23.12.2016

Suriya yalanlarının son nümunəsi: 7 yaşlı Hələbli Bana

Suriya hadisələrini izləyənlərin yaxşı xatırlayır. Müharibənin ilk başladığı dövrlərdə Qərb mediasında "Dəməşqdə homoseksual qız" (A Gay Girl in Damascus) adlı təbliğat işləri başlamışdı. Amma sonradan bu Dəməşqli lesbianın əslində ABŞ-da yaşayan kişi olduğu ortaya çıxmışdı. Hələbin mühasirəsi zamanı isə bu şəhərdən olduğu bildirilən Bana adlı qız Qərb və Ərəb media orqanlarının təbliğat alətinə çevrildi. 7 yaşlı hələbli qızın mükəmməl ingilis dilində və dağıntılar altından yazdığı statuslar ilə insanları "göz yaşına boğur".
"Sevgili Dünya, Rusiyanın və Əsədin Hələb qətliamına icazə verməkdənsə, 3-cü Dünya müharibəsini başlamaq daha yaxşıdır". Bananın bütün hekayəsi müharibədən zərər görmüş bir şəhərdə yaşamaqdan narahatlığını dünya ilə bölüşmək üçün 2016-cı ilin sentyabrında Şərqi Hələbdən ilk tvit yazması ilə başlayıb: "Sülh istəyirəm". Deyilənə görə, Bana valideynləri və 2 qardaşı ilə birlikdə Hələbdə yaşayırdı. Anası Fatimə nadir hallarda tvit yazan, Bananın tvitter səhifəsini idarə edən müəllimədir. Atası Həsən isə Əl-Nusranın tamamilə öz idarəetmə sistemini yaratdığı bölgədə yerli məclisin hüquq müşavirdir. Bananın tvit yazmaqda yeganə məqsədi, Hələbin Putin və Əsəd tərəfindən bombalanması barədə danışmaq və bu barədə nəsə edilməsini istəməkdir (Bana bombardmanda dostlarını itirmişdir, ancaq heç vaxt adlarını yazmamışdır). Tvitlər demək olar ki, hər zaman bombalar, sülhün zəruriliyi, "bizim üçün dua edin" və "bizə kömək edin" mövzuları barədədir. Anası yazır: "Minlərlə Əsəd qüvvəsi bizi qətliam etmək üçün Şərqi Hələbə hücum edir, sevgili dünya bizi xilas et. - Fatimə". Bundan əlavə, Əsəd və Putinin müharibə cinayətlərinə görə mühakimə olunması üçün çağırışlar da var: "Rusya və Əsəd Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır. Əgər çıxarılmayacaqsa, bundan sonra heç kim orada mühakimə olunmamalıdır. - Fatimə".
Kiçik Bana təxminən 20 tvitlə 24 sentyabra sakit başlayır və 4 oktyabra qədər (retvitləri də nəzərə alsaq) 120-dən tviti idarə edərək yaxşı bacarıq nümayiş etdirir. Tvitter istifadəçilərinin çoxunun hələ də istifadəsinin bilmədiyi "haştaq" barədə isə Bana ilk gündən xəbərdar olub. O, ilk günün sonunda #Aleppo, #HolocaustAleppo, #MassacreınAleppo, #StopAleppoMassacre haştaqlarından istifadə edib. POTUS və OMG kimi qısaltmalar məsələsində də təcrübə malik olub. İzləyiciləri Bananın ingilis dilində mükəmməl şəkildə yazdığı statuslardan təsirləniblər: "Hələbdə müharibə bitsə, dünyada ən xoşbəxt adam olacağam. - Bana". "Burada insanlar həşəratlar kimi ölür. Nə baş verəcəyini bilmirəm. Bombalar yağış kimi yağır". "Təyyarələrin səsini eşidəndə artıq çox qorxuram. Gecənin qaranlığında təhlükə dolu Hələbdə, bu axşam etdiyim dua, mənə və hər kəsə sakitləşdirici olacaq." "Gece və gündüz yaşadığım bu qorxunc yuxudan ayılmaq istəyirəm"
7 yaşı olan bir uşağın "I`ll" kimi ingilis dilində qısaltmalar və "qorxunc yuxu" kimi idiom ifadələr (hərfi mənada başa düşülməyən frazeloji birləşmələr) işlətməsi, Bananı dahilər kateqoriyasına salırdı. Bütün həqiqət, onun dahi olmadığı sevimli Bananın videosu çəkiləndə -əgər deyilənləri də əzbərləməyibsə, uşaq ingilis dilində iki sözü yan-yana güclə deyirdi- ortaya çıxdı. Nə qədər istəsələr də, paylaşdıqları ilə özlərini daha da artıq biabır etdilər.
