Zeynəb Cəfərli: İndi bəzilərinin yekə-yekə danışmağı məni əsəbiləşdirir. Sovet dövründə uşaq doğulandan dövlətin himayəsindəydi. Böyütmək, analıq haqqını ödəyirdi. Orta məktəb məcburi və pulsuz idi. Ali məktəbdə də hər kəs qabiliyyəti və seçimi üzrə oxudurdu (bəzi hallar istisna olmaqla). Heç təhsili başa vurmamış iş yeri, təyinat hazırlanırdı. İki il işlədikdən sonra gənc kadr kimi ev növbəsinə alırdılar. Əgər imkanı az olurdusa, toyunu edirdilər. Növbəsi çatanda evini verirdilər. Əgər qabiliyyəti çatırdısa, daha yüksək pillələrə çatırdı. Bir sözlə, dövlət vətəndaşının başına pərvanə kimi dolanırdı. Belə bir quruluşu, hakimiyyəti niyə bəyənmədik, bilmirəm! Sosial şəbəkələrdə bəziləri “öz dərin zəkaları” ilə qabiliyyəti nəyə çatır, onu yazır. Axı Sovet hakimiyyətinin nəyi pis idi ki?!
Həsən Həsənzadə: Tək türk millətçisi yox, ərəb, fars, talış, tat- fərq etməz, millətçi olmaq qəbahətdir.
Zahir Həsənov: Qarabağlılar şələni yığıb Bakıda kvartira axtarırdı, bir çoxu da Tovuzda kartof alıb bakılıya satırdı, tərəzidə aldada-aldada, hələ Tovuzda aldatdıqları kənd sakinlərini demirsən, qalan millət də orda şəhid oldu, invalid oldu, yaralandı. Mənim Tovuzumda kənd sakinləri səngərdə əsgərlərlə öldü, qaçmadı, qorudular. Qarabağı qarabağlılar verdi, günah güllə səsi gəlməmiş qaçanlardadı.
Rauf Qubadov: Azəri milləti yoxdu. Amma Azərbaycan xalqı var. Azərbaycanda yaşayan Türk də,Talış da,Ləzgi də, digər millətlətlər də Azərbaycan xalqıdır. Millətçilik təbliğatı millətlər arasında iğtişaş salmaqdan başqa bir şey deyil.
Fariz Babayev: Biz SSRİ-ni itirdik! Əvəzində Rusiyanı tapdıq! İnsanlıq da, bərəkət də, elm-təhsil də elə burdadı! Tarixən Azərbaycanda 5-ə bilən tələbəyə müəllim 4 və ya 3 verib! Burda isə əksinə, 3-ə bilənə 4 verirlər ki, tələbə həvəslənib oxusun!
Aleksandr Duqin: Qərbin reallığı, yəni Amerika və Şərqi Avropanın hegemonluğu insanlığın ölümü nümunəsidir. Rusiya müqəddəslik və ənənələrin qorunması yolunu tutub.
Vasif Aslanov: Bərəkətmiz də, mədəniyyətmiz də, mənəvi dəyərlərimiz də, tərbiyəmiz və böyük-kiçikliymiz də- hamısı Sovet dövrilə getdi. Təəssüflər...
Fərid Cəfərov: Azərbaycan həkimlərinin 5000 manat məndən sümürüb sağaltmadığı şeyi İranda 27 manatlıq dərman, 100 manatlıq analiz pulu, cəmi 270 manatlıq rasxodla 2 aya həll elədilər (iki dəfə İrana getdim və hər qayıdanda evə 50 manatlıq ərzaq da aldım- xərclədiyim 270 manatın içində idi). Allah İranın köməyi olsun.
Boris Talışinski: Türkün ən böyük düşməni “Türkün türkdən başqa dostu yoxdur” devizini təbliğ edənlərdir.
Səttar Məmmədov: Bozqurddu, canavardı, çaqqaldı, tülküdü nədirsə- Tayqa gözləyir onları. Pojiznennıy rabotnik lesopovala...
Nəsimi Tovuzlu: Biz köhnənin üstünə qurulmuş bir cəmiyyətik. Hamımızda bir bAlaca zədə var. Gənclikdə ki necə olacaq, Allaha pənah...
Tərana Əliyeva: Kürdlər tarixən quldur, yolkəsən, evyıxan olublar. Bu gün də qaçaqmalçılıqla, narkotrafiklə, silah alveri ilə məşğuldurlar və terrorist doğub böyüdürlər. Fakt bugünkü Türkiyə. Rusiya tyeleviziyasında Suriya müharibəsi haqda danışan məşhur siyasətçi dedi ki, kürdləri silahlandırmaq olmaz, onların silahı kimə qarşı çevirəcəkləri bilinmir, çünki onlarda dostluq anlayışı yoxdur, lazım olsa dosta da güllə atarlar. Heç bir Kürdistan dövlətindən söhbət gedə bilməz.
Ağakarim Məmmadov: Rus dilini bilməyən hər hansı bir şəxs lal insan kimidir.
