nədir? Get 3 dənə imtahan ver gir... Bizim vaxtımızdakı kimi. Özlərindən şey çıxardıblar. Ona görə də millət tupoylaşıb. Yaman da sistemdir elə. Allahın işinə bax, qarışqanın yerişinə... Rusun təhsil sistemini ləğv etdik. Guya ki Azərbaycan öz təhsil sistemini quracaq...
***
Bütün postsovet dövlətləri Rusiyanın hesabına indi rahat və sakit yaşayırlar. Həqiqətən Rusiyadan qorxmasalar, yeyərlər bizi. Rusiya olmasaydı, buranı çoxdan cəhənnəmə çevirmişdilər.
***
Sovet haqqında və dövlət başçıları haqqında sənədli filmlərə baxmağı çox sevirəm...Nə Brejnev, nə Qramiko, nə Andropov, nə Çernenko, nə də digərləri öz uşaqlarına heç bir gün ağlamamışdılar... Çox sadə yasayırlar. Məsələn, Brejnevin nəticəsi evsiz qalmışdı. Bu yaxında göstərdilər, deputat, nazir filan yığışıb bir otaqlı mənzil aldılar ona... Bizim adi Salyanın icra başçısının 3-4 nəsilinə çatacaq var-dövləti var.
***
Hansı deputat tanıyırsız ki oğlu şəhid olsun? Əgər birini misal göstərə bilsəz, demək Qarabağı alacayıq, müharibəni udacayıq. Əgər bir torpaqda bir nazirin, deputatın, icra başçısının oğlu şəhid olmayıbsa, hansı vətən müharibəsindən, torpaqdan danışırsız?
***
Orta məktəbdə oxuyanda evimizin arxasında boş torpaq sahələri var idi. Getdim, dörd bir tərəfinə hasar çəkdim. Hardasa 20 sot olardı. Elədim öz bağımız. Orda hər cür meyvə, tərəvəz bitkiləri əkmişdik. Fındıq, innab, nar, alma, çiyələk, pomidor, xiyar və s. Özümün də həvəsim var idi. Evdəkilərlə gedirdik, samovar qaynadırdıq, uşaqları aparırdım, kabab çəkirdik. Dostlarımla boş vaxtda gedib oturub, samovar çayı qaynadıb şahmat oynayırdıq. Əməlli-başlı meşəlik olmuşdu. Sonradan qonşular da həvəsə düşüb hərə bir yer götürdü. Şəhər yerində bundan gözəl məşğuliyyət olmazdı. Söhbətin məğzi bu deyil. Hardasa 20 il bu bağ bizdə oldu. Nə bir dövlət idarəsi işçisi gəlib maraqlandı ki, ay kişi neyləyirsiz, nə bir adam gəlib narahat etdi. Bir köpəkoğlu gəlib demədi ki, ay bala, bura dövlətin torpağıdır, qanunsuzdur. İndi mənə bu çox təəccüblü gəlir... O vaxt hələ Sovet dövrü idi...”Əsarətdə” yaşadığımız vaxtlar bir adam gəlib nə vergi istədi, nə bir söz dedi. İndi azadlığa çıxmışıq, bir metr yeri əhatəyə alsan, adamın anasını ağladarlar. Müstəqillik illərində o bağları buldozerin qabağına verib şumladılar və sotunu da 20-30 minə satdılar. İndi öz həyətində bir daş qoysan, daşın üstünə 50 yerden dilənçilər tökülür... 20-25 sot torpağı öz malın kimi istifadə edəsən, məhsul da götürəsən, bir köpəkoğlu bir söz deməsin... Doğrudan maraqlıdır. “Əsarət” və “zülm” altında olanda xalq o vaxt daha azad və xoşbəxt idi. Sovet dövləti əsl kəndli və fəhlə dövləti idi. Bir daha o cür dövlət gəlməyəcək Yer üzünə. Qədrini bilmədik.
***
Ərəblər Bakıda babat qadın alverinə başlayıblar... Şah İsmayıl qəbirdə qıvrılır. Cavan, sütül qız təklif edirlər bizim bəzi biqeyrət vətəndaşlarımız onlara... Milləti tam mənəviyyatsızlaşdırmaq istəyirlər. Ehtiyacdan doğan fahişəlik, çörəklə imtahana çəkilən xalq... Dəvə sidiyi içən, lağ etdiyimiz, dünyanın ən kinli milləti olan murdar ərəblərə 16-17 yaşlı azərbaycanlı qızlar təklif edirlər...
