Bir rumuz bilsin nigarımdan, xəbər versin mənim.
Eşq xəlq içrə məni rüsva qılıb, yox məhrəmim,
Sərvnazə hali-xarımdan xəbər versin mənim.
Qoy külək əssin ki, naləmdən gəlib zinharə xəlq,
Yarıma dərdü qübarımdan xəbər versin mənim.
Durnalar uçsun görüncə bu pərişan halimi,
Mahi-ərzə ahü zarımdan xəbər versin mənim.
Pərvəriş tapmış solan güllər mənim əşkim ilən,
Quşlar uçsun laləzarımdan xəbər versin mənim.
Vəh, məni Mənsurtək çəkmiş fələklər darə, vəh,
Cəngi-rahi-eşqü darımdan xəbər versin mənim.
Min Züleyxatək gözəl zindanə sövq etmiş məni,
Görsə bir Yusif, bu arımdan xəbər versin mənim.
Xızrı görsən, Bandoja, məndən səlam ərz eylə kim,
Rəhnümavü qəmküsarımdan xəbər versin mənim.
Комментариев нет:
Отправить комментарий