Etibar Cavad: Türklərlə eyni tikinti şirkətində işləyirdik. Mənim biliyim, iş qabliyyətim, intizamım onlarkından da yaxşı idi. Amma mən alırdım 1200 manat maaş, onlar alırdı 3500 manat. Bizim fəhlə alırdı 15-20 manat, onlarkı alırdı 50 manat. Üstəgəl ev kirasi, yeməkləri şirkətlərinin boynuna idi. Bunun gunahkarları bizim seçdiklərimiz, başda oturanlardır. Tender keçiriləndə Azəri şirkətlərinə iş vermirlər, səbəb nədir bilmirəm. Halbuki bizdə elə tikinti şirkətləri var ki Türkiyə və digər xarici şirkətlərdən gözəl və keyfiyyətli iş aparır. Bizim yerli şirkətlərə bir işi 2 milyona verirlərsə, eyni həmin işi xarici şirkətlərə 4-5 milyona verirlər. Xalq susur. Başdakılar da bildiklərin edir. Mən gördüklərimi yazdım. Yaxşı, qardaş idilərsə bizə də eyni gözlə, baxardılar, ögey yox!
Sədaqət Cəlalov: Dəli kimi ağızlarına gələni danışırlar. Əgər Rusiya olmasaydı, biz xarici ölkələrdə Suriya qaçqınlarını əvəz edərdik.
Xəqani Abdulov: Sumqayıtda “Esmira” şadlıq sarayında bu gün toydu. Qubadlıların toyu. Məhərrəm ayının 2-ci günü.
Cəmil Şirvanov: Qərb ekspertləri Leninin elektrikləşmə planına ən yaxşı halda 100 il vaxt qoymuşdular. Amma 10-15 ilə həyata keçirildi.
Zahid Mikayılov: Qərbin, xüsusən də ABŞ-ın yeganə məqsədi dünyanı fahişə etməkdir. Çünki Qərbin sistemi fahişəlik üstündə qurulub.
Həsən Əlizadə: 5-6 il qabaqkı xəbərlərə baxsanız, görərsiz ki Suriya da çoxdinliliklə və öz multikulturialzmi ilə fəxr edirdi. Yalnız özü yox, elə hamı da onun bu multikulturialzmini mədh edirdi. Vahhabiliyə şərait yaratmağı tolerantlıq zənn edir bəziləri.
İlkin Xəlilov: Rusiyanı bəyənməyənlər gəlib 1 ay Cənubda yaşasınlar. Onda görərlər Rusiyanın əhəmiyyətini. Cənubda xalq Rusiyanın hesabına dolanır!
Elton Piriyev: Mən də Sovet dövründə yaşamışam və çox razı idim.4 cü sinfi bitirəndə bizi 15 günlük Moskvaya gəzməyə apardılar. Əla oxuduğumuza görə. İndi görüm 15 günlük Moskvanı gəzmək üçün kimdə o pul var. Gözümüzü açandan atamız hər il Soyuzu gəzirdi. Bir sözlə, super idi.
Faiq Mirzəyev: 20-ci əsrdə elə bir dövlət başçısı olmayıb oğlunu müharibəyə göndərsin- böyük Stalinin oğlu müharibədə ölüb! Stalin rəhbərliyi altında dünya vəhşi faşizmdən canını qurtarıb- bunu unutmayaq!
Rüstəm Rüstəmli: Hər nə pis xasiyyətlər varsa, elə bu osmanlı türkündədi. Nə vaxtdan pisliklər, murdarlıq və əyrilik iftixar olub? Özü-özlərinə hakim ola bilmirlər və böyükdən kiçiyə kimi hamısı yəhudiyə nökərdirlər, amma sinələrinə döyüb nərildəyirlər. Bir millətin ki, tv və seriallarında təbliğ oluna ki, atalarınıza hörmət edin, bəlkə də elə o ata sizin həqiqi atanızdı- başqa daha nə yaxşı şey gözləmək olar? Biri varmış, qışqırıb bağırırmış ki, arım var, arım var, gedib baxıb görürlər ki eşşək arısıdı- səmərəsiz və ziyan yetirən arı...
Leyla Əliyeva: Azərbaycan artıq zəbt olunub. Bəziləri özlərini korluğa vurub. Azərbaycan adı dəyişilməlidir.
Əli Asiq: Sovet hökuməti dağıldı, ancaq Rusiya Fedarasiyası xalqa indi o dövrdəkindən 5 qat artıq qayğı və maddi yardım göstərir. Eləcə də İranda pulsuz təhsil və səhiyyə var. Bizimkilər belə şeyləri görməməzliyə vururlar. Çünki xalq üçün yox, özləri üçün can yandırırlar.
