Arzu Abdulla: İŞİD terror təşkilatı Türkiyə ilə İsraili birləşdirən ortaq dəyərdir. İŞİD terrorçularının hazırda NATO-nun nəzarətində olan Türkiyənin İncirlik hərbi hava bazasında ABŞ-İsrail ordusu tərəfindən təlim keçdiyi də dəfələrlə dünya mediasında yazılıb və dərin müzakirələrə səbəb olub. Eyni zamanda Suriyada, İraqda yaralanan İŞİD terrorçuları İsrail və Türkiyədə müalicə olunaraq, yenidən terror əməliyyatlarında iştirak edirlər.
Ramin Qardaşxanov: Yaşadığım evi atama HÖKUMƏT verib. 5 otaqlıdır. Açarı verəndə 25 manat şirinlik vermişik, vəssalam. Verməsək də olardı. Təkcə bizim kimi Azərbaycanda millyonlarla insanlar havayı ev yiyəsi olublar, sənət sahibi olublar. SSRİ-nin sayəsində kişi olanlar indi Soveti bəyənmir. Bağça, məktəb, universitet, nə bilim nələr, nələr- hamısı havayı! Bir az pulun olsaydı, Yesentukidən tutmuş Yaltaya kimi dincələ bilərdin. Çox cüzi qiymətə. İşıq, qaz indiki Fanta-koladan da 4-5 dəfə ucuz. Hələ pioner düşərgələrini demirəm. 20- 25 manata və yaxud havayı gedib 21 gün dincəlirdin. Düzdür xəstəxanalarda rüşvət olsa da, tam havayı idi. Hansı həkimin ixtiyarı var idi ki sənə baxmasın. O qədər sadalamalı şeylər var ki... Hökumət sözünü böyük hərflə yazdım. Başa düşən düşdü.
Səttar Məmmədov: Rus bizdən Hacıbəyov yetişdirdi, dünyada ilk dəfə musiqidə avanqardızmı yaradan Qarayevi kəşf etdi. Bu günə kimi təqlid etdiyiniz Türkiyədən belə dahilər çıxmayıb. Ən azı bu gün Vyanada Bəstəkarlar Alleyasında müsəlman Şərqindən yalnız Hacıbəyovun büstü var... Bir də ki biz ruslarla 70 yox, 190 il birlikdə olmuşuq...
Zahid Mikayılov: 1973-cü ildə öz kabinetində axıradək vuruşub həlak olan Salvador Alyendeyə baxandan sonra mən Əbülfəz Əliyevi siyasətçi saymıram. Bir dəfə 20 yanvarda qaçdı gizləndi. İkinci dəfə Surət Hüseynovun bir tankı Bakıya gələndə. Məgər bu siyasətçidir?
Rəsul Məmmədov: Qaçqınları Qarabağa heç bir xarici, daxili, mənəvi, ilahi və s. qüvvə qaytara bilməz. Evləri ev, maşınlar maşın, geyimləri geyim və sair və çox sair.
Rəhim Səlimov: Mən bir mövzunu başa düşmürəm. Deyirlər ki hamımız multikulturalizim dəyərini saxlayaq. İndi bu təzə gəlmiş dəyəri saxlamaq üçün biz köhnə bir əmanət olan dinimizdən əl çəkməliyik? Bu təzə bir mədəniyyəti saxlamaq üçün İmam Hüsenydən üz döndərməliyik ki, dünyəvi olaq?!
Habil Şirinov: Diğər dövlətlərin adı ilə torpaqlarımızı xaricdən gələn kürdlər ələ keçirir. Şəkər zavodu nə qədər torpaq alıbsa, hamısı xaricdən gələn kürdlərin əlindədir. Nəyə qulluq edirlər bilinmir. İmişli cavanları orada qul kimi işlədilir. Başqa ölkədən gələın kürdlər isə yerli insanlardan on-iyirmi dəfə artıq maaş alır. Ayıq olun, millət! Bir də gördünüz iyirmi ildən sonra referendumla ölkənin adını dəyişdilər.
Ceyhun Salahov: Bir vəhhabi yardım diləyərək tvitterdə yazıb ki, qoymuyun Hələb gedir. Biri də ona cavab yazıb ki, Hələb yerindədi, ay boşbeyin, gedən sizsiniz.
Təranə Əliyeva: Bizim saytlar Rus əsgərlərinin qəhrəmanlıqlarından və son ana qədər silahı əlindən yerə qoymadan, həlak olanda da vahhabi itlərini cəhənnəmə göndərməyindən niyə yazmırlar? Niyə Rus generalının oğlunun Suriyada şəhid olmasından yazmırlar? Bizim generalların vıkidışları kabinetlərindən çıxmayıb igidlik, qəhrəmanlıq medalları alır. Amma Rusiya generalının oğlu da vətənə xidmət edir.
İlham Əlisoy: Belə müstəqillik kimə lazımdır axı? Kimə lazımdır bir parça rəngli əski parçası? Kimə lazımdır iki kuplet söz yığınına bəstələnmiş mahnı? Bütün bu məfhumlara siz nə qədər müqəddəslik yükləyirsiz yükləyin- özünüzü aldadırsınız!
