12.12.2016

Qoyun otaranların əlində qalmışıq

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -51

Arzu Abdulla: Əslində bu təriqətin bünövrəsi əyri qazılmışdı. Nurçuluq ideyasını ortaya atan kürd millətçisi Nursi Səid Kürdinin məqsədi nur paylamaq deyildi, ara qarışdırmaq, parçalamaq, dağıtmaq idi. Eyni zamanda özünü peyğəmbər kimi sırımağa çalışan bu savadsızın ortaya qoyduğu kitablar da onun bəlli xarici kəşviyyata yalmandığından xəbər verirdi.
Elxan Xəlilov: Sovet dövləti vətəndaşını maarifləndirdi, ağ günə çıxartdı. Kişlaklardan, aullardan xalqı işıqlı mənzillərə köçürtdü. Eşşəklərdən düşürtdü, Jiqulilərə, Moskviçlərə, Volqalara mindirdi, hansı ki indi də hələ kasib xalq sürür. Həmin maariflənib savadlanan xalq sonda qalxıb öz dövlətini yıxdı. Ona çörək verən, adam edən dövləti yıxdı... Lazım deyildi xalqı maarifləndirmək. Xalqı qoyun kimi saxlamaq lazım idi: cəhalət içində, kredit, borc içində saxlamaq! Ki başı özünə qarışsın, necə ki indi bütün reslublikalarda belə edirlər… Baxın kecmiş sovet respublikalarına! İt günündə, borc içində, muharibələr, dağıntı, fəlakət… 25 il keçib, hansı biri normal və sakit yaşayır?
Sabir Şindani: Amerika üçün uyğur rasxod malıdı. Guya ürəyi yanır onlar üçün? Yalançının ağzı əyilsin. Bizim üçün də bar-bar bağırırdı, nə oldu? Gəldi neftimizi heç neçəyə apardı, xalqın halına heç fikir də vermədi. Xalq onunçun mal, eşşək kimi bir şeydi. Xalqı ona satan tərifləyər, əzizləyər.
Fizuli Şəfiyev: Xəzər tv İŞİD terrorçularına hələ də “silahlı müxalif qüvvə” deyir.
Səttar Məmmədov: Müsəlman şərqində ilk alim, geoloq, poliqlot, bəstəkar, hərbçi, təyyarəçi, tankçı, maşinist, kosmonavt ve s. bizdən çıxıb- Rusun sayəsində! 1956-cı ildə Azərbaycanda tv yayımlananda heç Türk-İran-Ərəb bilmirdi teleötürücü nədir.
Hüseyn-Zadə: 20-25 il bundan öncə Bakıya ayaqyalın, cır-cındırın içində yürüş etmiş o psevdo qaçqınlara korennoy bakılılar əl tutdu, kömək elədi. Bu gün həmin o psevdo qaçqınlar və onların övladları məmur kreslosunda oturub, polis forması geymiş övladlarına əmr verir ki, sizə kömək etmiş o bakılıları və onların övladlarını qanına qəltan edin. Ata-baba torpaqlarını əlindən alıb villalar tikin, bakılıların kompakt yaşadığı tarixi məhəllələri sökün, yerli sakinləri isə dərəyə-təpəyə sürgün edin. Bundan sonra deyirlər erməni Qarabağı və ətraf 7 rayonu tutub, bəs Bakını və yerdə qalan Azərbaycan torpaqlarını kim zəbt edib əhaliyə zülm edir? Ona görə bütün Azərbaycanın azad olunmağa ehtiyacı var, təkcə Qarabağın yox!
Elxan Zaman: Bunların “idmanımız inkişaf edir” iddiası da özləri kimi boşdur... Bir ölkənin ki Olimpiya komandasının 70%-i xarici legioner ola, yəni ölkə beynəlxalq yarışlara göndərməyə idmançı tapmaya və buna görə xaricdən idmançı cəlb edə, onun idmanın inkişafından danışmağa haqqı varmı? 
Elmir Səfəvi: Sizin düşməniniz ya Rusiyadır, ya da İran. Çünki bu dövlətlər sionistlərin, Amerika və İsrailin düşmənidir. Siz də onların qulusuz. Türkiyə dövləti sionistlərin peşkasıdır. 
Kəramət Böyükçöl: Rəşad Məcid vətənin məmurlarını çox sevir, mən şəhidləri, əlilləri, müharibə iştirakçılarını. Rəşad vətənin bütöv yağlı yerlərini sevir, mən vətənin sınıq, əzik-üzük yerlərini. Rəşad birinci sırada oturmağı sevir, mən arxa sırada. Rəşad mətn yaza bilmir, mən mətn yazıram... Bax, bizim əsas fərqimiz budur.
Qoşqar Əhmədov: Mən belə başa düşünürəm ki,İran “fars-molla rejimi” öz xalqından çox bizim bəzi “amerikanski müxalifət”ə və onlara züy tutan, özünün analizetmə qabiliyyəti olmayan, beyni əvəzinə başqa orqanları ilə düşünən, informasiya müharibəsində qul olan kəslərə zülm edir.
