03.12.2016

Uşaqlarınızı "Tom və Cerri"dən qoruyun

Kimin evində körpə varsa, bir eksperiment kecirtsin. Eyni vaxtda həm "Nu poqadi", həm də "Tom və Cerri" multfilmini qoysun və baxsın, körpə hansına baxacaq. Əminəm ki, "Nu poqadi"yə. Hətta böyüklər də baxır ona.
Uşaqlarınızı "Tom və Cerri"dən uzaq tutun, çünki onun sujet xətti təcavüzü təbliğ edir.
1) Siçan müsbət, pişik isə mənfi obrazda təsvirlənir.
2) Siçanın pişik üzərində üstünlüyünü göstərir. Bu isə uşaqların şüurunda rastroystvo yaradır.
Əvvəla heç kim istəməz ki, evində siçan olsun, bu qeyri-normaldır. Lakin evdə pişiyin olması normaldır.
"Nu poqadi"də isə təcavüz təbliği yoxdur və dostluğu, inamı tamaşaçıya çatdırır.
"Nu poqadi" bir sənət əsəridir ki, 1989-cu ildə Anatoliy Papanovun rəhmətə getməsi ilə çəkiliş dayandı. Ssenari müəllifi Kurlyandski demisdi: "Ola bilər 100 ildən sonra Papanov kimi bir aktyor yetişər, o vaxt çəkilişlər davam edilər".
Bu multik nadir bir sənət əsəridir ki, 18 il ərzində cəmi 20 buraxılışı çəkilib. "Tom və Cerri"nin isə 500-dən çox seriyası var. Əlbəttə, kəmiyyət olan yerdə keyfiyyət olmaz.

Səttar Məmmədov

Комментариев нет:

Отправить комментарий