İlkin Nəcəfov: İstanbulda, Ankarada, Kayseridə ardıcıl partlayış və günahsız insan ölümlərinin arxasında əsasən ABŞ-ın durmasını özləri də etiraf edirlər. Amma nə “hikmət”dirsə, ABŞ səfirliyi qarşında ey xaçlı ABŞ Sultan Səlimi üstünə göndərərik deyə kütləvi nümayişlər, yaxud mediada həzin melodiyalı dramatik hekayələr paylaşılmır.
Elxan Xəlilov: Kasıblıq içində ölmək hələ yaxşı dövlət başçısı demək deyil, əziz dost. İnan ki əgər Elçibəy 5 il qalsaydı o da kasıb olmayacaqdı... Qoydular ki...
Qoşqar Əhmədov: Dünya İranın 5-6 min illik mədəmiyyətindən, bəşəriyyətə verdiyi töhfələrdən danışır, siz dünənki qacardan. Nə deyim. Firudin Cəlilov, Qiyasəddin kimi kitabı sərhəddən kənarda lətifəni əvəz edən “alimlərin” kitabını oxuyanda adam əlbəttə “tormoz” olar.
Zaur Musayev: Türkiyədən bizə ancaq və ancaq bəla gəlib. Başqa heç nə.
Kylr Sltn: Şu ülkeyi seven Azeri kardeşler, unutmayın ki Hocali katliamı, Bakü darbesi hepsi siyonizmin tanrısı olan İsreal teröristin bir parcasıdır.
Rümüş Hacıyeva: Bunlar Azərbaycanın Türkiyə tərəfindən zəbtini gözləyirlər, çünki mənəvi olaraq ərdoğanların, vahhabilərin istilası altındadırlar. Bunun üçün 20 ildir ki, xüsusi əhli-sünnə mədrəsələri, türk litseyləri və s. bu kimi tədris-təbliğat ocaqları yaradılıb.
Cavanşir Əsgər: Mən həmişə deyirəm, deyirlər ki, guya müstəqilliyi bəyənmirəm. Ümumiyyətlə müstəqil sözü qondarmadı. Müstəqil heç nə yoxdu. Müstəqil olub azad qul olduq.
Mustafa Hacıbəyli: Avropa oyunlarının gəlir-çıxarı. Azı 5 milyard itirdik- 15-17 milyon qazandıq. A.Rəhimov “Bakı-2015”in gəlirləri ilə bağlı açıqlama verib: “Bilet satışı, yayım hüququ vә sponsorlardan ümumilikdә 15-17 milyon vәsait toplanıb”. 15, yoxsa 17 milyon? Bir mühasib tapmadılarmı neçə bilet satıldığını, sponsorlardan və yayımdan nə qədər pul köçürüldüyünü dəqiq hesablasın? Təkcə bu açıqlama hesabatlığın hansı həddə olduğunu göstərir. Rəhimov demişdi ki, açılışa 100 milyon xərclənib. İndi deyir ki, açılışa və baglanışa 100 milyon xərclənib. Anlaşılmır ki, bu iki tədbirin hər birinə 100 milyon xərclənib, yoxsa bu ümumi məbləğdir? Demişdilər ki, yarışların sayəsində Azərbaycan pul qazanacaq. Amma büdcədən rəsmən 5 milyard pul ayırıblar, hələ sahibkarlardan və büdcə təşkilatları işçilərindən yığılan pulların sayı-hesabını bilmirik. Bu milyardlardan cəmi 15-17 milyonu geri qayıdıb. Bu milyardlar bizim hamımızın idi, çünki bu dövlət hamımızındır! Bizim hamımızın pulunu büdcədən çıxarıb, bunun bir hissəsini havaya sovurdular, bir hissəsini də mənimsədilər, üstəlik özlərinə şöhrət qazandılar. Bu da Avropa oyunları... Bu, bizə lazım idi?!
Fərid Cəfərov: Şərəfsizlik üzrə dünya cempionatı olsa, ilk üçlükdə Türkiyə türklərindən kimsə olacaq mütləq.
Rüstəm Hüseynov: SSRİ-nin ən böyük səhvi öz vətəndaşlarının xaricə getməsinə məhdudiyyət qoyması idi. Əksinə onları xaricə buraxmaq lazım idi ki, oradakı işsizlər ordusunu, 90%-i kirayələrdə yaşayan əhalini, polis zopasını, qışda küçələrdə donan evsizləri, jelatindən və kartondan ibarət 200 növ kolbasanı, tərkibi naməlum kimyəvi qatışıqlardan ibarət 500 növ süd və qatıq məhsullarını öz gözləri ilə əyani görsünlər... O zaman 1988-91-ci illərdə meydanlarda “Azadlıq” və “Demokratiya” qışqıranların sayı 150-500 nəfərdən artıq olmayacaqdı.
Fərhad Həsənzadə: Allah razı olsun nehrəmli nurçulardan, yoxsa ruslar şagirdlərimizi bisavad etmişdilər.