Rəşad Ərkivani: Bizim kənddə bir papaq altında yatan şair var, onun bir kəlamı var. Deyir, dost olmaz türkdən, ABŞ-dan bizə, orus verən PRİVETə qurban olum.
Həmid Ağazadə: Guya İrandakı 30 milyonla birləşsək nə olacaq ki, onlar da acından qırılacaq da bizim kimi!
Anar Musayev: Vanisin reklamında iki dənə sarsaq qız söhbət eləyir, yanındakı gədəni göstərib deyir ki, “YENİDİR”, o birisi də deyir ki, “HƏRDƏN YENİLƏMƏK YAXŞIDI”... Bu reklamı 24 saatda 200 dəfə kanallarda verirlər. Ta missionerlərin buynuzu olmur a, küçələrdə kitab paylamağa nə ehtiyac var, elə öz kanallarımız onların istəklərini yerinə yetirirlər.
Müslim Abdullah: Abituriyent valideynlərinə məsləhət. Övladlarınızı təhsil almaq üçün Türkiyəyə göndərməyin. Orada ya fətullahçı, ya millətçi nasist, ya anarxist, ya İŞİD-çi, ya ixvançi, ya da basqa hansısa təhlükəli qrupların üzvü olmaq ehtimalı çoxdur. Sonra dizinizə döyərsiniz. Nə çoxdur digər yerlərdə universitetlər. Türkiyəyə uşaq göndərməyin.
Əkrəm Məlikov: Axı bütün deputatxanamız kürd, dövlət idarələrimiz kürd, bölgələrdə ən məsul vəzifələrdə kürdlərdir. Bəlkə özümüzə bir gün ağlayaq? Atalar deyib: Yersiz gəldi, yerli qaç.
Rüstəm Hüseynov: Saakaşvili həm cəsusdur, həm də tüpürcək. Amerikanın pampersi...
Ekososialist: Çində separatizmə görə “baş kəsilir” ifadəsi çox şişirdilmiş söhbətdir. Çinin öz qanunları var. Misal üçün, korrupsionerlərə ölüm hökmü çıxarırlar. İndi Çin öz mövcud şərtlərinə görə korrupsionerliyi və separatizmi dövlət üçün ən təhlükəli cinayət sayırsa və ən ağır cəza kəsirsə- bu, Çinin daxili işidir və qətiyyən “çinlilər uyğurların başını kəsir” demək deyil. SSRİ-də də Qorbaçov satqınçılıq və təslimçilik etmək əvəzinə 5-10 adam assaydı, on milyonlarla adamın həyatını və taleyni xilas etmiş olardı. Vəzirov və Mütəllibov 5-10 alçağı vaxtında dar ağacından assaydı, milyonlarla azərbaycanlının taleyini, hər gün intihar edən iki azərbaycanlının həyatını xilas etmiş olardı... Ona görə də separatizmə qarşı aparılan dövlət siyasətini dərindən analiz etmədən ayrılmaq istəyən xalqın ayrılandan sonra daha yaxşı yaşayıb-yaşamayacağını demək çətindir.
Ceyhun Salahov: Qoyun otaranların əlində qalmışıq.
Musarza Kadusi Mirzeyev: Malvina /Folklend/ Argentinanındır, İngiltərə buradan getməlidir. Bu yer Argentinaya 450 km, İngiltərəyə isə 13000 km uzaqlıqdadır. 1982-də Argentina bu torpaqları özünə qaytarmaq istədi, İngiltərə ilə müharibə baş verdi. O vaxt İngiltərənin baş naziri Tetçer Argentinanı nüvə silahı ilə hədələdi və konflikti öz xeyrinə həll etdi. Dünyanın böyük bir hissəsinə nəzarət edən ingilislərin Amerika. Avstraliya, Kanada və s. dövlətlari olmasına baxmayaraq heç kəsə güzəşt etmir. Qədim rus torpaqları olan keçmiş Sovet respublikalarını da ələ keçirməyi davam etdirir.
Fərhad Həsənzadə: İşğal da olmayacaq. Sadəcə Azərbaycan xalqı özü Rus ordusunu dəvət edəcək ki, canını qurtarsın bu müsavatçı çaqqal-çuqqallardan.
Molla Nəsrəddin: Bu necə qaçqınlıqdır ki, şəhərin yerli sakini qaçqın deyilən məxluqun 3-4 evinin birində kirayə qalır?
Rusiya Dağılacaq: Məlum tarixi faktdir ki, Elcibəy hər cürə özünü türklərə soxuşdurmaq istəsə də, türklər həmişə bəylə soyuq davranıblar. Türk elitası ya konkret məlumatlı idi, ya da ciddi əsasla şübhələnirdi ki, Elçibəy beynəlxalq səviyyəli təxribatçıdir və məqsədi Azərbaycan ərazisində müharibə törətməkdir. Nəinki Türkiyənin, həmçinin ABS-ın Elcibəylə ehtiyatlı münasibəti deməyə əsas verir ki, bəyin lopa qıvrım saçlarının içində ənənə üzrə ancaq ingilis qulaqları gizlənmişdi. Çox güman SSRİ dağılandan sonra agent Əbülfəz Əliyevin şifrələri (bir çox başqa şeylər kimi) birbaşa Londona ötürülüb. Və ingilislər klassik “özgə əlləri ilə zibili qaynadıb qıraqda durmaq” oyununa başlayıblar.
