04.12.2016

Azərbaycan Sovet təhsili

Azərbaycan Sovet Moderni. Faktların dili ilə. Nəzərə almaq lazımdır ki, bütün bu mədəni-maarif tədbirləri 1920-30-cu illərin çətin şəraitində, sovet dövlətinin digər həyati vacib vəzifələri çözməsi ilə parallel surətdə həyata keçirilmişdi.
1920-1921-ci illərdə Sovet Azərbaycanında artıq 350-yə qədər müxtəlif tipli yeni təhsil ocağı açılmışdı. 1920-1921-ci tədris ilində pedaqoji texnikumlarda 80 nəfər qız oxuyurdusa, 1926-1927-ci tədris ilində bu təhsil ocaqlarında qızların sayı 737 nəfərə çatmışdı. Həmin illərdə mövcud olan 15 pedaqoji texnikum xətti ilə 2260 nəfər müəllim hazırlanmışdı. Onun da 1156 nəfəri azərbaycanlı müəllimlər idi. 1923-cü ildə Azərbaycanın əyalət və qəzalarında 534 savad kursu açılmış və buraya 12 min qadın cəlb olunmuşdu. 1927-1928-ci tədris ilində texnikumlarda 1398, fəhlə fakültələrində 54, ali məktəblərdə 149 nəfər azərbaycanlı qızı oxuyurdu. 1928-1929-cu tədris ilində məktəblərdə oxuyan azərbaycanlı qızların sayı 20071 nəfərə çatmışdı. İyirminci illərdə respublikada 31 qadın klubu fəaliyyət göstərirdi. Artıq 1930-cu illərin əvvəllərində respublikada məktəb yaşlı uşaqların 90%-dən çoxu təhsilə cəlb edilmişdi. 1934-cü ildə isə məktəblərdə uşaqların sayı 387 107 nəfərə çatmışdı. Bunun 159843 nəfəri qızlar idi. Azərbaycanlı qızların sayı isə 99 min 242 nəfər olmuşdu. Həmin il ali məktəblərdə oxuyan qızların sayı 3 min nəfəri ötmüşdü. 166437 nəfər Azərbaycan qadını isə qısa müddətli kurslar, axşam məktəbləri, dərnəklər vasitəsi ilə savadlanmışdı.

Комментариев нет:

Отправить комментарий