12.12.2016

Dunyanın hər yerindən o ilanları yığıb Suriyaya göndərmək lazım deyildi

Aftandil Babayev

Avropalı mustəmləkəçilər Madaqaskar adasını ələ keçirdikdən sonra yerli əhalini qula çevirərək öz plantasiyalarında ağır şəraitdə işlətməyə başlayırlar. Qul olmağa dözməyənlər çox vaxt plantasiyaların ətarfındakı sıx meşələrə qaçır və ömurluk o meşələrdə gözdən itirdilər. Meşələr o qədər sıx idi ki, avropalılar qaçan qulları tapa bilmirdilər. Bu hal geniş vusət almağa başlayır və avropalılar nə edirlərsə bunun qarşısını almağı bacarmırlar.
Sonra mustəmləkəçilər qərara alırlar ki, qulların meşəyə qaçmağının qarşısını almaq uçun Cənubi Amerika qitəsində yayılmış zəhərli ilanları gətirib bu meşələrə buraxsınlar və belə də edirlər. Gəmilərlə çoxlu ilanı amazonka meşələrindən yığıb Madaqaskara gətirirlər.
Əvvəlcə hər şey istədikləri kimi olur. Meşədə yayılan ilanlar qaçan qulları çalıb öldurudu və başqa qullarda bundan qorxub daha meşələrə qaçmırdı.
Amma sonra bu meşələrdə əlverişli şəraitdə sürrətlə çoxalan ilanlar meşədən qırağdakı ərazilərədə yayılır. Avropalaıların plantasiyalarına, evlərinə girib onların özlərini, uşaqlarını öldurməyə başlayır...
Son illərdə Avropada və Turkiyədə olan teror hadisələrini gördükdə bu hadisə yadıma duşdu. Dunyanın hər yerindən o ilanları yığıb Suriyaya göndərmək lazım deyildi. İndi o ilanlar çoxalıb oları ora gətirən dövlətələrə yayılmağa başlayıb!
Yenə Ərdoğan çıxıb deyəcək ki terorçular bizə heç nə edə bilməyəcək! Amma olan günahsiz insanlara olur.

Комментариев нет:

Отправить комментарий