Nadir Qocabəyli: Mən öz şəxsi mənafeyindən çıxış edən adamları haradasa başa düşürəm. Fikrini, mövqeyini qəbul etməsəm də, bilirəm ki marağı, mənfəəti belə tələb edir. Yəni tutaq ki Sorosdan qrant alan birinin ağzını demokratiya ilə açıb insan hüquqları ilə yummasını, daim inteqrasiya, Avroatlantik məkan, demokratik islahatlar və s. bu kimi sözləri saqqız kimi çeynəməsini anlamaq çətin deyil. Di gəl ki heç bir işi-gücü olmayan, kasıb yaşayan, qardaşı Rusiyadan pul göndərməsə, ya da qohum-əqrəbası beşdən-üçdən kömək etməsə acından öləcək bir adamın Qərbi, kapitalizmi, bazar iqtisadiyyatını müdafiə etməsini heç cür anlamıram.
Səmral Quluzadə: Hər kəsə çox gözəl bəllidir ki, 2011-dən bu yana Türkiyə Suriya ilə sərhədini ağına-bozuna baxmadan Suriyada legitim, seçilmiş prezident Bəşər Əsədə qarşı döyüşmək istəyən bütün “mücahid”lər üçün açıb.
Vilayət Məhəmməd Hüseyn: Sovetin vaxtında insanlar bundan yaxşı yaşayırdı. İndi nə söz azadlığı var, nə də insan azadlığı.
Azər Əliyev: “Qafqaz-İslam ordusu” deyilən bir ordu olmayıb, bu Osmanlı imperiyasının 5-ci piyada diviziyasının işğalcı missiyasını ört-basdır etmək ücün istifadə edilmiş maska idi. Diqqəti özlərindən yayındırmaq, “Bu Osmanlı ordusu deyil, Qafqaz-İslam ordusudur” deyə bilmək üçün Osmanlı ordusunun 5-ci piyada diviziyasının adını tələm-tələsik dəyişdirib qoydular “Qafqaz-İslam ordusu”. Əgər Osmanlı xilaskar idisə, 1918-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabani nə ücün ona- həmin bu orduya qarşı vuruşurdu? Yoxsa, Xiyabani də satqın idi?! Həqiqət isə belədir: Osmanlı Balkanlardakı məğlubiyyətdən və neftlə zəngin əraziləri (Mesopotamiya, Ərəb yarımadası və s.) itirdikdən sonra bu itkiləri kompensasiya etmək üçün pantürkizm bayrağı altında Qafqazı və Orta Asiyanı, panislamizm bayragı altında da Əfganıstan və Hindistanı işğal etməyi planlaşdırırdı. Bu işdə onlara müttəfiqləri olan almanlar kömək edirdi. Başqa sözlə, Qafqazın işğal planı 1918-ci ilin fevralında artıq hazır idi. Yəni dəvət edildi-edilmədi Alman-Osmanlı ittifaqı I dünya müharibəsinin gedişində Qafqazı ələ kecirmək planı qurmuşdu. İngilis arxiv materiallarında göstərilir ki, hələ 1918-ci il iyun ayında almanlarla türklər arasında Bakını kim birinci işğal edəcək deyə mübahisə yaranır. Bu mübahisəni müzakirə etmək məqsədilə Ənvər paşa ilə alman ali hərbi nümayəndəsi arasında İstanbulda gizli görüş keçirilir. (Britaniya arxivi, CAB/23/6). Ancaq Azərbaycanda indi bu işğala “xilas”, işğalçılardan birinə isə “qardaş” donu geyindirirlər.
Qəhrəman Yəhyayev: Əzizlərim, vaxt gələcək elə hamınız necə bir min bir gecə nağılının sehrində olduğunuzu anlayacaqsınız.
Müttəqi Bərməki: İran əgər Əhli-beytin yox, onun düşmənlərinin yolu ilə getsəydi, bizim kanallar səhərdən axşama qədər İranı tərifliyərdilər.
Gamlo Ali: Zaman onu göstərdi ki, “Azadlıq” meydanı xalqı azadlığa yox, köləliyə doğru apardı. SSRİ-nin tərkibindən çıxıb müstəqillik yox, sözün hər mənasında quldarlıq qazandıq.
Ağalar Qut: Osmanilər üçün qızılbaşlar Orta Asiya türklüyü ilə körpü idi. Səlim bu körpünü yandırmaqla Osmaniyyənin türklüklə bütün əlaqələrini kəsmiş oldu və sürətlə ərəbləşməyə üz tutdu. Yüz illər sonra osmanilərin türk dilini erməni Aqop Martayandan (Dilaçardan) öyrənməkləri də bunun nəticəsi idi. Bu, həmin durumlu-murumlu qondarma dildir ki, mən yazılarımda ona “türkiyəcə” adı verirəm, sadəlövh azərbaycanlılar isə bu dili “qədim türk dili” hesab edirlər.

Комментариев нет:

Отправить комментарий