08.12.2016

Rusiya Suriya türkmənlərinə ərzaq yardımı edir

Rusiya hərbçiləri Suriyanın türkmənlər yaşayan kəndlərinə ərzaq yardımı paylamışlar. Türkmən ağsaqqalları Rusiyanın ren.tv kanalının əməkdaşına bildirmişlər ki, Rusiya aviasiyasının İŞİD terrorçuları ilə mübarizəni sonadək davam etdirəcəyinə ümidlidirlər. Türkmənlər Rusiyanın terrorizmin məhv edilməsində və ölkədə əmin-amanlıq yaradılmasında xidmətlərini vurğulayaraq qeyd etmişlər ki, ruslar dünyada haqq-ədalətin tərəfini tuturlar.
Jurnalistlərlə söhbətlərində onlar bəyan etmişər ki, biz Suriyanın tərkibində sakit və yaşamışıq, bundan sonra da yaşayacayıq. Türkmənlər Türkiyənin regiondakı pozucu fəaliyyətini və terrorçulara dəstəyini pisləmiş, Rus ordusundan Türkiyə aqressiyasının qarşısını almaqda kömək istəmişlər.
76 yaşlı türkmən ağsaqqalı Mahmud-Maruan Zaza demişdir ki, Suriyanın qana qərq olmasına görə Türkiyə və Səudiyyə günahkardır: “Amma bizim qanımız ölkəmizin terrorçulardan azad olmasında yanacaq rolu oynayacaq. Biz Rusiya rəhbəri Putinə Suriya xalqına verdiyi dəstəyə görə öz minnətdarlığımızı bildiririk”. Əl-Ausauedə həkim işləyən Əyyub Qarafəllah isə bildirmişdir ki, Suriya xalqı ümumi düşmənə qarşı birləşmişdir: “Bizim aramızda kimin ərəb, türkmən və ya suriyalı olmasının heç bir fərq yoxdur, hamımız bir xalqıq. Yaranmış çətinliyi aşmaq üçün bütün güclərimizi səfərbər edəcəyik”. Dəməşqdən qaçqın düşərək Əl-Ausauedəki türkmən qohumlarına sığınmış Məhəmməd Nacar demişdir: “Vətənimizin taleyi Rusiyadan asılıdır. Rusiya ilə bizi çoxdankı əlaqələr bağlayır. Mən ruslarla işləmişəm və yaşamışam, onların necə adam olduqlarını bilirəm və onlara çox böyük ümidlər bəsləyirəm”.
Türkmənlər Türkiyənin rəzaləti nəticəsində həlak olmuş təyyarəçi Oleq Peşkovun ölümünə kədərləndiklərini də dilə gətirmişlər. Türkiyə ilə sərhəddən 20 kilometr aralıda yerləşən Əl-İsaviyə türkmən məntəqəsinin rəhbəri Mustafa Kafi Rusiyalı jurnalistlərə demişdir: “Bizim torpaq müqəddəsləşdi, ona görə ki Rusiya təyyarəçilərindən birinin böyük şücaətini qəbul etdi. Rus təyyarəçisi bizim torpaqları qoruyurdu və Türkiyə tərəfindən namərdcəsinə vuruldu. Biz Rusiya başsağlığı veririk və təəssüf edirik ki, bizim torpaqda rus əsgərinin qanı axdı”.
Təkcə Əl-İsaviyə qəsəbəsinə Rusiya tərəfindən 5 ton humanitar yardım gətirilmişdir. Qaçqınlara yardım göstərmək üçün tibbi məntəqə yaradılmışdır.

Комментариев нет:

Отправить комментарий