Hacı Əmrulla Dadaşzadə: Azərbaycanda yaşayan bütün etniklərə hörmətim var. Ancaq görəndə ki Azərbaycanın mərkəziində planlı şəkildə etnik qrupları yerləşdirirlər, düşünməli oluram. Niyə belə edirlər? Məqsəd aydındır. Istəyirlər ki, Azərbaycanın paytaxtında qeyri-türklərin sayı çoxalsın. Belə getsə, 20-30 ildən sonra Bakı türk şəhəri olmayacaq. Bu isə Azərbaycan dövlətinin məhvi deməkdir. Biz türklər evimizin içində ikinci növ vətəndaşa çevrilməkdəyik. Mən başa düşə bilmirəm, kürdlərin Buzovnada nə işi var? Ancaq bunların sayı məqsədyönlü şəkildə saatbasaat artırılır. Digər kəndlərdə də onların çəkisi artmaqdadır. Niyə belə olur? Səbəbini sizə deyə bilərəm. Çünki Azərbaycanı etnik qruplar idarə edir. Türkiyədən vurulub çıxarılmış PKK-çılar Azərbaycanda meydan sulayır. Çünki iqtidardakılar onlara hər cür dəstək verir.
Natiq Türkoğlu: Nizami Süleymanov qalib idi və mən, mənim tanıdıqlarım hamı ona səs vermişdi. Amma zor-xoş Əbülfəzi seçdilər. İndi seçkini saxtalaşdırdılar deyə qışqıranlar o vaxt seçkini saxtalaşdırdılar.
Rüstəm Hüseynov: Heyif deyil, gedib vuruşub Vətən borcunu ödəyəndə ayağının birini itirib şikəst olasan, sonra da müstəqil dövlətin sənə elə pensiya verə ki, gəlib Əhmədli metrosunun qabağında dilənəsən?..
Kəramət Böyükçöl: Rəşad Məcid müti cavanlar arasında qüdrətli görünür. O, heç vaxt mənim yanımda güclü görünə bilməz... Görür gücü çatmır, axırda şantaj yolunu tutur.
Fərhad Həsənzadə: Sovet hökuməti təzə ailə quranlara ZAQSda iki qızıl üzük (nişan) bağışlayırdı, Azərbaycanda ZAQS müdirləri onları avamlardan çırpışdırırdı, amma imza atdırırdı ki alıblar. Sonra da bu avamlar meydanlarda qışqırırdılar ki, Sovet İttifaqı imperiyadı. İndi müstəqil Azərbaycan cavanlara turş xiyar da vermir, onu tərifləyirlər. Külbaş millətik, vallah!
Rusiya Dağılacaq: Elçibəyçi (söhbət konkret əbülfəz əliyev fan-klubundan yox, ümumiləşdirilmiş obrazdan gedir, yəni bu- formal olaraq elçibəyçiliyi rədd edən, amma elçibəyçi paradiqmanın, onun xüsusiyyətlərinin daşıyıcısı olan, “qardaş türkiyə”, “ruslar ermənilərə kömək edir”, “rəsuzladə”, “bayrağımız” və s. kimi memlərə sadiq rusdilli və ya “müasir aktivist” də ola bilər) Azərbaycanın dağını, daşını, təpəsini, suyunu, toyunu sevə bilər, amma rus dilinə, rusdilli azərbaycanlılara, beynəlmiləl Bakı intelligensiyasına nifrət etdiyi üçün o Azərbaycanın ən təhlükəli, ölümcül düşmənidir və məhv edilməlidir!
Əkrəm Məlikov: Rusları söymək lazımdır, özü də gecə-gündüz. Bir vaxt millətə adam başına bir aylıq qaz pulunu 25 qəpik eləyib bu milləti pis öyrətdi. İndi milli vətənsüvənlər sayğacla yarı qaz, yarı havanı kubla satırlar. Bu millətə hələ azdır. Söyün rusları nəyi var!..
Elxan Xəlilov: Bu il qeyri-rəsmi hesablamalara görə 18 000 000 $ pul axacaq ərəblərin kassasına Azərbaycandan Həccə gedənlərin hesabına. Siz gedin orda pul tökün, ərəbin vahhabi-yəhudi şeyxləri də həmin pullarla gəlib burda ov ovlasın, quş quşlasın, gəzib kef eləsin. Torpaqlar alsın, sütül qizları yataqlarına salsınlar. Biz səudları varlandıraq, onlar da bizim qadınlara fahişə kimi baxsınlar, 5 ulduzlu otellərimizdə qusub batırsınlar...
Arzu Abdulla: Bir dəfə sosial şəbəkədə nurçubaşı Fətullah Gülənə aid bir link paylaşdım. Gülənin “ürəkkeçmə” şoularından biri idi. Budur haa, it ilxısı-köpək sürüsü töküldü üstümə. Adamlardan biri təsadüfən tanış çıxdı. Bu tanışım çox “dərin” nurçu idi. Statusuma yazdığı kobud şərhə görə üzr istədi. Sonra Gülən “sevgisinin” məqsədindən danışdı. Bəli, məqsədindən. Gülən azərbaycanlı nurçular üçün məqsəd idi. Pul qazanmaq, vəzifə tutmaq üçün məqsəd. Fətullah hoca sadəcə pul boxçası idi, odur ki onu ancaq pul əldə etmək məqsədi ilə “sevirdilər”. Adam “mənə pul lazımdı, Fətullah-zadı neynirəm” deyirdi. Bax bu, nurçuların acı reallığı idi. Onlar pul qazanmaq üçün “nura” boyanmışdılar.
Комментариев нет:
Отправить комментарий