***
Ey üçrəngli bayraqlı müstəqil Azərbaycanın azad vətəndaşları! İstismardan, imperiyadan, xalqlar həbsxanasından qurtulmuş, mayası M.Ə.Rəsulzadə ideyaları ilə yoğrulmuş müstəqil dövlətin vətəndaşları, deyin görək övladlarınızın təhsil haqqını ödəyə bilirsinizmi? Azad Azərbaycanda uşaqlarınızı oxutdura bilirsinizmi? Zalim imperiya uşaqlarımızı energetik, kimya mühəndisi, müəllim, həkim, riyaziyyatçi kimi lazımsız peşə sahibləri edirdi... Gül kimi moyşiklər, avtobusda pulyığan), ofisiant sənətləri kənarda qalarkən zalım rus imperiyası uşaqlarımızı bu sahələrə yönəltmişdi. Gül kimi A zəbər A, T zəbər T əlifbası kənarda qalıb, molla məktəbləri kənarda qalarkən uşaqlarımızı Qaqarin məktəblərinə, dərnəklərə yönəldirdi. Xalqımızı istismar edirdi. Gedib Moskvada, Kiyevdə kafirlərlə kef edirdiz, həm arvadlarına sataşırdız, həm pul qazanırdız. Heyf deyil ərəb gəlsin burda 15-16 yaşlı qızlarımızı yatağına salsın? Heyf deyil türk dönərçiləri, ingilis iş adamları gəlib burda, Bakının mərkəzində kef etsin? Onlar bizim qızlarla kef etsin, siz də türk seriallarındakı qızları müqəddəs sayasız? Tfu sənə imperiya! Az qala qeyrət-namusumuz əldən getmişdi...
***
Stalindən niyə qorxurdular? Çünki Stalinlə zarafat olmazdı. Stalin rüşvətxor deyildi, nəsli-nəcabətinə şərait yaratmamışdı çapıb talasın, varlansın. Uşaqlarına super şərait qurmamışdı. Tabeçilyində olan işçilərə qarşı, rüşvətxor kadrlara qarşı amansız və sərt idi. 270 milyonluq dövləti ancaq sərt qanunlarla idarə etmək lazım idi. 50 millətin içində xarici ölkələrin agentləri dövlətin parçalanması üçün dəridən-qabıqdan çıxdıqları vaxtda humanist olmaq dövlətin məhvi demək idi. Yox ölkədən atom sənayesi inkişaf edən bir dövlət yaratdı. Bir ailəni idarə etmək çətindir, 270 milyonluq nəhəng dövləti saat kimi idarə edirdi. Təsəvvur edin, indiki dövrdə Stalin peyda olsaydı, bu burjuy harınlamışları neyləyərdi? Məhz belələrinin nəvə-nəticələri indi Stalinə qara yaxır, diktator adlandırırlar. Dövləti yaradan, sənayeni inkişaf etdirən, Dünya müharibəsində qalib gələn başçı niyə söyülməlidir? Burjuy kapitalistlərə qan udduran insanı əlbəttə çoxu istəməz. O əsl kişi idi. Zəhmli, ciddi, sərt... 30 il kitelden çıxmayan Stalin!..
***
Gürcüstanın 4 milyon əhalisi var, bu il 4,5 milyon turist qəbul edib. Ağıllı millətdir. 5 ildən sonra Gürcüstan ən yaxşı yaşayan Avropa dövlətlərindən biri olacaq. Bizim kimi başkəsənlik etmirlər. Əsl turizm ölkəsidir...
***
Bayaqdan Xəzər TV-də yaşı 40 yaşından çox olanları niyə işə götürmürlər və çıxış yolu nədir mövzusunda anons verirdilər... Dedim qoy baxım görüm nə çıxış yolu deyirlər... Demək bir-iki adamı danışdırdılar, sonra isə bir çolpaya oxşayan qız çıxdı ekspert kimi, camaata məsləhət verir guya. Deyir yaşı 40 yaşından yuxarı olanlar ixtisas dəyişmə kurslarına yazıla bilərlər. Demək, deyir ki bu yaşda insanların indiyə kimi əldə etdikləri ixtisas və təcrubə işə yaramır. Bu da çıxış yolu… Təzədən gedək kursa yazılaq və dünənki cocuqlar bizə ixtisas öyrətsin! Dağıl, ay dunya! 40 yaşından sonra heç kimə lazım deyilsən. Müstəqilliyə bax! Hansı cəmiyyətə düşdük, nə arzulayırdıq nə gördük...
***
Səbr edib bir Azərbaycan serialına 20 dəqiqə baxdım. Birincisi, heç bilmədim kino nədən gedir. İkincisi, ala, biqeyrət, peysər, oğraş, fahişə, qumar sözündən başqa bir söz eşitmədim. Kinonu elə çəkirlər, elə bil Azərbaycanda ancaq qumarxanalardır, kriminaldır, fahişəlik baş alıb gedir, xəyanətin biri 1 qəpikdir. 20 dəqiqə baxdım, elə bildim hansısa tindəyəm, bezprizornı uşaqlarla söhbət edirəm. Başınıza dəysin kinonuz, serialıniz. Guya kişilər Azərbaycan mədəniyyətinə xidmət edirlər!
***
Bəsdir daha Feys-meys. Adam bezdi. Elçibəy belə gəldi, Gülən belə getdi, Putin belə gəldi... Dənizə getmək vaxtıdır. Yeni işlərimizə enerji yığmaq lazımdır. Bilgəh jdi menya...))

Комментариев нет:

Отправить комментарий