Bananın atası olduğu bildirilən Həsən Alabed həqiqi insan kimi görünür. 2001-ci ildə yaradılan və özünə aid facebook hesabı, Bana layihəsinin ortaya çıxması ilə üst-üstə düşəcək şəkildə (təşəkkürlər @Qoppa999) sentyabr ayında açılan tvitter hesabı var. Atası Bananın tvitlərində, ya da videolarında heç vaxt göstərilmir, ola bilsin Hələbdə işləyirdi. Həsənin facebook səhifəsində yalnız layihənin bir hissəsi kimi 2016-cı ilin oktyabr ayında göstərildiyi üçün onun Bana ilə əlaqəli olması ehtimal yoxdur. Bundan başqa, qızın adı ilə bağlı bir qarışıqlıq da mövcuddur. Atası paylaşımların birində yazır: "Atasının kiçik qızı Zəhra. Allah səni və bütün uşaqları qorusun".
Maraqlıdır ki, hesab açılandan 3 həftə sonra Bananı 51 nəfəri təqib edirdi. Bunların heç birinin 7 yaşlı bir qızın seçimi olmayacağı aydın idi: istisnasız olaraq hamısı siyasətçilər, media şirkətləri, ya da sosial media fəalları idi! Onlarının çoxu Suriyadakı müharibə ilə əlaqədə idilər və çoxunun terrorçu qruplar ilə güclü əlaqələri var idi: Iyad el-Baghdadi, Louisa Loveluck, Julian Roepcke, Sophie McNeill. Bananı eyni zamanda terrorçuların himayədarı olan Suriya İnqilabı və Müxalif Qüvvələr Milli Koalisiyası, həmçinin Suriyanın uçuşa qadağan bölgə elan edilməsi tələbini səsləndirən, saxta yardım təşkilatı "Ağ Dəbilqəlilər" izləyirdi. Bananı ilk izləyənlərindən biri də 2016-cı ilin yanvarında Madaya yalanının şişirdilməsinə yardımçı olan Avstraliyalı jurnalist Sofiya McNeill idi. Məsələ bu şəkildə idi: "Hökumət tərəfindən mühasirəyə alınan Madayanın xalqı aclıqdan ölür və bunun səbəbi şəhərə yardımın aparılmasının qarşısını alan Suriya hökumətidir". Əslində isə oktyabr ayında Madayaya üç aylıq yardım göndərilmişdi, amma əsas problem terrorçuların qidaları hədsiz dərəcədə baha qiymətlərə satması idi. Bana tərəfindən təqib edilən bir çox tvitter səhifəsi eyni şəkildə Suriya müharibəsinə dair yanlış məlumat yayanlardır.
Bana 3 oktyabrda 65000 nəfərlik böyük bir izləyici sayına çatır. Tərəfdarlarının böyük bir hissəsi isə layihəni idarə edən şəxslər tərəfindən açılan və istifadəsiz saxta hesablar idi. Amma nəhəng media şirkətləri- "Telegraph", "Guardian" və bir çox əsas televiziya kanalları təsirli məqalələr ilə Bananı bağırlarına basdılar. Böyük Britaniyanın Cari İşlər və Siyasət Jurnalı olan "New Statesman" Bananın hesabı barədə araşdırma aparan və profilin saxta olduğunu göstərən şəxslərə qarşı hücuma keçdi. Banaya son dəstək isə ona ingilis dilində "Harry Potter" elektron kitab seti göndərən müəllif JK Rovlinqdən gəldi: "Banaya sevgilərlə! Səni düşünürəm, Hələbə diqqət et. (Dostum JK Rovlinq, necəsən? Kitab üçün təşəkkürlər, Hələbdən sevgilər - Bana)".
"Bana" layihəsinin "Dəməşqdəki homoseksual qız" və "Ağ Dəbilqəlilər" kimi uydurma olduğu məsələsində heç bir şübhə yoxdur. Çünki yazdığı tvitlər dünyadan özünü Rusiya bombalarından qorumasını istəyən suriyalı kiçik qızın düşüncələri deyil. Əksinə, Qərbin Suriyadakı işğalını haqlı çıxartmaq və hakimiyyət dəyişikliyini labüd hala gətirmək üçün Suriya və Rusiyanın əməliyyatlarına qarşı xalqın hissini formalaşdırmağa yönələn çoxşaxəli və yaxşı planlaşdırılmış əməliyyatın məhsuludur. Bana layihəsini dəstəkləyənlər, Suriya Ərəb Ordusu, Hizbullah və Qüds briqadaları kimi müttəfiqlər tərəfindən Şərqi Hələbdən qovulmuş, Şərq Hələb xalqına qarşı terror həyata keçirən və Qərbi Hələbi bombalayan terrorçuların himayədarlarıdır. 
