“The İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor yazır ki, İslamın iki ən müqəddəs şəhərində- Məkkə və Mədinədə buldozerlər sistematik olaraq, bərq vuran göydələnlərə, lüks otellərə və ticarət mərkəzlərinə meydan açmaqda davam edirlər. Jerome Taylor bildirir ki, get-gedə genişlənən tikintilər aparmaqla Səudiyyə vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdırlar. “Məkkə Las-Veqasa çevrilir”- jurnalist yazır. Müəllifin fikrincə, ən dəhşətlisi budur ki, Peyğəmbərin özünə aid yerlər də daxil olmaqla, erkən İslamla bağlı onlarca abidə yer üzündən silinib: “Vəziyyət o qədər acınacaqlıdır ki, Vaşinqtonda mənzillənmiş Körfəz İnstitutu minillik yaşı olan qədim binaların son 20 ildə 95 faizinin dağıldığını təxmin edir”. Jerome Taylor göstərir ki, “mədəni vandalizmin” əsas hissəsi Səudiyyə krallığının rəsmi dini olan və İslamı ən sərt şəkildə təfsir edən vahhabilik təriqəti tərəfindən ilhamlandırılır. Vahhabilər bütlərə sitayişə dözümsüzdürlər və inanırlar ki, qəbirlərin, ocaqların və Peyğəmbərlə bağlı yerlərin yad edilməsi şirkdir. “The İndependent” qəzetinin yazdıqlarına rəğmən, dünya müsəlmanları bu məsələyə biganə deyillər və onu internet forumlarında qızğın müzakirə edirlər. Bu mövzuda yazılan şərhlərdən birində deyilir: “Vahhabilər türbələri, pirləri və başqa yerləri günah hesab edirlər, lakin Səudiyyə krallarının milyonlarla dollar hesabına mühafizə olunan məzarlarının adını çəkmirlər”.
Комментариев нет:
Отправить комментарий