Pərviz Həkimov: Rusu söyən alçaqların qohum-əqrəbası Rusiyanın pulları hesabına imarət tikir. Az deyil bu cür insanlar. Arxadan və qabaqdan güzgü qoymamaq şərtilə onlar öz peysərini belə görsələr, onların niyyəti baş tutmaz. Yaşa, böyük Rusiya!
Bəxtiyar Ağazadə: Makromarketdə yenə də dəfələrlə olduğu kimi, malın altında bir qiymət yazılıb, gəlirsən kassaya, baha qiymət vururlar. Soruşursan niyə, cavab verirlər ki, malın altındakı qiymətlərə düzəliş etmək yadlarından çıxıb. Azərcell hər gün, elə gün olur iki defe 24 qəpik pul tutur konturdan. Səbəbi bilinmir. Yazırsan müştəri xidmətlərinə, xeyri yoxdur. Ölkəni başdan ayağa fırıldaqçılar, nəfsi aclar keçiriblər əllərinə, sümürürlər hər şeyi. Son qəpiyə kimi sağacaqlar, arxayın olun!
Əkrəm Məlikov: Yazıqlar olsun ki, bunlar Mark Zükerbergin dünən adını sosial şəbəkədən öyrəniblər. Amma Sovet dövləti 1961-ci ildə burdan kosmosa 3G texnologiyası vasitəsi ilə görüntülü telefon (mobil rabitə) danışığı aparmışdı. Görün bunlar nə qədər gerizəkalı insanlardır. 1981-ci ildə Şimal Buzlu okeanından gələn əsgər məktublarını zərfi açmamış kompüter tərcümə edib monitora verirdi. Bir sualtı qayıq sözünə görə özbək millətindən olan əsgərin yerini dəyişdilər. Mark bunlara komp bağışlayıbmış bilməmişik. Sovet təhsilinə və Sovet texnologiyasına Yer üzündə çatası nə texnologiya vardı, nə də bilik.
Sadiq Ağayev: Ölkəmizdə millətçilik toxumu səpib qonşu ölkələrlə düşmənçilik siyasəti aparanlar bilə-bilə və ya bilməyərəkdən yalnız və yalnız sionistin və qərbin alətinə çevrilmiş olurlar.
Dje Ok: İnsan ideal deyil. Amma Azərbaycanda çox qəribə bir tendensiya var. Azərbaycan dilində danışa bilməyənlər, pəltəkliyi olanlar televiziyada, siyasətdən başı çıxmayanlar politoloq, səsi olmayanlar müğənni, savadsızlar doktor, professor... Polis işçilərinin intellektindən nə danışasan? Təbliğat yox, səviyyə yox, savad yox. Vətənpərvərlik ailədə, bağçada və məktəbdə tərbiyələnməlidir. Pul ilə alınan vəzifə biznesdir. Azərbaycanda vəzifə biznesi çox inkişaf edib. Vətən və Stalinin adı ilə ölümə gedirdilər, indi kimin adı ilə gedəcəklər?!
Mamu RB Sute: Azərbaycan özü nöqtə boydadır dünyada, nə gücü var, nə pulu, nə də infrastrukturu, demək olar strateji əhəmiyyətli heç nəyi yoxdu, vardısa da Qərb politika ilə aparıb burdan. Amma buna baxmayaraq, dünyada Rusiya, İran kimi güclü hegemon dövlətlərlə düşməndi. Dostları isə çox qəribədir: Türkiyə, İsrail və Fransa. Lap hind kinosudur elə bil.
Akif Salayev: Əslində Nuru paşanın başçılıq etdiyi ordu Turkiyənın Qafqazdakı maraqlarının müdafiəsi üçün Bakını tutmuşdu və sonda Bakı camaatı onları qargışlarla yola salmışdı.
Rusiya Dağılacaq: Naxçıvanlılar hökümət devirəndə - olur “demokratik inqilab”. Gəncəlilər hökümət devirəndə olur - “qeyri-qanuni qiyam”.
Elmir Səfəvi: Nurçularda bir qram Azərbaycan, vətən sevgisi yoxdur. Mələk libası geymiş canavarlardır bunlar. Cərgələrində nə desən var, təkcə müsəlmandan başqa. Ateist, Göy tanrıya inananlar, canavarı özlərinə ana bilənlər, Azərbaycanı Türkiyəyə peşkəş eləyənlər, sələfilər və əsas da Gülənə sitayiş edənlər. Baxın görün necə də təşkilatlanıblar. Pullar hamısı Türkiyədən gəlir. Görün Türkiyə Azərbaycanda qardaş adı altinda nə oyunlardan çıxdı. Xalqımız ayılmalıdır, belələrini tanımalıdır. Bunlar qocasından cavanına, qadınından kişisinə hamısı insanların arasına girib öz təbliğatlarını aparırlar, harda gördüz vurun ağzının üstündən. İnanın Allaha, siz sözünüzü deyən kimi görün yavaş-yavaş necə aradan çıxırlar. Elə ki İranı, Rusiyanı pisləyib Türkiyəni tərifləməyə başladı, bilin ki ilandır, başını əzin.
Комментариев нет:
Отправить комментарий