Bana ilk günlərdən bəri Əsəd və Putini soyqırım törətməkdə, qətliam etməklə, kasset, fosfor və termit bombaları ilə əməliyyat aparmaqda günahlandırıb. O gündən bəri də dünyanı bombalamanın qarşısının alınmasına çağırır: "Evimizin yaxınlığına 2 fosfor və 2 çəllək bombası düşüb, evimiz zərbədən titrədi, biz ağladıq. - Fatimə". Fosfor bombasının nəyə qadir olduğunu isə söyləməyə ehtiyac yoxdur. O ki qala onun evin yanına düşməsinə və ondan sonra yazılan mesaja.
Qərbi Hələbin küçələrində nümayişçiləri güllə yağışına tutan, bölgəyə humanitar yardım çatmasına əngəl yaradan, 4 ildən artıqdır Hələbi əsarəti altında saxlayan terrorçular barədə isə bir kəlmə də yoxdur. "Bananın ailəsi" Rusiyanın İdlibdə bir məktəbi bombardman etdiyinə dair şübhəli paylaşım etmişdi- hansı ki sonradan bütün detalları ilə hadisənin səhnələşdirildiyi ortaya çıxdı- amma Qərbi Hələbdə terrorçuların artilleriya atəşlərinin yaratdığı vəhşiliyə heç bir maraq göstərmirdi.
"Bana layihəsi"nin məqsədi Rusiyanın və Suriyanın çəkinmədən vətəndaşları bombalayaraq müharibə cinayəti törətdiyinə dair görüntü yaratmaq idi. Həqiqətdə, həm Rusiya, həm də Suriya Hələbi bombalamaq fikrindən vaz keçmişdilər və Suriyanın Hələbin alınması üçün böyük miqyaslı quru əməliyyatı apardığını nəzərə aldıqda, müttəfiqlərin eyni anda Hələbi bombalaması mümkün deyildi.
Dünyanı Hələbdə dəhşətli qətliam törədildiyinə inandırmağa cəhdin isə iki əsas yönü var: Madayada olduğu kimi Suriya və Rusiyanın mühasirəni ləğv etməsi, Hələbin şərqi və qərbini terrorçulardan azad edilməsi əməliyyatlarının dayandırılmasına yönəlik təzyiq yaradılması. Bununla da Suriya və müttəfiqlərinin əməliyyatları məhdudlaşdırılacaq, ən pisi isə terrorçular yeni nailiyyətlər əldə etmiş olacaq, ya da ən azından ehtimal olunan parçalanma üçün şərait yaradacaqlar.
Başqa bir prioritet isə uçuşa qapalı bölgənin yaradılması idi. Rusiya və Çin Liviyada qərarın necə icra olunduğunu gördükləri üçün Birləşmiş Millətlər Təşkilatının qərarını indiyə qədər veto ediblər.
Suriya Ordusunun Hələbi tam nəzarətə götürməsi isə "Bana layihəsi"nin sonunu yaxınlaşdırıb. Banadan gələn son mesaj bu cürdür: "Son mesaj - Hazırda ağır bombardman altındayıq, daha çox sağ qala bilməyəcəyik. Biz öləndə, geridə qalan 200 000 nəfər üçün danışmağa davam edin. Əlvida. - Fatimə". Və sonra Bana daha bir mesaj yazır: "Bu axşam evimiz yoxdur, bombalanıb və mən də dağıntı altında qalmışam. Ölülər gördüm və az qala mən də ölürdüm. - Bana". Mesaj ilk saatlarda 7800 nəfər tərəfindən yenidən paylaşılmışdı. Amma maraqlıdır ki, heç kəs düşünmürdü: Bana dağılmış evin altından mesajı necə yazırdı? Hökumət qüvvələrinin hər gün bombaladığı Hələbdə Bana interneti haradan tapıb?
Amma Bana yorulmur. 14 dekabr tarixindəki mesajında yazır: "Əziz dünya, hazırda ağır bombardman altındayıq. Nəyə görə susursan? Nəyə görə? Nəyə görə? Nəyə görə? Qorxu məni və uşaqlarımı öldürəcək - Fatimə Hələb".

http://faktxeber.com/suriya-yalanlarnn-son-nmunsi--7-yal-hlbli-bana---aradirma_h489437.html

Комментариев нет:

Отправить комментарий