Ovudur ruhumu şəfqətlə şəkər, bal sükutum.
Səni min-min şirin ahəngə dəyişməz ürəyim,
Əbədi həmdəmim ol, getmə, dayan, qal, sükutum.
Qonaraq mənaların ən uca, şah zirvəsinə
Seyr edir aləmi təmkinlə bu qartal sükutum.
Çatır ulduzlaradək sanki xəyallar bu gecə,
Yaradır min belə ecazla dolu hal sükutum.
Pərvizin çarəsi notlardadı, simlərdədi, bil,
Bir həzin musiqi həsrətlə mənə çal, sükutum.
Комментариев нет:
Отправить комментарий